Rəhman
və Rəhim Allahın adıyla
1. Güclü olan, müdrik
olan Allahın dərgahından nazil olmuş bu Kitab.
2. Haqq olaraq göndərmişik
sənə bu Kitabı. Təkcə Allaha ibadət eləyin, təkcə Ona könül verin
[dininizdə təgcə Onun adını Tanrı olaraq anın].
3. Xalis din məhz Allahın
dinidir. O kəslər ki, Onu qoyub ayrılarını özlərinə dost arayırlar,
«Bizləri Allaha yaxınlaşdıralar deyə bunlara ibadət eləyirik»
deyərlər. Şübhəsiz, mübahisə elədikləri şeylərin barəsində onlara
Öz hökmünü verər Allah. Yalançını, kafiri doğru yola çəkməz Allah.
4. Allah istəsəydi Özünə
bir övlad götürə, yaratdıqlarından istədiyi birisini seçərdi.
Ancaq bundan ucadadır O. Odur vahid qəhhar Allah.
5. Göylərlə yeri haqq
olaraq yaratmış. Gecəni gündüzə bükər, gündüzü də gecəyə. Günəşlə
ayı Özünə tabe eləmiş. Müəyyən bir vaxta qədər hər biri axıb gedər.
Güclü, günahlardan keçən Allah təkcə Odur.
6. Sizi tək bir candan
yaratmış. Sonra da bu candan tayını var eləmiş. Sizə dişili-erkəkli
səkkiz heyvan göndərmiş. Sizi analarınızın bətnində, üç zülmətin
içində xilqətdən xilqətə keçirərək yaratmış. Rəbbiniz Allahdır
sizin. Hər şey Onun əlindədir. Ondan başqa tanrı yoxdur. Elə isə
Ondan başqasına siz necə tapınırsız?
7. Onu dansanız, bilin,
sizdən varlıdır Allah. Razı olmaz bəndələri küfr eləyə. Ona şükr
eləsəniz, sizdən razı qalar O. Heç bir günah yiyəsi özgəsinin
günah yükünü daşıyan deyil. Rəbbinizin dərgahına dönəcəksiz axırı.
Və O da bildirər sizə nə iş tuturdunuzsa. Yrəklərin içini biləndir
O, şübhəsiz.
8. Bir sıxıntı üz verəndə
insana, yalvararaq üz tutar o Rəbbinə. Bir ne'mət aldımı Allahın
dərgahından, öncə kimə yalvardığını unudar və Allahın yolundan
adamları azdırmaq üçün Ona şəriklər qoşmağa başlar. De ki, «Öz
küfrünlə azacıq baş girləyib dolan sən. Cəhənnəmliksən, şübhəsiz».
9. Gecələr əyilərək,
qalxaraq ibadətlə məşğul olan, axirətdən qorxan, Rəbbinin rəhmətini
uman kimsə kafir olan bir kəsə bərabərmi tutular? De ki, «Bilənlərlə
bilməyənlər birmidir?» Ancaq ağıl yiyələri bunu düşünüb anlar.
10. De ki, «Ey mənim
mö'min bəndələrim! Qorxun Rəbbinizdən. Bu dünyada yaxşı işlər
görənləri yaxşılıqlar gözləyir. Genişdir Allahın torpağı. Hesabsız
veriləcək əcri səbrlilərin».
11. De ki, «Mənə əmr
olunub təkcə Allaha ibadət eləyim, təkcə Ona könül verim.
12. Və mənə əmr edilib
müsəlmanların ilki olum».
13. De ki, «Rəbbimə qarşı
çıxsam qorxuram böyük günün əzabına düçar olam».
14. De ki, «Təkcə Allaha
ibadət edərəm, təkcə Ona könül verərəm.
15. Siz də Ondan başqa
kimlərə istəyirsiz ibadətdə olun». De ki, «Zərərdidələr o kəslərdir
ki, itirərlər özlərini, ailəsini qiyamət günü. Baxın, açıq-aşkar
itki budur».
16. Başları üstündə,
ayaqları altında oddan təbəqələr var. Bununla bəndələrini qorxuzar
Allah. Ey Mənim bəndələrim, qorxun Məndən!
17. Tağuta ibadətdən
əl çəkib Allaha üz tutanlara müjdə var. Ver müjdəni bəndələrimə,
18. o kəslərə ki, sözlərə
qulaq asar və eşitdiyinin ən yaxşısına tabe olarlar. Doğru yola
yönəltmiş onları Allah. Ağıl yiyələridir onlar.
19. Və'd verilən o əzab
haqlayanda bir kəsi, sənmi onu od içindən qurtaracaqsan?
20. Rəblərindən qorxanlarısa
üst-üstə qurulmuş mənzillər gözləyir. Altından çaylar axar bunların.
Bu, Allahın və'didir. Və'dini pozmaz Allah.
21. Allah göydən su göndərir,
yerdəki bulaqlara yerləşdirir bu suyu. Bununla rəngarəng bitkilər
bitirir. Görməzmi oldun bunları? Sonra da qurudur bitkiləri, saralıb
solurlar. Çör-çöpə döndərir sonra onları. Şübhəsiz, bunlardan
öyüd alar ağlı olanlar.
22. Kimin ürəyini İslama
açmışsa və Öz nuru ilə doğru yola yönəltmişsə onu Allah, ürəyi
bağlı olan kimsə ilə birmi tutular beləsi? Vay halına o kəslərin
ki, qəddar ürəklərilə Allahı anmaqdan ayrı düşüblər. Aşkar bir
sapqınlıq içində vurnuxar onlar.
23. Ən gözəl kəlamları
Qur'an olaraq göndərmiş Allah. Bə'zi ayələr və sözlər bir-birinin
oxşarıdır, bir-birinin tayıdır. Onun təhdidini eşidən zaman Rəblərindən
qorxanların tükləri biz-biz durur. Allahın müjdəsini eşidən zaman
isə yumşalır dəriləri, yüngülləşir ürəkləri. Allahın göstərdiyi
yoldur Qur'an. Bu Qur'anla istədiyi kimsəni doğru yola yönəldər
O. Allahın azdırdığı kimsəyəsə yol göstərən tapılmaz.
24. Qiyamət günü o pis
əzabdan üzünü yan çevirmək istəyən kəs arxayınçılıq keçirən kimsəylə
birmi tutular? «Dadın qazancınızı» deyilər zalımlara.
25. Onlardan öncəkilər
də danmışdılar göndərilmiş elçiləri. Közləmədikləri yerdən əzab
gəlib haqlamışdı onları.
26. Dünyada rəzilliyi
daddırdı onlara Allah. Axirət əzabı isə daha böyükdür. Bunu bilsəydilər!
27. Hər şeydən bir nümunə
gətirdik insanlara Biz bu Qur'anda. Dedik bəlkə öyüd alalar.
28. Ərəbcə, əyərsiz-əskiksiz
nazil elədik Qur'anı. Dedik bəlkə çəkinələr küfrdən.
29. Bir kişini nümunə
gətirir Allah. Bunun bir-birilə çəkişən çoxlu ağaları var. Başqasını
da nümunə gətirir. Onunsa tək bircə aqası var. Məgər taymı tutular
onlar biri-birinə? Təkcə Allahı həmd edərlər. Amma bunu bilməyir
onların çoxu.
30. Şübhəsiz, sən də
öləcəksən, onlar da.
31. Sonra qiyamət günü
Rəbbinizin hüzurunda deyişəcəksiz.
32. Allahın adına yalan
yaxandan, Qur'anı görəndən sonra onu danandan daha zalım kim ola?
Kafirlərə cəhənnəm yuva deyilmi?
33. Doğruluq gətirən
şəxs [Muhamməd] və ona inananlarsa müttəqilərdir.
34. Rəblərinin dərgahında
nə istəsələr varlarıdır. Yaxşılara verilən mükafatdır bu.
35. Gördükləri işlərin
ən pisindən keçər, ən yaxşısına qarşılıq olaraq mükafat verər
Allah.
36. Bəndəsinə Allah xofu
bəs deyilmi ki, hələ səni Ondan başqalarıyla da qorxutmaq istəyirlər?
Allahın azdırdığı kimsəyə yol göstərən tapılmaz.
37. Allahın doğru yola
yönəltdiyi kimsəni də heç kim azdıra bilməz. Güclüdür, intiqam
alandır Allah.
38. Onlardan «Göyləri,
yeri yaradan kimdir?» soruşsan, «Allahdır» deyəcəklər. De ki,
«Elə isə deyin, əgər mənə bir zərər vermək istərsə Allah, Onu
qoyub tapındığınız bütlərmi qaldırarlar bu zərəri aradan? Əgər
mənə rəhmətindən pay vermək istərsə Allah, onlarmı kəsə bilər
rəhmətinin qarşısını?» De ki, «Təkcə Allah mənə yetərlidir. Qoy
Allaha güvənsin güvənmək istəyənlər».
39. De ki, «Ey qövmüm,
siz öz işinizdə olun, mən də öz işimdəyəm. Bir vaxt biləcəksiz
40. kimlər düçar olacaq
alçaldıcı əzaba, əbədilik əzaba.
41. Şübhəsiz, insanları
deyib bu Kitabı haqq olaraq sənə nazil etmişik. Kim tutmuşsa doğru
yolu, bu onun öz xeyrinə, kim sapmışsa - əleyhinə. Sən onlara
vəkil olan deyilsən.
42. Allah ölənlərin canını
ölümləri gələndə, ölməyənlərinsə canını onlar yuxuda olarkən alar.
Ölüm hökmü verilən kimsələrin canını tutub saxlayar, o biri kəslərinsə
canını yazılı bir əcələ qədər sərbəst buraxar. Şübhəsiz, bunda
ayələr var düşünən kəslər üçün.
43. Allahı qoyub başqa
iltimasçılarmı seçmiş özlərinə bütpərəstlər? De ki, «Heç nəyin
yiyəsi olmaya-olmayamı, düşüncəsiz ola-olamı sizdən ötrü iltimas
edər onlar?»
44. De ki, «Allahın iznilə
mümkün olar hər cür iltimas. Odur göylərin, yerin yiyəsi. Onun
da dərgahına axır dönəcəksiniz».
45. Allah anılarkən
adı tək çəkiləndə ürəkləri nifrətlə dolar axirətə inanmayan kəslərin.
Allahdan başqaları adına tapındıqdıqları anılarkən isə sevinər
onlar.
46. De ki, «Ey göyləri,
yeri yaradan, görülməzi, görüləni bilən Allah! Mübahisə etdikləri
şeyləri barəsində hökmü sən verəcəksən bəndələrinə».
47. Yer üzündə nə varsa
və bir o qədər də üstəlik zalımların ola və qiyamət gününün pis
əzabından qurtulmaq üçün bunları fidyə verələr, qəbul buyurulmaz
fidyələri. Gözləmədikləri şeylər görünər onlara Allahın dərgahında.
48. Gördükləri pis işlər
görünər onlara, lağa qoyduqları şeylər haqlayar onları.
49. İnsana bir sıxıntı
üz verən zaman yalvarar Bizə. Bir ne'mət verdikmi ona dərgahımızdan,
«Bunu öz biliyimlə qazanmışam» deyər. Sınaqdan keçirərik insanları
beləcə. Ancaq bunu bilməyir onların çoxu.
50. Öncəki nəsillər də
belə söyləmişdilər, ancaq qazanclarının bir faydası olmamışdı
onlara.
51. Başlarına gəlmişdi
gördükləri pis işlər. Aciz qoya bilməz onlar Allahı.
52. Məgər bilməzmidirlər,
ruzini istədiyi kimsəyə bol-bol verər, istədiyi kimsəyə də müəyyən
miqdarda verər Allah. Şübhəsiz, bunda ayələr var iman gətirənlər
üçün.
53. De ki, «Ey Mənim
bəndələrim, özlərinin əleyhinə olaraq hədlərini aşanlarım! Ymidinizi
Allahın rəhmətindən üzməyiniz. Bütün günahları bağışlar Allah.
Günahlardan keçən, Rəhim olan təkcə Odur.
54. Yzünüzü Rəbbinizə
tutun. Təslim olun Ona nə qədər ki, üz verməyib o əzab sizə. Yoxsa
yardım görməzsiniz.
55. Sizə Rəbbinizdən
nazil olan ən gözəl kəlamın, Qur'anın ardınca gedin nə qədər ki,
özünüz də gözləmədən haqlamayıb sizi əzab qəflətən».
56. «Əfsuslar olsun,
Allaha qarşı həddimi aşmışdım, Onun Kitabına gülənlərdən idim»
deyər bir kəs o zaman.
57. Yaxud da deyər: «Doğru
yola çəksəydi məni Allah, mütləq müttəqilərdən olardım».
58. Yaxud da əzabı görüb
deyər: «Kaş ki, mən dünyaya dönə biləydim, dönsəydim yaxşılardan
olardım».
59. «Sənə ayələrim gəlmişdi
axı. Dandın onları, təkəbbürlük elədin, kafirlərdən oldun» deyər
Allah.
60. Görərsən qiyamət
günü necə qaralır Allahın adına yalan yaxan kimsələrin üzləri.
Cəhənnəm deyilmi məgər təkəbbürlü kimsələrin yuvası?
61. Ona şərik qoşmaqdan
çəkinənləri uğur qazandıqlarına görə xilas eləyər Allah. Bir pislik
dəyməz onlara, üzülməzlər qəm əlindən.
62. Allahdır hər şeyin
xaliqi. Hər şeyə vəkildir O.
63. Göylərin, yerin açarları
Ondadır. Allahın ayələrini dananlar itkiyə uğrayanlardır.
64. De ki, «Ey cahillər,
Allahdan başqalarınamı tapınmağı siz mənə buyurursuz?»
65. Sənə də, səndən öncəki
peyğəmbərlərə də vəhy olunmuş: «Allaha şərik qoşsan, işlərin boşa
çıxacaq, itkiyə uğrayanlardan olacaqsan.
66. Təkcə Allaha ibadət
elə, Ona şükr eləyənlərdən ol!»
67. Allahı dəyərincə
tanımadılar. Qiyamət günü Onun ovcunda olar bütün yer üzü, Onun
qüdrətiylə bükülər göylər. Ona qoşduqları şəriklərdən ucadadır,
ucalardan ucadır O.
68. Elə ki, çalındı sur,
Allahın istədiyi kimsələrdən savayı göylərdə kim varsa, yerdə
kim varsa yıxılıb ölər hamısı. Bir daha çalınanda isə bütün ölənlər
qalxıb ayağa gözləyərlər olacağı.
69. O gün Rəbbinin nuruyla
işıqlanar yer üzü. Haqq-hesab kitabı açılar, peyğəmbərlər və şahidlər
gətirilər. Hamının haqqında hökm haqq ilə verilər, heç kimə bir
haqsızlıq edilməz.
70. Hər kəsə öz əməlinə
görə cəza verilər. Allah hamıdan yaxşı bilər hər kəsin işləklərini.
71. Dəstə-dəstə sürülər
cəhənnəmə küfr eləyən kimsələr. Çatdılarmı oraya, üzlərinə açılar
qapılar. «Rəbbinizin ayələrini oxuyan, bu günlə üzləşəcəyinizi
öncədən bildirən peyğəmbərlər gəlməmişdilərmi sizə öz içinizdən?»
deyər onlara cəhənnəm mə'murları. «Bəli, gəlmişdilər» deyər onlar.
Desələr də, o deyilən əzab haqq olub haqlayar kafirləri.
72. «Cəhənnəmin qapılarından
içəri girin. Əbədilik qalacaqsız orada. Pisdən pis imiş təkəbbürlü
kimsələrin yuvası!» deyilər.
73. Dəstə-dəstə apararlar
cənnətə Rəblərindən qorxanları. Çatdılarmı oraya, üzlərinə açılar
qapılar. «Salam olsun sizlərə, xoş gəldiniz! Buyurun içəri. Əbədilik
qalacaqsız orada» deyər onlara cənnət mə'murları.
74. «Həmd olsun Allaha,
gerçəyə çevirmiş bizə verdiyi və'di, bizi cənnət torpaqına varis
eləmiş. Cənnətin harasında istəsək qala bilərik. Əməli salehlərin
əcri nə gözəl imiş!» deyər onlar.
75. O zaman görərsən,
ərşi hər tərəfdən dövrəyə almış və həmd oxuyur Rəblərinə mələklər.
Artıq hamının işi haqq ilə həll olunmuş. «Həmd olsun Allaha, aləmlərin
Rəbbinə» deyər mələklər.
|