Rəhman
və Rəhim Allahın adıyla
1. Olacaq oldumu,
2. heç kəs daha dana
bilməz olacağı.
3. Alçalan kim, ucalan
kim o zaman.
4. Elə ki, yer titrəm-titrəm
titrədi,
5. elə ki, dağlar dağım-dağım
dağıldılar,
6. toza-dumana döndülər,
7. o zaman üç dəstəyə
bölünərək ayrılacaqsız.
8. Əməl dəftəri sağ əldən
verilən kimsələr - nə xoşbəxtdir bu sağçılar.
9. Əməl dəftəri sol əldən
verilən kimsələr - nə bədbəxtdir bu solçular.
10. Və yaxşılıq eləməkdə
qabağa düşən kimsələr –
11. bunlardır Allaha
daha yaxın olanlar,
12. ne'mət cənnətlərində
qərar tutanlar.
13. Bu üçüncülərin çoxu
öncəki nəsillərdən,
14. azı sonrakı nəsillərdəndir.
15. Zər-ziynətdən düzəldilmiş
taxtların üstündə qərar tutmuş onlar.
16. Yzbəüz əyləşmiş onlar.
17. Qocalmayan cavanlar
dolanırlar onların ətrafına
18. əllərində şərab bulağından
doldurulmuş qədəhlər, lüləkli, lüləksiz kasalar, kuzələr.
19. Nə başağrısı verəndi,
nə də ağlı başdan çıxarandı bu şərab.
20. Dolaşır bu cavanlar
cənnət əhli içində əllərində onların seçib istəyəcəyi meyvələr
dolu qablar,
21. meyl salacağı quş
əti dolu qablar.
22. İri gözlü hurilər
var orada.
23. Sədəf içində incidirlər
elə bil.
24. Gördükləri işlərə
qarşılıq olaraq bunlar cənnət əhlinə əcir verilmiş.
25. Mə'nasız söz, günah
söz eşitməzlər orada.
26. «Salama» cavab olaraq
«Salam» sözü eşidərlər yalnız orada.
27. Budur əməl dəftəri
sağ əldən verilən kimsələr. Nə xoşbəxtdir sağçılar!
28. Tikansız sədr ağacları
altında,
29. salxımları sallanan
banan ağacları arasında,
30. qollu-budaqlı ağacların
əbədilik kölgəliyində,
31. axar sular kənarında,
32. növ-növ meyvə ağaclarının
arasında, -
33. o ağacların ki, tükənməzdir,
haram deyil meyvəsi –
34. uca döşəklər [taxtların
üstünə sərilmiş] üstündə qərar tutmuş onlar.
35. İri gözlü huriləri
Biz özümüz yaratmışıq.
36. Bəkarətli eləmişik
onları.
37. Taylarını sevən yaratmışıq,
yaşıd yaratmışıq onları
38. sağçılara.
39. Bu sağçıların bə'zisi
öncəki nəsillərdən,
40. bə'zisi də sonrakı
nəsillərdəndir.
41. Əməl dəftəri sol
əldən verilən kimsələr. Nə bədbəxtdir bu solçular.
42. Odlu küləyin, qaynar
suyun əzabında qovrularlar.
43. Qapqara bir dumanın
kölgəsində durarlar.
44. Bu kölgənin nə bir
sərinliyi, nə də bir gözəlliyi var.
45. Öncələr naz-ne'mət
içində üzürdülər.
46. Böyük günah işləməkdən
üzülmürdülər.
47. Deyirdilər: «Öləndənmi
sonra, sümüyümüz torpağa qarışandanmı sonra diriləcəyik?
48. Yoxsa atalarımız
da dirilməli olacaq?»
49. De ki, «Öncəkilər
də, sonrakılar da,
50. hamı o mə'lum günün
və'dəsi yetişəndə yığılacaq bir yerə.
51. Sonra da siz, ey
yolsuzlar, qiyaməti dananlar,
52. zəqqum ağacının meyvəsindən
yeyəcəksiz.
53. Qarnınızı dolduracaqsız
bununla.
54. Ystündən də qaynar
su içəcəksiz,
55. susuz qalmış dəvə
kimi acgözlüklə içəcəksiz.
56. Budur onların cəzası
haqq-hesab çəkilən gün.
57. Sizi yoxdan var elədik
Biz axı. Diriləcəyinizə niyə inanmırsınız?
58. Söyləyin, o nutfəni
ki, siz axıdırsız,
59. ondan insanı yaradan
sizmisiniz, Bizmiyik?
60. Sizin taleyinizə
ölümü yazan Bizik. Kəsən olmaz qarşımızı
61. əgər Biz istəsək
ki, yerinizə sizin kimi kimsələri gətirək, bilmədiyiniz şəklə
salıb sizi bir daha var eləyək.
62. Siz ki, bilirsiniz
ilk dəfə necə yaranmısınız. Yenə dəmi dərs olmamış bu sizə?
63. Söyləyin, o şeyləri
ki, siz əkirsiniz,
64. onları yerdən bitirən
sizmisiniz, Bizmiyik?
65. Qupquru çör-çöpə
çevirərik bitənləri istəsək, mat-məəttəl qalarsınız.
66. Deyərsiniz: «Borca
düşdük.
67. Ruzidən də məhrum
olduq üstəlik».
68. Söyləyin, içdiyiniz
o su ki var,
69. onu buludlardan endirən
sizmisiniz, Bizmiyik?
70. İstəsəydik əgər,
acı eləyərdik bu suyu. Yenə dəmi naşükürlük eləyirsiz?
71. Söyləyin, qaladığınız
o od ki var,
72. onun ağacını, odununu
var eləyən sizmisiniz, Bizmiyik?
73. Bu odu Biz ibrət
üçün cəhənnəm odunu andıran elədik, çöllü-biyabanda yolçuların
halına yanan elədik.
74. Elə isə uca tut Rəbbinin
adını!
75. And içirəm ulduzların
tutduğu məqamlara –
76. bunun nə ulu and
olduğunu kaş biləydiniz, -
77. Qur'ani Kərimdir
sizə bu oxunan Kitab.
78. O ilahi yazıda təsbit
edilmiş, qorunur bu Kitab.
79. Yalnız pak kimsələr
buna toxuna bilər.
80. Aləmlərin Rəbbinin
dərgahından göndərilmədir bu Kitab.
81. Bu haqq kəlamınamı
siz biganə qalırsız?
82. Sizə ruzi verdiyinə
görəmi Ona küfr eləyirsiz?
83. Bir kimsə canını
tapşıran zaman
84. baxa-baxa qalırsız.
85. O zaman Biz ona sizdən
yaxınıq. Ancaq bunu bilməzsiniz.
86. Buna inamınız yoxdursa
87. və doğru sözlü, düz
əməlli kimsələrsinizsə əgər, di qaytarın görüm necə qaytarırsız
onun çıxan ruhunu.
88. Canını tapşıran kəs
Allaha yaxınlardan olarsa,
89. rahatlıq, gözəl-gözəl
ruzilər, ne'mətli cənnət gözləyər onu.
90. Əməl dəftəri sağ
yöndən gətirilən kimsə olarsa bu ölən,
91. «Salam deyir sənə
sağçılar» [yə'ni, əzabdan salamat qurtarmısan] deyərlər ona.
92. Qiyaməti dananlardan,
sapmışlardan olarsa canını tapşıran kəs,
93. qonaq olar qaynar
suya,
94. vasil olar cəhənnəmə.
95. Şübhəsiz, budur haqq
olan olacaq.
96. Uca tut ulu Rəbbinin
adını!
|