Son
illərdə mətbuatda insanların diqqətini çəkmək üçün haqqında çox
yazılan mövzulardan biri də reinkarnasiyadır. Çoxları öz dinini
dərindən bilmədiyindən, islamla bir əlaqəsi olub-olmadığının fərqinə
varmadan və bəzən bilmək belə istəmədən bu təsəvvürü dəb kimi
qəbul edir, bu termini bilməyi müasirlik əlaməti ñàéûr âÿ götürüb
leksikalarına daxil edirlər. «Əvvəlki həyatım» məsələsi fikirləri
məşğul edən... daha doğrusu, zövqləri oxşayan bir mövzudur deyə
bilərik. Bu səbəbdən deyilən məsələyə bir qədər aydınlıq gətirməyin,
islami inanc baxışından dəyərləndirlmənin aktual olduğunu düşünürük.
«Reinkarnasiya» latınca olub « ölümdən sonra fərdin ruhunun insan,
heyvan, və ya bitkiyə keçməsi anlamına gəlir. Ölümlə bağlı mifik
təsəvvürlərdə ölənin ruhunun heyvana (məsələn, asteklərdə) və
ya başqa cinsdən olan insana çevrilməsi (qədim Meksika inancı)
haqda nümunələr var. Reinkarnasiya daşlaşma, bitkiləşmə, metamorfoza
(heyvanlaşma) yolu ilə baş verir. Amma bunlar reninkarnasiya olmaya
da bilər. Animist təsəvvürlərdə
arzu, dua, qarğış yolu ilə çevrilmələrin baş verdiyinə inanılır.
Məsələn, «Hophop və Gültop» adlı Azərbaycan əfsanəsinə görə, zalım
ağanın inəklərini otaran Hophop və Gültop heyvanları itirəndə
qorxudan Allaha yalvarırlar ki, onları ya daşa, ya da quşa çevirsin.
Allah onları quşa çevirir. Və ya Apuleyin «Metamorfozalar» əsərində
qəhrəman Lukiy cadugərin köməkçisi vasitəsi ilə dərman içib cildini
dəyişmək istəyir və səhvən eşşəyə çevrilir. O, ətrafda baş verənləri
eşidir, insan kimi düşünür, amma danışa bilmir. Bu da metamorfozadır,
amma reinkarnasiya deyil.
KARMA İNANCI
Reinkarnasiya
deyiləndə ilk ağıla gələn hinduizm və buddizmdir. Məlum olduğu
kimi, hinduizmin təməl inanclarından biri karma qanunlarıdır.
Biruni yazır: «İslam üçün şəhadət kəlməsi, xristianlar üçün təslis
(üç üqnuma – İsa, Ruhulqüds və Məryəmə etiqad etmə – V.S.),
yəhudilər üçün şənbə nədirsə, hinduistlər üçün də karma qanunları
odur». Reinkarnasiya inancına görə, hər bir canlı sansaranın (sansara
ruhun bir bədəndən başqasına keçməsindən ibarət üzücü bir dairədir)
dövrəsindən qurtulmaq üçün çalışır. Bu, karma qanunları ilə tənzimlənir.
Hər bir fərd dharmaya – yəni dinin insanın üzərinə qoyduğu vəzifələrə
tam əməl etməyəndə, yolunu azanda onu incidir. Dharmanı incidən
kəs karma qanunları ilə cəzalanır -ruhu heyvana, bitkiyə keçir.
«Bhaqavad-Gita»da oxuyuruq: «Xeyirxahlıq qunasında olan insan
yüksək planetlər sisteminə qovuşur və orada cənnət zövqü alır».
«Əgər insan ehtiras qunasında ölürsə, o, heyvanlar səltənətində
doğulur» («Maddi təbiətin üç qunası», mətn 15).
Həmin mətnin kommentarisində isə deyilir: «Bəziləri düşünür ki,
ruh insan səviyyəsinə qalxdısa, bir daha oradan düşməyəcək. Bu,
yanlış fikirdir. Özündə cəhalət qunasını inkişaf etdirən kəs ölümdən
sonra heyvan formasına enir. Bu mərhələdən yenidən təkamül eləmək
lazımdır ki, insan səviyyəsinə çatasan. Bunun üçün insan öz əməllərinə
diqqətlə baxmalı, özündə xeyirxahlıq qunasını inkişaf etdirməlidir.
Yoxsa qarantiya yoxdur ki, mütləq insan cildində doğulacaqsan»
(«Bhaqavad-Gita»15-ci mətnin kommentarisi). Daha sonra
deyilir ki, heyvanların həyatı iztirabla doludur. Heyvanı öldürmək
böyük cahillikdir. «Onları öldürənlərin xəbəri yoxdur ki, gələcəkdə
həmin heyvan müvafiq bədən alacaq ki, onu öldürəni öldürüb qisas
alsın» və s. və ilaxır...
QARIŞQADAN FİLƏ DOĞRU
Oxşar
inanc monqollarda da var. Onlar inanır ki, çox günah edənlər,
amma hər halda təmizliyi olanlar yeni doğuluşda kasıb və ya şikəst
olaraq yaşayırlar. Günah bir az ağır olanda insan cəhənnəmə, daha
ağır olanda beritə (burada cəza daha pis olur) göndərilir. Lap
yaramazlar isə heyvan olaraq doğulurlar. Bu heyvanlar sırasında
fildən başlamış qarışqa və bitə kimi bütün növlər var. Çevriləcək
heyvan nə qədər kiçikdirsə, demək, cəza o qədər ağırdır. Çünki
cəzaya məruz qalan ən kiçikdən ən böyüyə döğru bütün heyvanlar
olaraq doğulub ölməlidirlər. Yalnız bundan sonra bağışlanma baş
verir.
İslam reinkarnasiyanı qəbul etməsə də təriqətlər içərisində kaysanilər,
ismaililər, mötəziləçilər, əliallahilər, druzlar bu görüşləri
təbliğ edib. Bu təriqətlərdə eyni anlamda «tənasüx» termini işlənib.
Tənasüxçülərin fikrincə, adam köhnə paltar dəyişən kimi, ruh da
bədəndən bədənə keçərək yaşayır və bu proses bu dünyada baş verir.
Tənasüxçülər ruhun təmizlənənəcən bədəndən bədənə keçməsini, həşəratlarda,
müxtəlif heyvanların bədənində yaşadığını deyirdilər. Guya Qiyamət,
cənnət və cəhənnəm də şərtidir – bunlar ruhun bədəndə çəkdiyi
cəza və ya aldığı mükafatdır. Ruhun yeni bədəndə həzz alması və
ya iztirablara düçar olması isə onun əvvəlki əməllərinə görədir.
Bu təlimə görə, heç bir günah işlətməmiş uşaqlar ona görə müxtəlif
xəstəliklərdən və sairədən əzab çəkirlər ki, canları əvvəlki bədəndə
yaşayanda günahlara yol verib. Hinduizmdə olduğu kimi, islam tənasüxçüləri
də reinkrnasiya dairəsinin olduğunu (sansara kimi), ruhun bitki,
həşərat, heyvan bədənində yaşayaraq tədricən təmizlənmə prosesi
keçirməsi fikrini müdafiə edirdilər.
“ÖRDƏYİN SUYA BAŞ VURMASI”
Əsasən 14-cü əsrdən etibarən gizli şəkildə yayılmağa başlayan
«Əhli-həqq» icması mənsublarının görüşləri də ənənəvi islam düşüncəsindən
fərqlidir. Daha çox «əliallahi» adı ilə tanınan əhli-həqçilərin
esxatoloci təsəvvürlərinə görə, ölüm yoxdur, ölüm deyilən «ördəyin
suya baş vurması» kimidir. İnsan şəklini dəyişə-dəyişə ömrünü
davam etdirir. Tənasüx yolu ilə hər bir fərd min bir təcəssüm
yaşamalıdır. Bu proseslərdə o, öz əməllərinə görə əvəz alır və
çirkabdan təmizlənir.
Maraqlıdır ki, Cəlaləddin Rumidə də buna oxşar fikirlərə rast
gəlmək olar: «Mən cəmadatdan (cansız təbiət) idim, öldüm, yetişib
inkişaf edən bir varlıq – nəbat (bitki) oldum. Nəbat ikən öldüm,
heyvan surətində zühur elədim. Heyvanlıqdan da keçdim, heyvan
ikən ölüb insan oldum. Artıq ölüb yox olmaqdan niyə qorxum? Bir
həmlə daha edim, insan kimi ölüm, mələklər aləminə keçib qol-qanad
açım. Mələk olduqdan sonra da irmağı adlamaq, mələk sifətini də
tərk eləmək gərəkdir. «Hər şey fanidir, həlak olur, ancaq onun
həqiqəti baqidir». (Quranın Qasas surəsinin 88-ci ayəsi:
«Allaha tay tutmayasan başqa tanrını. Ondan başqa tanrı yoxdur.
Ondan başqa hər şey məhv olandır. Təkcə Onun üzü (həqiqəti) qalır.
Hökm Onundur və axırda Ona dönəcəksiniz» - V.S.) Bir
dəfə də mələk ikən qurban olar və o vəhmə gəlməyən yoxdumu, bax
o olaram» (Cəlaləddin Rumi, «Məsnəvi», III cild, beyt
3901-3905). Amma bu, tənasüx deyil. Sufilərə görə, yaradıcû
qüdrət öncə əqli-küll və nəfsi-küll şəklində təcəlli edir. Bundan
göylər var olub. Göylərin hərəkəti ünsürləri meydana gətirib.
Doqquz göylə dörd ünsür – su hava od və torpaq birləşərək məvalidi-salisəni
– üç uşağı (cansız təbiət, bitki və heyvan) əmələ gətirib. İnsan
maddi tərəfdən ünsürlərə bağlıdır. Cansız təbiətdən, bitki və
heyvanlardan qidalanır, ruhu isə o biri aləmə bağlıdır. Sufizmdə
«dövr» adlanan bu təlimi tənasüxlə qarışdırmaq olmaz. Tənasüx
insanın öləndən sonra yenə heyvan, bitki və ya cansız materiya
şəklinə dönüşüdür. Sufizmdə isə ölən insan geridə qalan növlərə
dönmür, o, əməlindən asılı olaraq mükafat və ya cəza alır.
RUHLAR TƏNASÜX ETMƏZ
Tənasüx inancı islam mütəfəkkirləri tərəfindən rədd edilir. Məşhur
sufi, «Əl-Luma» müəllifi Əbu Nəsr əs-Sərrac (?-988) bu xüüsusda
yazır: «Zənnimcə bu məsələdə doğru düşüncə budur: Ruhların hamısı
məxluqdur. Əmri-ilahidən bir əmrdir. Ruhlar tənasüx etməz. Bir
cəsəddən çıxıb o birinə girməz. Bədən ölüm acısını daddığı kimi,
ruh da dadar. Bədənin nemətlənməsi ilə nemətə nail olar. Bədənin
əzaba uğramasıyla əzab görər. Çıxdığı bədənlə həşr olunar».
İmam Rəbbani isə bu xüsusda daha sərtdir: «Bəzi mülhidlər var
ki, tənasüxü caiz sayırlar. Zənn edərlər ki, nəfs kamala çatana
kimi bədəndən-bədənə keçər, dolaşar. Kamala çatandan sonra isə
ondan qurtular. Bu, apaçıq bir küfrdür. Əgər hər bir nəfs kamal
həddinə çatarsa, onda bəs cəhənnəm kimin üçündür? Onların bu baxışı
cəsədlərin dirilməsini də inkardır».
Ruhun yeni bədənə keçərək həyatını davam etdirdiyini deyənlər
Quranın bu ayələrinə istinad edirlər: «Siz Allahı necə inkar edərsiniz,
ölüydünüz diriltdi sizi, yenə öldürəcək, yenə dirildəcək sizi.
Və Onun dərgahına dönəcəksiz axırı» (Baqara 28);
«Gecəni gündüzə, gündüzü gecəyə qatırsan, ölüyə can verirsən,
diridən can alırsan, istədiyini hesabsız ruzuya çatdırırsan» (Ali
İmran 27); «(Nuh peyğəmbər dedi):Torpaqdan yaratmış,
bitki tək bitirmiş sizi Allah. Yenə torpağa qaytarar, yenə də
oradan çıxarar sizi. Yer üzünü sizinçün döşəmiş Allah. Döşəmiş
ki, üstündəki geniş-geniş yollar ilə gedəsiz» (Nuh 17-20).
Baqara surəsində verilən ayə bunu bildirir: Ey insanlar, Allahın
mövcudluğunu necə inkar edirsiniz? Sizi ölü ikən O dirltdi. Yəni
bədən və ruhdan ibarət bir varlıq olaraq O xəlq etdi. “Sonra sizi
öldürcək” yəni bədən və ruhu ayıracaq. “Təkrar sizi dirildəcək”
yəni qiyamət vaxtı həşr olunacaqsınız, haqq hesab üçün. “Və Ona
dönəcəksiniz”. Yəni daha bədənə girmədən yeni tərtibli bir varlıq
kimi Allaha qovuşacaqsınız. Göründüyü kimi, dəfələrlə müxtəlif
bədənlərə keçmə haqda heç bir işarə yoxdur.
Ali İmran surəsindən verilən ayədə ölüdən diri çıxarılması cansız
bədənə ruh üfürülməsi, diridən ölü çıxarılması isə ruhun candan
çıxması anlamını ifadə edir. Və burada da fərqli bədənlərdə yaşamaqdan
söz belə açılmır.
Nəhayət, Nuh surəsindən insanı bitki kimi bitirmə məsələsinə gələk.
“Allah sizi ot kimi bitirdi” deynədə insanın bədəninin müxtəlif
elementlərdən tərtibi, “Sizi təkrar onun içinə göndərəcək” deyəndə
isə bədənin öləndən sonra torpağa qarışması nəzərdə tutulur. “Yenə
oradan çıxarar sizi” deyəndə isə qiyamət günü ölülərin dirilib
ayağa qalxması nəzərdə tutulur. Ölümü dadan insanın bir daha bu
dünyaya gəlmə şansının yoxluğu isə aşağıdakı ayədə çox qəti şəkildə
bildirilir. Əgər yen bədənlərdə yeni həyatlar yaşayıb təkamüllə
irəliləmək, bitki, heyvan, yenidən yenə insan kimi doğulub məqsədə
çatma imkanı olsaydı, bu ayə endirilərdimi: “Onlardan hər kimi
ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni. Yarımçıq
qoyduğum işimi tamamlaram, yaxşı işlər görərəm». Bir sözdür deyir
o, deməyin nə faydası? Diriləcəkləri günə qədər bir maneə dayanar
onların arxasında» (Muminin 99-100)”
|