Zövciyyət deyilən mövcudiyyət sirri Quranın əsas anlayışlarından
biri olaraq verilməkdədir. Sözün əsası «zövc» köküdür. «Zövc»
və törəmələri isim və fel halında Quranda 70-ə yaxın yerdə keçir.
Daha çox «zövc»ün cəmi olan «əzvac» işlədilir. İki cüt mənasındakı
«zövceyn» və «zövcan» da işlənir. Və anlayışın əsas mənasını və
təməl ölçülərini verən ayələr də bu son şəkillərin keçdiyi yeddi
ay ədir.
Anlayışa əsas olan «zövc»
sözünün filoloci yönünü Quran dilinin əsas ustalarından olan Rağib
İsfahanidən (ölümü 1108) xülasə edək. Öz cinsindən bir başqasıyla
olana zövc deyilir. Bu, insan, heyvan, bitki və başqa varlıqlardan
ola bilər. Zövclər bir-birinin bənzəri ola bildikləri kimi, tam
zidlər də ola bilər. Zövciyyət erkəklik-dişilik ikiliyi ola biləcəyi
kimi, başqa ikiliklər də ola bilər...
Əşya cövhər, ərəz, maddə,
surət kimi ikiliklərin sintezindən ibarətdir. Heç bir şey bu ikiliyə
dayalı tərkibin xaricində qala bilməz Və bu durum göstərir ki,
varlığın bir tərkib edicisi, bir düzəldəni var və onun zövciyyət
üstü bir tək, fərd olması lazım gəlir...
Növlər, cinslər, siniflər
də zövciyyət əmələ gətirir.
Allah insanların cənnət
həyatında hurilər ilə bir zövciyyət əlaqəsi quracağını söyləyir.
Ancaq bunun dünya həyatındakı ər-arvad əlaqəsi şəklində anlaşılmasına
Quran ifadələri müsaidə etmir. Bu, başqa bir bərabərlikdir.
Ölümsüz Rağib qısa filoloci
açıqlamalar içində Quranın anlayış ölçülərini yaxşıca yaxalama
dühasını burada da göstərir və zövciyyət anlayışının əsaslarını
bir neçə sətirdə verir. Biz onun ruhuna rəhmət diləyərək anlayışı
bir az da geniş açıqlayacağıq.
Varlığın fitrət dialektikasının
mahiyyətində Qurana görə, bir zövciyyət yatır. Allah zatı etibarilə
zövciyyətin üstündədir. O, bu yönüylə Sübhan, Əhəd, Saməd olaraq
anılır ki, bənzərlik-zidlik əlaqəsinin xaricində olan mütləq şüur
və qüdrət deməkdir. Ancaq Allah da təcəlliləri və zühuruyla, yəni
isim-sifətləri ilə bir polyarlıq və paritet sərgiləyər. Çünki
varlıq Allahın bir görüntüsü, bir təcəllisidir və bu görünüşün
ərz etdiyi müddət bir paritet və polyarlıq seyridir. İbn Ərəbinin
Allahı «şey» olaraq təqdim edən görüşünü bu incəliyi diqqətə alaraq
dəyərləndirmək lazımdır. Əks halda Allahı inkar və ya varlığı
dondurmaq kimi nöqsanların birinə düşərik.
Quran Allahın sifətlərini
bir polyarlıq olaraq verir. Əvvəl-Axır, Zahir-Batin, Muhyi-Mumit
və s. Ancaq bu, zühur və təcəllilər yönündəndir. Zat yönündən
Allah zövciyyət üstüdür. Sübhan, Əhəd və Saməddir. Şey deyildir,
şeylərə bənzərliyi də yoxdur (İxlas, Şura, 11).
Zövciyyətin üstündəki
Əhəd və Saməd güc, yəni yaradıcı, düzəldici külli şüur və qüdrət,
varlığı zövciyyət, yəni bənzərliyin və zidlərin sürəkli əlaqəsi
halında ortaya qoyub.
Masivanın (Alahdan başqası)
hamısı cütdür.
Sünnətullah bir zövciyyət
rəsmi keçididir. Bu Quran prinsipini açıqlayanda müfəssir Elmalılı
Həmdi Yazır belə deyir: «İkilik qaçılmazdır. Bu ikilik içində
birləşdirilmədən heç bir şey təsdiq oluna bilməz. Təfəkkür və
alqılama edilə bilməz».
Hər şey zövciyyətə oturur.
Quran zövciyyətin bir müddət halında yeni-yeni zövciyyətlərə vücud
verdiyini bəyan edir ki, biz bunu kitablarımızda fitrət dialektikası,
mövcudluq dialektikası adları ilə anırıq.
Hər şeydə zövciyyətin
əsas olması yanında hər şey əzvac (sosuz zövclər) və zövceyn (iki
zövciyyət) mənzərəsi də sərgiləyər (Zariyat, 49; Yasin,
36).
O halda zövciyyət sürəkli
bir oluşumdur. Sabit və donmuş, olub bitmiş deyil. Hər an yeni
bir oluşda olan Yaradıcının sünnəti, yəni tövr və tərzi hər an
yeni zövciyyətlərə vücud verir.
Demək olar ki, varlıq
və oluş bir çox zövciyyətə səhnə olduğu kimi, sonsuz zövciyyətə
də hamilədir. Oluğun bağrındakı sonsuz yerimə və atılma arzusu
bir mənada sərhədsiz zövciyyətlərin röyalarını daşımaqdır.
Zövciyyətin bu sonsuzluq
və sürəkliliyini ifadə edən təməl ayələr Yasin surəsinin
36-cı ayəsi ilə Təkvir surəsinin 7-ci ayəsidir. Bunların
ilki belədir: «Bütün əlaqə, zidlik və nöqsanlardan arınmışdır
o qüdrət ki, bütün zövciyyətləri yaratmışdır. Bunlar yerin bitirib
bəslədiklərindən, insanların mənliklərindən və insanların bilmədiklərindən
olur».
İkinci ayə isə qiyamət
günü, yəni alışılmış ərz-kainat düzəninin təbdil edildiyi gündə
nəfslərin cütləşməsi hadisəsindən bəhs edir. Bu, o deməkdir ki,
qiyamət yeni oluşlara, yeni zövciyyətlərə imkan və səhnə açmağın
bir başlanğıcıdır. Yəni qiyamət bir yandan son və ölüm sərgiləyirsə,
bir yandan da bir başlanğıc və olma sərgiləyəcək. Əsasən Sünnətullahda
bir ölüm bir yaranmanın başlanğıcıdır. Çünki bitmə və tükənmə
mənasında ölüm yoxdur. Ölüm, sadəcə, ölçü, şəkil və tövr dəyişdirmə
keyfiyyətidir.
Bizim bilmədiyimiz zövciyyətlər
ifadəsi zövciyyətin sonsuzluq və saysızlığını ortaya qoyur, qiyamət
günü nəfslərin zövciyyətə girmələri də yeni yaranmaların yeni
zövciyyət bina ediləcəyini göstərir.
Həyat bir zövciyyətlər
arenasıdır. Elm bizə xəbər verir ki, kainatın hər hansı bir nöqtəsində
meydana gələn bir zərrənin, bir parçanın ekizi və ya ziddi, yəni
zövcü eyni anda doğulur. Və həyat bir zidd taylar rəsmi keçidi
halında davam edər. Qurani-Kərimin sirlərinə aid gözəl risalələr
yazan Haluk Nurbaki az öncə verdiyimiz Yasin surəsinin 36-cı ayəsini
açıqlayanda zövciyyət və ya zidd taylar mövzusunda belə deyir:
«Ayə zidd tayları üç
qrupa bölür:
1. Ərzin bitirdiklərindən.
Ayənin bu bölməsi bəzi alimlər tərəfindən bitkilər kimi
izah olunur. Bu izah nöqsanlıdır. Çünki Allah istəsə idi, ayənin
bu hissəsində ərzin bitirdiyi, çıxardığı deməz, birbaşa bitkilər
deyərdi. Ayədə bitkilərdəki zidd taylara işarə edildiyi şübhəsizdir.
Ancaq ayənin ifadə etdiyi bütün bilgi bitki cütlərindən ibarət
deyil.
Ayənin bu birinci maddəsi
xüsusi olaraq üçüncü maddənin sərhədlərini ifadə edir. Biri çıxar
və üçüncü maddədə bəyan edilən «Daha neçə bilmədiklərinizdən cütlər
yaratdıq» ifadəsini maqnit və ya da elektrik olaraq izah etmək
istəsə, yanılar. Zira bu zidlər ərzdən çıxan zidd taylardır.
Ərzdən çıxan cütlər:
a)Xarakter cəhətdən zidd
bənzər cütlər. Metallar və metal olmayanlar.
b) Bioloji cəhətdən zidd
taylar: bitki və heyvanların dişi və erkək növləri,
c) fiziki cəhətdən zidd
taylar: müsbət və mənfi yüklü olanlar. Dolayısıyla elektrik tipli
zidlər.
Mancetik zidd taylar:
Şimal və cənub deyə tanınan cəhətlər.
d) Torpaqda ölüm və həyatı
iç-içə dəyişdirən sintez və analiz hadisələri.
Yaradıcı və öldürücü
(azot işləyici bakteriyaların) sintezlə bitkilərə can veməsi və
çürüdücü kimi tanınan və analiz edən bakteriyaların öldürüb dağıdıcı
təsirləri kimi zidliklər.
2.İnsan nəfsindəki
cütlər:
«Öz nəfslərindən cütlər
(zidd ekizlər) yaratdıq». Ayənin bu bölümündə bir sıra hikmətlər
var:
a) kişi və qadın (zidd
taylar)
b) nəfslərdəki tərs xarakterlər
(zalım-mərhəmətli, cəsur-qorxaq, comərd-xəsis) kimi.
c) Bənzəyən, fəqət zidd
olan xislətlər (vəhşət-cəsarət, yumşaqlıq-cahillik)
3. Bilmədiyimiz cütlər:
Paritet qaydasına görə
tam maddə və enerci parçacıqları, maddə və antimaddə doğrudan-doğruya
fizikadakı hadisələri əhatə edir. Bunlar;
a) Hələ fizika və astrofizikanın
yenicə fərqinə vardığı enerci sorulması hadisələri. Bu sirri hələ
öyrənə bilməmişik. Ancaq kosmosda enercinin udulduğu, yox edildiyi
Black Holes nöqtələrdə enercini ağılagəlməz bir güclə toplayan
Quasarları tanıyırıq. Bu iki məkan da bir-birinə ekiz kimi bənzəyən,
fəqət tam zidd təsirdə olan nöqtələrdir.
b) cəzb edən və itələyən
qüvvələr, xüsusən qravitasion ulduzlar, atom nüvəsi kainatda fırlanma
hərəkəti ilə tənzimlənir. Bu qüvvələr arasındakı zidd qüvvə olmasa,
bütün planetlər ya kosmosun boşluğuna dağılıb gedər, yada bir
yerə toplaşar.
Kainatda cazibə ilə ciraskopik
dönmə hərəkəti göz qamaşdırıcı bir tənasüb sistemi təşkil edir.
Bu nizamı yerlə kainat cəhətdən açıqlasaq, ağlagəlməz bir ahəng
görərik» (Nurbaki, «Qurandan ayələr»).
Zövciyyət xüsusən yer
kürəsində həyatın təməlini təşkil edir. Bu anlamda zövciyyət bir
dişilik-erkəklik polyarlığıdır (Nəcm, 45; Qıyəmə, 39).
Bitki, heyvan və insan qədər bunların müxtəlif qarşılıqlı əlaqələri
də zövciyyətdir. Torpağın altından hər fışqırma, göylərdən bir
eniş bir zövciyyət sərgiləyər. Bunlar comərd, könül açıcı, fərəh
və xoşbəxtlik gətirici bir gözəllik və nemət tablosu sərgiləyər
(Rad, 3; Həcc, 5; Ta-ha, 53; Şuara, 7; Luqmən, 10; Qaf, 7).
İnsan üçün də həyat bir
zövciyyət hadisəsidir. İnsan parça-yaradıcı bir eqo olaraq öz
zövcünü, yəni bənzər ziddini və ya qarşı qütbünü öz mənliyindən
ayırmış tək varlıqdır (Nisa, 1; Zumər,6; Nəhl, 72; Rum,
21; Şura, 11; Əraf, 189). O halda insanda oluş bir ikiləmə,
sonra təkrar birlənmə hadisəsidir ki, bu, ayrılıq və vüsal, parçalanma
və toplanma deyə anıla bilər. Bütün bu oluş seyri insanda hədəfinə
eşq ilə gedir. Bu üzdən insanın zövcü onun üçün sükunət və hüzur
vasitəsi olaraq düzəldilib. Öz ziddindən özü hüzur və xoşbəxtliyinə
yol tapma xüsusiyyəti yalnız insanda var.
İnsanın qovğa və zidlər
çəkişməsi ilə dolu həyatı qədər bu həyatın öncəsi və sonrası da
zövciyyətə səhnədir. Çünki insan sonsuz bir təkamülün həm namizədi,
həm mövzusu, həm də səhnəsidir.
İnsanın dünyadan əvvəlki
həyatı bir zövciyyət sərgiləyirdi (Baqara, 35; Əraf, 19;
Ta-ha, 117).
Dünya sonrası həyatı
da elə olacaq (Baqara, 25; Ali İmran, 15; Nisa, 57; Yasin,
56).
Quranın insanın zövcündən
bəhs edən ayələrini, sadəcə, fiqh cəhətdən dəyərləndirib bunlardan
tay mənası çıxarmaqla kifayətlənmək bu ayələrin məna sahəsini
daraltmaq olardı. Doğrusu budu ki, insanın zövciyyətindən bəhs
edən ayələrdəki tay (ər-arvad) mənası mənalardan biridir. Bu məna
ilə ayəni dondurmaq olmaz. Məsələn, Təğabun surəsinin
14-cü ayəsi: «Ey iman edənlər, bu, bir gerçək ki, sizin
zövclərinizdən və övladlarınızdan bir qismi sizə düşməndir, onlardan
çəkinin» deyir. Buradakı zövclər (bənzər ziddlər) təkcə ərlər-qadınlar
deyil. Ayə o mənanı da daşımaqla birlikdə insanla olan bir çox
şeyin onun təkamülündə zidlik keyfiyyəti ilə xidmət etdiyini də
ifadəyə qoyur.
Təkcə hüquqi mənada taylardan
bəhs edən ayələr də var. Məsələn, Əhzəb surəsinin 6-cı
ayəsi peyğəmbərin zövcələrini möminlərin anası olaraq
tanıdır. Buradakı «əzvac» peyğəmbərimizin zövcələridir. Nikah,
talaq və s. münasibətlərdə «zövc» və «əzvac» təbirinə yer verən
ayələr üçün də eyni fiqhi məna keçərlidir (Əhzəb, 28-50,
53, 59; Nisa, 12; Təhrim, 3). Amma fiqhi mənanın əsas
olduğu durumlarda əzvac sözünü «qadınlarınız» və ya xanımlarınız
deyə tərcümə etmək doğru olmaz. Məsələn, «Ey inananlar, taylarınzıdan...
düşməndir...» (Təğabun, 14) ayəsində «əcvac»
həm qadını, həm də kişini ifadə edir. Çünki mütləq işlədiləndə
«zövc», cinsiyyəti nə olursa, olsun, tay deməkdir. Arvad da ola
bilər, kişi də. Ayələrdəki fel zəmirlərinin erkək növündən olması
bizi çaşdırmamalıdır. Bu tərz Quranın və ərəb dilinin tərzlərindən
biridir.
|