Ünvan:
Bakı şəhəri
Təşkilatın rəhbəri: Nəriman QASIMOĞLU
Telefon: (055) 735 43 90 (Vasif SADIQLI)
E-mail: eyokamil@gmail.com
Azərbaycan
Din və Demokratiya Mərkəzi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan
əhalisi arasında dinlərarası münasibətlərin daha da yaxşılaşdırılması,
islam etiqadlı müsəlman çoxluğun, eləcə də digər konfessiyaların
milli tərəqqi və ictimai-siyasi münasibətlər sistemində demokratiya
dəyərlərinin təsdiqi prosesində iştirakının təmin edilməsi, cəmiyyətdə
gerçək dini dəyərlərin elmi əsaslar üzərində təbliği, sağlam dini
maarifin təşkili, dinlərarası anlaşma mühitinin gəlişdirilməsi,
fanatizm meyllərinə qarşı maarifçilik təbliğatının aparılması,
ölkədə vətəndaş cəmiyyəti quruculuğuna yardim və s. özünə məqsəd
seçən Mərkəz yarandığı gündən göstərilən hədəflərə çatmaq üçün
çeşidli tədbirlər həyata keçirib. Mərkəzin keçirdiyi tədbirlər
(İslam və demokratiya dəyərlərinin uzlaşdırılmasının nəzəri-teoloji
aspektlərinin müzakirələrinə həsr olunmuş seminarlar, dəyirmi
masalar, konfranslar, mühazirələr, dindarlarla məscidlərdə, mədrəsələrdə
görüşlər və s. və i.) Azərbaycanın ənənəvi dini durumunu müasirliyə
və tərəqqiyə xidmət edən yeni ideyalarla zənginləşdirib.
1998-ci
ildə Mərkəz «Azərbaycan cəmiyyətində islam dininin yerinin və
rolunun müəyyənləşməsinə dair» konsepsiya hazırlayıb və bu konsepsiyanın
Azərbaycan ictimaiyyəti tərəfindən geniş müzakirəsi keçirilib.
Konsepsiyada vətəndaş cəmiyyəti quruculuğuna yardım istiqamətində
əhalinin din mədəniyyətinin yüksəldilməsinə, dini fanatizm təzahürlərinin
aradan qaldırılmasına yönəlik maarifçiliyin prinsipləri, din -
cəmiyyət və din - dövlət münasibətlərini tənzimləyən mexanizm
açıqlanır.
Fəaliyyəti
ərzində Mərkəz özünə ölkə əhalisi içərisində bu ideyaları qəbul
edən və bəyənən şəxslərdən ibarət müəyyən auditoriya da toplamağa
nail olmuşdur. Bundan başqa, hökumət tərəfindən rəsmən etiraf
olunmasa da, Mərkəzin bir sıra təklifləri yarandığı gündən (2000-ci
il) ölkədə din siyasətini müəyyənləşdirən Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) fəaliyyətində öz əksini tapıb.
Mərkəzə
tanınmış alim, Qurani-Kərimin azərbaycancaya tərcüməsinin və islamşünaslıq
məsələləri üzrə çoxsaylı elmi araşdırmaların müəllifi Nəriman
Qasımoğlu rəhbərlik edir.
|