|
|
SEÇMƏLƏR
|
|
Sevgidə
günəş kimi ol,
Dostluq və qardaşlıqda axar su kimi ol,
Qüsurları örtməkdə gecə kimi ol,
Təvazödə torpaq kimi ol,
Acıqlanmaqda ölü kimi ol,
Hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol! |
|
Gəl-gəl,
yenə gəl! Nə olursan ol, yenə də gəl. İstər xristian, istər məcusi,
istər bütpərəst ol. Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Tövbəni
yüz dəfə pozmuş olsan belə, yenə gəl. |
|
Nə
qədər insan gördüm ki, əynində paltarı yoxdur, nə qədər paltar gördüm
ki, içində insan yoxdur. |
|
Quzğun
bağda quzğuncasına qışqırır. Amma quzğun qışqırır deyə bülbül gözəlim
səsini heç kəsərmi? |
|
Bulaq
suyunun hamısını içmək imkansızdır, amma susuzluğu aradan qaldıracaq
qədər içməmək də mümkün deyil. |
|
Birisi
gözəl bir söz söyləyirsə, bu, dinləyənin dinləməsindən, anlamasından
irəli gəlir. |
|
Qabığı
qırılan sədəf sənə üzüntü verməsin, içində inci var! |
|
Bilik
sərhədsiz bir dənizdir. Biliyi öyrənən isə dənizlərə dalan bir dalğıcdır. |
|
Buludlar
ağlamasa, yaşıllıqlar necə gülər? |
|
Bülbülün
səsi gözəl olduğuna görə onu qəfəsə qoyarlar. Quzğunla bayquşu kim
qəfəsə qoyar? |
|
Hər
bir dil qəlbin pərdəsidir. Pərdə qımıldandımı, sirlərə çatılır. |
|
Aşiqlərin
könüllərinin yanması və göz yaşları olmasaydı dünyada nə su olardı,
nə də od. |
|
İki
barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən
dyə bu dünya yoxdurmu? |
|
Qızıl
nədir, can nədir, inci və mərcan nədir, bir sevgiyə xərclənməyirsə? |
|
Görürsənmi,
məni qəmdən başqa kimsə xatırlamır. Qəmə min dəfə afərin. |
|
Kəbəyə
gedən nə qədər çoxlu yol var. Əgər yollara baxsaq, ayrılıq, fərqlilik
çoxdur. Halbuki qayəyə, məqsədə baxsaq, varılacaq yer birdir. |
|
İnsan
böyük bir şeydir və içində hər şey yazılıdır. Fəqət qaranlıqlar
və pərdələr qoymaz ki, içindəkiləri oxusun. |
|
Dinləyən
xəmir yoğuranın önündəki un kimidir. Söz də suya bənzəyər. Una nə
qədər su lazımdırsa, o qədər qatarlar. |
|
Tanrı:
«Tanrının verdiyi rizqdən yeyin» dedi. (67, Mülk, 15)
Sən buradakı rizqi çörək sandın, hikmət olduğunu anlamadı |
|
Günəşə
aləmi tutan nurundan başqa bir dəlil olmaz ki. Kölgənin ona dəlalət
etməsinə imkanmı var? Kölgə onun yanında xor, həqir olar ... |
|
Kitabdan
məqsəd içindəki fəndir, amma istəsən, onu yastıq da edə bilərsən. |
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|