Bu
sözün mənası örtməkdir. İnsanın düşünmə və ağıl işlətmə bacarığını
örtən uyuşdurujulara, xüsusən şəraba «xəmr» deyilməsi bundandır.
Qurani-Kərim bu anlamda «xəmr»i 6 yerdə işlədir (Baqara, 219;
Maidə, 90-91 və s.).
Qadınların başlarını
örtmək üçün işlətdikləri «ximar» da «xəmr»lə eyni kökdəndir və
«örtən şey» mənasını daşıyır. Bu son şəkli ilə bu söz Nur
surəsinin 31-ci ayəsində cəm şəklində «xümur» kimi işlənilir.
Quranın alkoqollu içkiləri
yasaqlayan Maidə surəsinin 90-cı ayəsində yasaq
«xəmr» sözü ilə verilib. Burada əsrarlı Quran üslubunun bir gözəlliyinə
daha şahid olmaqdayıq. Yasaq gələn zaman ərəb cəmiyyəti emal etdiyi
alkoqollu içkilərə «xəmr» deməkdə idi. Quran yasağı gətirəndə
elə bir kəlmə seçib ki, həm o gün işqlədilən alkoqollu içkiləri,
həm də insanın düşünmə və ağıl yürütmə fəaliyyətini pozacaq hər
cür uyuşdurucunu eyni anda yasaqlaya bilirdi. Çünki xəmr düşünmə
fəaliyyətində axsama yaradan bir şey deməkdir. Bunun maye və ya
quru olması, ağızdan və ya başqa bir yolla alınması heç bir fərq
yaratmaz.
Qısajası, Qurani-Kərim
xəmr yasağı ilə topdan uyuşdurujuları insan həyatından qovmağı
məqsəd qoyub.
Bu yasağı pozanlara peyğəmbərimiz
müxtəlif cəzalar təyin edirdi. Xəlifə Ömər yasağı pozanlara 80
zopa vurdururdu. Daha sonra buna sürgün cəzası da əlavə edən Ömər
bu son cəzanın pis nəticələr verdiyini görüb bundan vaz keçmişdi.
|