Rəhman
və Rəhim Allahın adıyla
1. Elə ki, büküldü günəş,
2. elə ki, töküldü ulduzlar,
3. elə ki, yerindən oynadı
dağlar,
4. elə ki, yiyəsiz qaldı
ikicanlı dəvələr,
5. elə ki, bir yerə cəm
oldu bütün vəhşilər,
6. elə ki, aşdı-daşdı
dənizlər,
7. elə ki, bədənlərlə
birləşdi canlar,
8. elə ki, diri-diri
basdırılan körpə qızlar barədə soruşdular
9. günahları nə imiş
öldürüblər onları,
10. elə ki, açıldı əməl
dəftərləri,
11. elə ki, dartılıb
yerindən qopdu səma,
12. elə ki, alovlandı
cəhənnəm,
13. elə ki, yaxınlaşdı
cənnət,
14. o zaman hər kimsə
agah olar nəyi hazırlamış özünə.
15. And olsun göydəki
cisimlərə [planetlərə]
16. məcrasını dəyişərək
gözdən itən cisimlərə,
17. and olsun düşən gecəyə,
18. and olsun açılan
səhərə,
19. bir Elçinin gətirdiyi
kəlamdır bu Qur'an. Möhtərəm sanılandır,
20. güclüdür. Onun öz
yeri var ərş yiyəsi Allahın dərgahında.
21. Sözü keçəndir, e'tibarlıdır.
22. Yoldaşınız Peyğəmbər
dəli deyil.
23. And olsun, Cəbraili
açıqdan açığa bir üfüqdə görmüş o.
24. Qeybin xəbərlərini
söyləməyə xəsislik eləyən deyil.
25. Qovulmuş şeytan kəlamı
deyil bu Qur'an.
26. Bu nə yoldur, siz
haraya gedirsiz?
27. Bu Qur'an yalnız
bir öyüddür, aləmlərdən ötrüdür.
28. O kəsdən ötrüdür
ki, düz bir yola düzəlib getmək istər.
29. Bir şeyi istəmədikcə
aləmlərin Rəbbi Allah, siz də onu istəyə bilməzsiniz.
|