|
Ömər
XƏYYAM |
|
|
Bilinməz
nə vaxtdan hərlənir bu tas,
Nə
zaman pozular bu gözəl əsas
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.
|
|
Tusun
barısında gördüm ki, bir quş
Caynağında Keyin başını tutmuş.
Kəlləyə söyləyir: «Əfsuslar olsun,
Zənglərin səsini aləm unutmuş».
|
|
Gəlişimdən
fayda görmədi həyat,
Getsəm də dəyişməz qoca kainat,
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.
|
|
Biz
getsək, yenə də duracaq cahan,
Bizdən qalmayacaq bir iz, bir nişan,
Biz yoxkən çəkmirdi o heç bir zərər,
Getsək də, görünməz onda bir nöqsan.
|
|
Xilqətin
başlıca mehvəriyik biz,
Dərk etsən, bəsirət cövhəriyik biz,
Cahan dairəsi qızıl bir üzük,
Onun ən dəyərli gövhəriyik biz.
|
|
Bu
torpaq ki, onu tapdayır heyvan,
Olmuş bir zamanlar gül üzlü canan,
Eyvanda gördüyün kərpic yaranmış
Vəzir barmağından, sultan başından.
|
|
Sadəlövh
könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?
|
|
Lalələr
bitirən hər laləzarın
Laləsi qanıdır bir şəhriayarın.
Torpaqdan göyərən incə bənövşə
Xalıdır bir gözəl dilbər nigarın
|
|
O
saraylarda ki, mey içmiş Bəhram,
Orda ceyran doğur, tülkü var müdam.
Kəməndlə gur tutan Bəhram gör indi
Gorda yatıb necə olmuşdur aram.
|
|
Ey
dost, gəl özünü qüssəyə salma,
Bu köhnə dünyanın qəminə dalma,
Olmayan gəlməmiş, olan keçmişdir,
Olub-olmayanın hayına qalma.
|
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|