Rəhman
və Rəhim Allahın adıyla
1. Göylərdə nə varsa,
yerdə nə varsa həmd oxuyar Allaha. Odur hər şeyin yiyəsi. Təkcə
Onu həmd etməli. Hər şeyə qadirdir O.
2. Sizi yaradan Odur.
Kiminiz kafirdir, kiminiz mö'min. İşləklərinizi görəndir Allah.
3. Göyləri, yeri haqq
olaraq yaratmış. Sizə görkəm vermiş, görkəminizi gözəl eləmiş.
Onun da dərgahına axır dönəcək hamı.
4. Göylərdə nə varsa,
yerdə nə varsa, bilir O. Yrəklərin içini biləndir Allah.
5. Daha öncə kafirlik
eləmişlərin və kafirliyin bəlasını dadmışların əhvalatı çatmamışmı
sizə? Ağrılı bir əzab gözləyir onları.
6. Aşkar dəlillərlə gələn
peyğəmbərləri barədə «Bir bəşərmi yönəltməli bizi doğru yola?»
deyərdilər, küfr eləyərdilər, imandan dönərdilər. Onların imanına
möhtac olmamış Allah. Varlıdır, öyülməlidir Allah.
7. Kafirlər iddia eləyirlər
bir daha diriləcək deyillər. De ki, «Rəbbimə and olsun diriləcəksiz,
sonra da gördüyünüz işləri sizə bildirəcəklər. Bu Allaha asan
olar».
8. İman gətirin Allaha,
Rəsuluna, nazil elədiyimiz nura. Gördüyünüz işlərdən xəbərdardır
Allah.
9. Kimlərin aldandığının
bəlli olacağı gündür Allahın hamını bir yerə cəm edəcəyi o toplanış
günü. Allaha iman gətirmiş, saleh bir iş görmüş olan kimsələrin
suçlarından keçər Allah. İçindən çaylar axan cənnətlərə salar
onları. Oralarda əbədilik qalarlar. Budur o böyük qurtuluş!
10. Küfr eləyib ayələrimizi
dananlarsa od əhlidir. Pisdən pis yerdir onların gedəcəyi yer!
11. Hər gələn müsibət
Allahın iznilə gələr. Allaha iman gətirənin ürəyini səbrə öyrədər
Allah. Hər şeyi biləndir Allah.
12. Allaha itaət eləyin,
Rəsula itaət eləyin. Eləməsəniz, bilin, Elçimizin borcu yalnız
aşkar bəyan eləməkdir haqq kəlamını.
13. Odur Allah. Ondan
başqa tanrı yoxdur. Allaha güvənsin mö'min kimsələr.
14. Ey iman gətirənlər!
Zövcələrinizdən, övladlarınızdan sizlərə düşmənçilik eləyənlər
də olur. Həzər belələrindən! Onları əfv eləsəniz, bağışlasanız,
suçlarından keçsəniz, bilin, günahlardan keçəndir, Rəhimdir Allah.
15. Mallarınız, övladlarınız
sizləri imtahana çəkmək üçündürlər. Böyük əcir isə Allah dərgahındadır.
16. Bacardığınız qədər
qorxun Allahdan, buyruğuna qulaq asın, Ona itaətdə olun, malınızı
Allah yolunda xərcləyin. Bu sizə xeyir gətirər. Uğura uğrayanlardır
nəfsinə güc gələnlər.
17. Allaha gözəl bir
borc versəniz, qat-qat artıq qaytarar O borcunu, keçər suçlarınızdan.
Qədirbiləndir, həlimdir Allah.
18. Görülməzi, görüləni
biləndir, güclüdür, müdrikdir O.
|