|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 61: “Allah” əvəzinə “Tanrı” deyənləri tənqid edilir. Amma siz “Tanrı” sözünü də işlədirsiniz. Hansı doğrudur?

Cavab: “Tanrı” türk dlilndə Allah deməkdir. Orta əsrləridə bir çox müsəlman mütəfəkkirlər bu sözdən istifadə ediblər. “Allah”la yanaşı “Tanrı” deməkdə heç bir nöqsan yoxdur.

Sual 62: “Allah” sözü Quranın öyrətdiyi bir addır, yoxsa əvvəllər də olubmu?

Cavab: “Allah” ərəbcə bir söz olub, mənası ibadət edilən deməkdir. İslamdan əvvəl də işlənib. Əsas olan Allah haqqındakı anlayış və düşüncəmizdir.

Sual 63: Yatanda Quran oxumaq olarmı?

Cavab: Olar.

Sual 64: İnsanlar arasında “Hər şeydə bir xeyir var” sözləri geniş yayılıb. Doğrudan da, belədirmi?

Cavab: Hər şeyin yaradıcı plan və proqramda bir yeri var. Bu planlarda təsadüfə yer yoxdur. Biz fərqində olsaq da, olmasaq da, bir xeyir var.

Sual 65: “Mübin kitab” nə deməkdir?

Cavab: Quranın vəsflərindən, sifətlərindən biridir. Şuara surəsinin 2-ci, Nəml və Qasas surələrinin 1-ci ayələrində Müqəddəs Kitabımız “mübin” – açıqlayan, açıqca göstərən adlandırılır. Yəni bu kitabda anlaşılmazlıq mücərrədlik yoxdur.

Sual 66: İslama görə, qadın hökmdar, dövlət başçısı ola bilərmi? Eşitdiyimə görə, bir hədisdə bunun fəlakətli olduğu deyilir.

Cavab: Nəml surəsində Səba kraliçasının haqqında yazılanları oxuyanda bu qadının ağıllı, tədbirli, ölkəni məşvərətlə idarə edən birisi olduğu görünür. Əvvəlcə kafir olsa da, haqqı görüncə Süleymanın əmrinə girib Allaha təslim olduğu görünür. Burada Səba kraliçası haqda mənfi heç nə yoxdur. Ona görə Quranın qadınların dövlət başçısı olmasına müsbət yanaşdığı bəlli olur. Siz deyən hədis isə belədir: “Başlarına bir qadını keçirən bir qövm uğura uğramaz” (Buxari, “Fitən” 18, Tirmizi “Fitən” 75).
Göründüyü kimi bu hədis Qurana ziddir, ona görə qəbul edilə bilməz.

Sual 67: Nuh tufanından qabaq dünyada böyük texnologiyanın olduğu doğrudurmu?

Cavab: Nuh tufanından qabaq böyük bir mədəniyyətin olması qənaətinə qüvvət verən ayələr var.

Sual 68: Adəmə adların öyrədilməsi nə deməkdir?

Cavab: Burada işarə edilən insan varlığına əşyaların mahiyyəti və bağlı olduğu qanunları öyrənə bilmək gücünün qoyulmasıdır.

Sual 69: İslamda qohum evliliyinə münasibət necədir?

Cavab: Quran qohumların evlənməsinə yasaq qoymayıb. Nisa surəsinin 23-cü ayəsində kimin evlənməsinin yasaq olduğu sadalanır: “23. Ananız, qızınız, bacınız, bibiniz, xalanız, qardaşınız qızı, bacınız qızı, sizi əmizdirmiş süd ananız, süd bacınız, qaynananız, zifafa girdiyiniz qadından olub evinizdə saxladığınız qızlığınız - zifafa girməmisinizsə həmin qadınla, qızını alsanız günaha batmazsınız - doğma oğlunuzun halalı və iki bacını alıb evlənmək haram bilinmiş sizə. Keçmiş ola keçmişdəkilər. Şübhəsiz, bağışlayandır, Rəhimdir Allah”

Sual 70: Bərzəx aləmi nədir?

Cavab: Bərzəx iki şey arasındakı maneə anlamı verir. Məhşər aləmi ilə dünya aləmi arasındakı müddətə də bərzəx deyilir. Ruhlar məhşərə qədər bu ara aləmdə olurlar.

Sual 71: Allah sevgisi və Allah qorxusu anlayışları fərqlidirmi?

Cavab: Allahla əlaqələrimizdə sevgi əsasdır. İman da bir sevgi aktıdır. Amma qorxu da bir rəhmətdir. Allahın tövsiyə etdiyi yolu azanda qorxuya düşürük.

Sual 72: Müşriklərlə yoldaşlıq etmək, evlənmək olarmı?

Cavab: Qadağan olunan yoldostluq yox, evlənməkdir. Yoldaşlıq və qonşuluq bütün insanlar üçün təşviq edilib.

Sual 73: “Bu Quran uydurma bir hədis deyil” (Yusif, 111) ayəsi nəyə işarə edir?

Cavab: Bu ayədə Quran uydurma hədislərə diqqət çəkir.

Sual 74: Səcdədə olanda Allaha daxilimizdən gələn kimi dua edə bilərikmi?

Cavab: Səcdəni çox uzatmadan etmək olar.

Sual 75: Qurandakı qədər anlayışı nədir?

Cavab: Quranda qədər təbiət qanunları və öılçü mənasında işlənir. Bizim əməllərimizlə heç bir əlaqəsi yoxdur. Yəni islamda fatalizm yoxdur.

Sual 76: İslamda demokratiyaya yer varmı?

Cavab: Gerçək demokratiya islama zidd deyil.

Sual 77: Adəm ilk insandırmı, yoxsa ondan əvvəl də insan cəmiyyəti olubmu?

Cavab: Adəmdən əvvəl də bir insan nəsli olub. Mələklər bunu bildikləri üçün insanın neqativ işlərindən şikayətçi olublar.

Sual 78: Zina nədir?

Cavab: Evlilikdən kənar cinsi əlaqə.

Sual 79: Qurandakı “ayırıcı olmayın, birləşdirici olun” ayəsi nüvə reaktorlarının Allah əmrinə zidd olduğunu gösrərmirmi?

Cavab: Bu ayə sosioloji bir gerçəyə diqqət çəkir, kimyəvi və fiziki məsələlərə yox.

Sual 80: Başqa dinlərdə də fundamentalist təşkilatlar varmı?

Cavab: Bəli. Xristianlıqda İrlandiya Olster protestantları, Qvatemala adventistləri, «Comunione e Liberpzione», hinduizmdə RSS və ya Könüllülərin Milli Birliyi, VHP və ya Ümumdünya Indus Cəmiyyəti, BCP və ya Hindistan Xalq Xartiyası, yəhudilikdə “Quş Eminum”, “Kax” təşkilatı, “Xabad”, «Xarodi» təşkilatları, buddizmdə “Sinhal Maha Sabha” və s. kimi fundamentalist təşkilatlar var.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.