|   RU  |  EN  |.....


99 ZİLZƏL SURƏSİ


Rəhman və Rəhim Allahın adıyla

1. Elə ki, titrəm-titrəm titrədi yer

2. və içindəki yüklərini üzə çıxardı yer,

3. insan deyər: «Bu nədir, nə olmuş yerə?»

4. Ystündəki olmuşlardan o gün xəbər verər yer.

5. Bunları Rəbbi yerə vəhy eləyər.

6. O gün insanlar qəbirlərdən çıxaraq dəstə-dəstə gələrlər ki, gördükləri işlərinin əvəzini görələr.

7. Zərrə qədər olsa belə bir yaxşılıq eləmiş kəs görər bunun savabını.

8. Zərrə qədər olsa belə bir pislik eləmiş kəs görər bunun cəzasını.

 

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.