|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual: 141: Mələklər iltimas edə bilərmi? Onların xahişi hər zaman keçərlidirmi?

Cavab: Allah istəsə, onların xahişini nəzərə alar, amma əksinə də ola bilər: «Göylərdə neçə-neçə mələklər var ki, faydasız olar iltimasları nə qədər ki, istədiyi və razı qaldığı bir bəndəsinin xətrinə iltimasçün izn verməmiş Allah» (Nəcm, 26).

Sual 142: Quranda hərbə hazır olmaq barədə ayə varmı?

Cavab: Var. Ənfal surəsinin 60-cı ayəsində deyilir: “Qüvvəniz yetən qədər qüvvə yığın, savaş atlarını hazır saxlayın ki, bununla qorxuya salasız Allahın və sizin düşməninizi və başqalarını, sizin tanımadığınız, Allahın tanıdığı düşmənləri. Allah yolunda nə xərcləsəniz bilin, özünüzə qaytarılar hər bir şeyin əvəzi”.

Sual 143: Rüşvət haramdırmı?

Cavab: Bəli. Bəqərə surəsinin 188-ci ayəsində deyilir: “Haqsızlıq işlədərək bir-birinizin malınızı yeməyəsiz, insanların mallarını hakimlərə verməyəsiz, bir qismini yeməyəsiz bata-bata bilərəkdən günaha.”

Sual 144: Dinimizə “islam” adını Allah taalamı verib? Mənası nədir?

Cavab: Bəli, bu adı Allah taala verib. Məidə surəsinin 6-cı ayəsində deyilir: “Sizin üçün din olaraq İslamı bəyəndim”. Ərəbcə olan “islam” sözünün salamatlıq, hər cür bəladan uzaq olmaq, sülh, əmin-amanlıq, təslim olmaq, bağlanmaq, sağlamlıq və s. mənaları var.

Sual 145: Müsəlman kişi Kitab əhli ilə evlənə bilərmi?

Cavab: Bəli. Məidə surəsinin 5-ci ayəsində deyilir: “Namus gözləyib əxlaqsızlığa yol verməsəniz, məşuqəniz olmasa, sizə halal bilinər mömin olan namuslu subay qadınlar və sizdən öncə Kitab verilənlərdən olan namuslu subay qadınlar”.

Sual 146: Quranda qonşularla bağlı nəsə deyilirmi?

Cavab: Nisə surəsinin 36-cı ayəsin
də qonşunun qonşu üzərində haqqı olduğu bildirilir: “Ata-anaya, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yaxın yoldaşa, yolçuya, tabeliyinizdə olanlara yaxşılıq eləyin. Təkəbbürlüləri, lovğaları sevməz Allah”.

Sual 147: Ali İmran surəsinin 31-ci ayəsində peyğəmbərə uyma dedikdə nə nəzərə tutulur?

Cavab: Peyğəmbərlər əxlaqi mükəmməlliyin canlı örnəkləri olub. Ona görə onları sevmək, örnək götürmək lazımdır. Amma onların vəhydən kənara çıxan mirası olubsa, onları hökm nöqtəsinə gətirmək olmaz.

Sual 148: Müsəlman qadın Kitab əhlinə ərə gedə bilərmi?

Cavab: Quran bunu qadağan etmir.

Sual 149: Təvəkkül nədir?

Cavab: Təvəkkül Allahı vəkil etməkdir. Bir iş görüləndən sonra təvəkkül edilər. Yəni əldə olan bütün imkanlardan istifadə ediləndən sonra təvəkkül edilir. Ali İmran surəsinin 159-cu ayəsində deyilir: “Gəldinmi bir qərara, güvən Allaha. Ona təvəkkül edənləri, şübhəsiz, sevər Allah”. Ayədən də göründüyü kimi, iş görüləndən sonra təvəkkül edilir.

Sual 150: Kafirlərlə evlənmək barədə Quran nə deyir?

Cavab: Olmaz. Mumtəhinə surəsinin 10-cu ayəsində deyilir: “Ey iman gətirənlər! Yanınıza hicrət eləyən mö'min qadınları imtahana çəkin. Onların necə dindar olmağını Allah daha yaxşı bilir. Öyrənib bilsəniz mömindir bu qadınlar, kafirlərin yanına qaytarmayın onları. Halal olmaz bu qadınlar kafirlərə. Kafirlər də bunlara halal deyil. Kafir ərlərinin bunlara verdikləri mehirlərini kafirlərin özlərinə qaytarın. Mehir verib bunlarla evlənsəniz, batmazsınız günaha. Kafir qadınlarla bağladığınız nigahı pozun. Onlara verdiyiniz mehri geri istəyin. Kafir ərlər də hicrət eləmiş mö'min qadınlara verdikləri mehirləri qoy geri istəsinlər. Allahın hökmü belədir. Aranızda hakimlik eləyən Odur. Hər şeyi biləndir, müdrikdir Allah”.

Sual 151: Yataqda olarkən Allahı zikr etmək olarmı?

Cavab: Allah insanın geyiminə yox, qəlbinə baxar. Allahı zikr etməyi müxtəlif geyimlər və oturuş şəkilləri ilə məhdudlaşdırmaq olmaz. Ali İmran surəsinin 191-ci ayəsində deyilir: “Ayaq üstə durarkən, bir yerdə oturarkən, böyrü üstə uzanarkən Allahı anar, göylərin və yerin yaranışını düşünə-düşünə deyər onlar: «Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun Sənə, od əzabından qoru bizi”.

Sual 152: Quranda yurdu, vətəni qorumaq, döyüşə hazır olmaq barədə bir şey deyilirmi?

Cavab: Bəli.3 Nisa surəsinin 71-ci ayəsində deyilir: “Ey möminlər, müdafiə tədbirləri görün, ayrı-ayrı, dəstə-dəstə ya da hamılıqla birdən gedin döyüşə”.

Sual 153: Salamlaşma barəsində Quran nə deyir?

Cavab: Nisə surəsinin 86-cı ayəsində deyilir: “Sizi bir salamla salamlayanı daha gözəl salamla salamlayın ya da eynilə salamlayın. Şübhəsiz, hər şeyin hesabını çəkəndir Allah”. Mömin olmayanın salamı da alımalıdır: “Sizə salam verənə «Sən müsəlman deyilsən» deməyin” (Nisə 94).

Sual 154: Hədisə görə, namaz Merac gecəsi 5 vaxt olaraq fərz qılınıb. Peyğəmbərimiz Allahın buyurduğu 50 vaxt namazı Musa peyğəmbərin xəbərdarlığı ilə bir neçə dəfə Allahın yanına qayıdandan sonra 5-ə endirib...

Cavab: Belə məntiqsiz və mənasız rəvayətlərin Allaha və peyğəmbərə isnad edilməsi çox təəssüf doğurucudur.

Sual 155: Peyğəmbərimiz namaz qılmayanları əvvəlcə xəbərdar etmək, sonra döymək, yenə də namaz qılmasa öldürmək lazımdır kimi əmr veribmi?

Cavab: Xeyr. Uydurmadır. Dində heç bir məcburiyyət yoxdur.

Sual 156: Quranda adı keçən peyğəmbərlər hansılardır?

Cavab: Quranda 27 peyğəmbərin adı keçir: 1. Adəm, 2. İdris, 3.Nuh, 4. Hud, 5. Saleh, 6. Lut, 7. İbrahim, 8. İsmayıl, 9. İshaq, 10. Yaqub, 11. Yusif, 12. Əyyub, 13. Şuayb, 14. Musa, 15. Harun, 16. Yunis, 17. Davud, 18. Süleyman, 19. İlyas, 20. Luqman, 21. Əlyəsə, 22. Zülkifl, 23. Zəkəriyyə, 24. Zülqərneyn, 25. Yəhya, 26. İsa, 27. Məhəmməd.

Sual 157: Quran zina edənlərə hansı cəzanın verilməsini istəyir?

Cavab: Evli və ya subay, kişi və ya qadın olmasından asılı olmayaraq zina edənə 100 cəldə (çubuq) vurulmalıdır.

Sual 158: “Qadınların zinəti” deyiləndə Quranda nə nəzərdə tutulur:

Cavab: 1. Bəzək əşyaları, 2. bədənin çəkici hissələri.

Sual 159: Peyğəmbərimizin gələcəyi İsa peyğəmbər tərəfindən xəbər verilibmi?

Cavab: Bəli. Saff surəsinin 6-cı ayəsində deyilir: “Məryəm oğlu İsa da «Ey İsrail oğulları! Mən Allahın sizlərə göndərdiyi elçisiyəm. Məndən öncə nazil olmuş Tövratı təsdiq edirəm, məndən sonra gələcək Əhməd adlı Peyğəmbərin müjdəsini gətirmişəm» [Peyğəmbərimiz Muhammədə işarədir] demişdi. Aşkar dəlillərlə gəldi bu Peyğəmbər onlara. «Aşkar bir cadudur bu» dedilər”.

Sual 160: İmanda artma, əksilmə olurmu?

Cavab: Olur. Fəth surəsinin 4-cü ayəsində deyilir: “Mö'minlərin imanını artırmaq üçün onların ürəyinə arxayınlıq gətirən Odur. Allahındır göylərdəki və yerdəki ordular. Hər şeyi biləndir, müdrikdir Allah”. Ənfal surəsində isə oxuyuruq: “Mö'minlər o kəslərdir ki, anılan zaman adı Allahın titrəyər ürəkləri, oxunan zaman ayələri onlara ayələr artırar imanlarını və Rəblərinə güvənər onlar”.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.