|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 81: Allahı necə sevməliyik, Onun bizi sevməsi üçün nə etməliyik?

Cavab: Allahı sevməyə niyyət etmək və Onun bəndələrinə əlindən gələn qədər kömək etmək bizi məqsədə çatdıra bilər.

Sual 82:Müsəlman olmayanlar cənnətə girə bilərmi?

Cavab: Müsəlman Allaha təslim olan deməkdir, sənədlərində müsəlman yazılan yox. Allaha təslim olan hər kəs cənnətə girər.

Sual 83: Müsəlman olmayan şəxsə və ya cəmiyyətə yardım etmək savabdı, ya yox?

Cavab: Dinimiz təkcə müslmanlara yox, Allahın bütün bəndələrinə yardım etməyi tövsiyə edir. Yardıma möhtac hansı dindən olursa-olsun, ona yardım edən Allahın razılığını qazanar.

Sual 84: “Allah” və “Rəbb” sözləri eyni mənamı verir?

Cavab: “Rəbb” Allahın sıfətlərindən biridir. Mənası tərbiyə edən, kamala çatdırandır.

Sual 85: Vaqiə suresinin 79-cu ayəsində deyilir: “Ona ancaq yaxşıca təmizlənmiş olanlar toxuna bilər”. Burda nəyə işarə edilir. Abdəstsiz adam Qurana əl vura bilməz?

Cavab: Bu ayədəki “mutahharun“ sözü “başqaları tərəfindən təmizlənmiş” mənası verir. Ayədə Allah tərəfindən təmizlənən mələklərdən danışılır. Söhbət Lövhi-Məhfuzdakı Qurandan gedir. İnsanlarla bir əlaqəsi yoxdur.

Sual 86: Qurandakı kölə anlayışı nədir?

Cavab: Quran o anlayışı gətirməyib. Ondan söz açıb, aradan qaldırılmasını istəyib.

Sual 87: Orqan nəqli islama uyğundurmu?

Cavab: Orqan nəqli islama uyğundur və savabdır.

Sual 88: Nuh peyğəmbərin uşaqlarının adı nədir?

Cavab: Quranda Nuh peyğəmbərin uşaqlarının adı çəkilmir.

Sual 89: Ruhumuz haradan gəlib?

Cavab: Ruhumuz Yaradıcıdan gəlib. Qurana görə, Allahdan bir nəfəsdir.

Sual 90: “Mehdi”nin gələcəyi doğrudurmu?

Cavab: “Mehdi” inancı islama başqa dinlərdən keçib. İslamda yeri yoxdur.

Sual 91: Hər şeyi Allahdan istəməyin doğru olduğunu bilirik. Amma bəzən insanlara möhtac oluruq...

Cavab: İrfan ölçüləri daxilində insanın insandan bir şey istəməyi ayıb və ya günah deyil. Yardımlaşma məqbuldur.

Sual 92: Haqsızlığa uğrayanda, zülmə məruz qalanda səs çıxarmamaq özünə zülmdürmü?

Cavab: Haqqını aramamaq, zülm qarşısında səssiz durmaq zülmə və zalıma dəstək verməkdir. Bu, ən böyük günahlardan biridir.

Sual 93: Quranda Allah taala bəzən “mən”, bəzənsə “biz” deyir. Bu niyə belədir?

Cavab: Allahın “mən” əvəzinə “biz” sözündən istifadə etməsi əmrində iş görənləri şərəfləndirmək üçündür.

Sual 94: Zülmə uğrayan zalımın haqqında pis danışarsa, bu qeybətdirmi?

Cavab: Xeyr. Zalımın zülmündən danışmaq heç zaman qeybət anlayışına girməz.

Sual 95: Qurana görə, qadın ərindən boşana bilərmi?

Cavab: Quran boşanma məsələsində qadınla kişiyə tam bərabərlik verir.

Sual 96: Peyğəmbərlər bir cəmiyyətə düzən vermək üçün göndərilirsə, belə çıxmırmı ki, Adəm peyğəmbər deyil?

Cavab: Peyğəmbər ilahi ismarıcı insana çatdırmaq üçün göndərilir. Adəm vəhyin həm tənliğçisi, həm də xitab olunandır. Eyni zamanda, həyat yoldaşı və uşaqları da xitab olunanlardır. Xitab olunanların bir cəmiyyət olması şərt deyil.

Sual 97: Elə insan olur ki, Allaha inanmır, amma heç kəsə ziyanı dəymir, gözəl davranış sahibi olur. Bir başqası Allaha inanır, amma Allahın dediklərinin tam əksini edir. Allah qatında bunların hansı daha pisdir?

Cavab: Heç bir yaxşı iş mükafatsız qalmır. Amma bu, imansızlığa bəraət qazandırmaz. Allaha inanmaq da yaramaz işlərə görə cavab verməkdən insanı qurtarmaz.

Sual 98:Quranın əsl mətninin rəşidi xəlifə Osmanın köməkçisi Mərvan tərəfindən yox edildiyi doğrudurmu?
arafından yok edildiği doğru mudur?

Cavab: Quranla bağlı bu iddia doğru deyil. Belə şeylərə inanan dindən çıxar.

Sual 99: Adəmə və Həvvaya deyilir ki, “bir qisminiz bir qisminizə düşmən olun”. Niyə cəmdə deyilir?

Cavab: Bu, Adəm ilə Həvvanın şəxsində bütün insanlığa xitabdır.

Sual 100: Ruhlar haqda nə demək olar? Onlar əzəldən yaradılıb, yoxsa insan bədənimi ruhu “istehsal edir”?

Cavab: Bu sualın cavabı hələ sirr olaraq qalır.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.