Qurani-Kərimdə
2 yerdə keçən (Maidə, 35; İsra, 57) «vəsilə» bir şeyə yaxınlaşmaq
üçün ona yaxınlığından yararlanılan şey mənasına gəlir. Quran
terminologiyasında Allaha yaxınlaşmaqda yararlanılan şəxs, metod,
əşya və imkan mənasındadır.
Vəsilə mütləq olaraq
işlənildiyinə görə bir sıra qayələrə çatmaq üçün Quranın qoyduğu
yasaqları pozmayan hər imkandan yararlanmaq vəsilə sırasındandır.
Vəsilə edilməyə təvəssül deyilir. Quran «Allaha varmaq üçün vəsilə
tapın» deyə sərhədsiz bir təvəssül sahəsini insanlığın önünə açıb.
Təvəssül relyativ və dəyişkən bir anlayışdır. Həyatın yeni şərtlərinə
və çətinliklərinə görə yeni-yeni vəsilələrə sarılmaq yaradılış
qanunlarından biridir. Quran bu qanunun işləməsini ağıl və həyat
reallıqları ilə zidd gələn doqmalar qoyaraq əngəlləmə yönünə getməyib.
Yaxşıya və gözələ, xeyirə və xidmətə çatmağa yardımçı olacaq hər
cür imkan dəyərləndirilir.
Vəsilənin izafiliyi onu
bidətdən ayırır. Bidət rədd edilib, amma vəsiləyə sarılmaq Quranın
verdiyi bir imkandır. Bidət dinə sonradan soxulan və Allaha ibadətdə
irəli getmək qayəsi ilə ənənələşmiş davranışdır ki, dinə əlavə
olduğundan pis bir yoldur. Böyük islam alimi Şatibi (öl.1388)
əsəri «əl-İtisam»da bidətin bu yönünü geniş şəkildə incələyib.
Bidətin ən təhlükəli
tərəfi Şatibinin də dediyi kimi, «dinə bənzəməsi» və Allaha qulluğu
artırma, daha çox təqva və s. adı ilə ortaya çıxmasıdır. Bidət
din adına ölçü və məsuliyyət qoyan Allahın bu səlahiyyətinə təcavüzdür.
Bidətin gözəli olmaz. Gözəl olan vəsilə cümləsindəndir. Vəsiləliyini
itirən şey bidət olur.
Şatibi başqa dahi məsləkdaşları
kimi, bidətlə gətirilən «dində artırma, qulluğa əlavə» fəlakətinin
pisliyini Quranın Nəhl surəsinin 9-cu ayəsindən
hərəkətlə təsbit edir. Bu ayə: “Doğru yolu bəyan eləmək Allahın
öhdəsində. Bu yoldan sapan da var» deyir.
Dini əksiltməklə dinə
əlavənin islam ölçüləri cəhətindən fərqi yoxdur. İkisi də Allahın
haqq və səlahiyyətinə təcavüzdür. Məsələn, günorta namazının dörd
rükətlik qulluq borcu olan fərzini iki rükətə endirməklə altı
rükətə qaldırmaq arasında islama tərs düşmə cəhətindən elə bir
fərq yoxdur. Eyni zamanda, hz.Məhəmmədin məsciddən kənarda qıldığı
sünnətləri məscid içində qılmaqla heç qılmamaq arasında sünnətə
zidlik baxımından heç bir fərq yoxdur. İki halda da sünnət tərk
edilib. Biri əksiltmə yolu ilə, biri artırma yolu ilə. Və burada
artırma camedə qılınması lazım gələn fərzə əlavə şəklində olmaqdadır.
Amma bir insanın ruhunu ucaltmaq üçün came xaricində daha çox
namaz qılması məqbuldur, sünnətdir. Bu vəziyyətdə qul Allaha yaxınlıq
üçün tətəvvü ibadəti vəsilə qılmaqdadır. Eyni ibadətin fərzə əlavə
edilərək rəsmi və məcburi ibadət vaxtı icrası isə «fərz olmayan
namazlar məsciddən kənarda qılınır» şəklində sünnət ölçüsünü zədələdiyindən
vəsilə olmaqdan çıxır, bidət olur. Peyğəmbərimiz: «Mənim sünnətimi
bidətə təhvil verənlərə lənət olsun» deyib. Ayrıca o dində artırmaya
gedənlərin bütün nəbilər tərəfindən lənətləndiyini buyurub. Nə
maraqlıdır ki, cənab Rəsul az öncəki hədisində qulluqda, ibadətlərdə
artırma yönünə (artırma deyimi peyğmbərimizindir) gedənləri «ibadətdə
şirrətlik» etməkdə suçlandırıb.
|