|   RU  |  EN  |.....


86 TARİQ SURƏSİ


Rəhman və Rəhim Allahın adıyla

1. And olsun göyə və kecələr gələnə.

2. Nə biləsən nədir gecələr bu gələn?

3. Zülməti yaran ulduzdur.

4. Hərənin üstündə bir gözətçi var.

5. Bir baxıb görə insan, nədən xəlq olunmuş o.

6. Tökülüb gələn mayedən yaranmış.

7. Beldən gələr, döş sümüklərindən gələr bu maye.

8. İnsanı bir daha yaratmağa qadirdir Allah

9. o gün ki, aşkarlanar gizlilər.

10. Gücsüz olar, yardımsız qalar insan o gün.

11. And olsun yağışı tez-tez yağdıran göyə,

12. and olsun bitkilərlə dəlik-dəlik olan yerə,

13. haqqı batildən ayıran Allah kəlamıdır bu Qur'an,

14. batil əyləncəlik deyil bu Qur'an.

15. Peyğəmbərin başına onlar iş açmaq istər.

16. Mən də Öz işimdəyəm.

17. Bir az möhlət versənə kafirlərə.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.