|
*** Min bir sual, min bir cavab ***
|
Sual
561: Əraf əhli kimlərdir?
Cavab: Cənnət və cəhənnəm
arasında yerləşən bu məkanda qərar tutanların kim olması barədə
müxtəlif fikirlər var. Bir qisim onların mələklər olduğunu,
başqaları peyğəmbərlər, şəhidlər və alimlərin qəsd edildiyini
söyləyir. Üçüncü qrup fikir tərəfdarları onların nə cənnətə,
nə də cəhənnəmə getməyəcək insanlar olduğunu iddia edir. Guya
bu kateqoriyaya hər hansı bir peyğəmbərin təbliğini eşitmədən
ölənlər, müşriklərin yetkinlik yaşına çatmayan övladları və
qanuni nikahdan doğulmayanlar daxildir. Dördüncü və daha çox
inandırıcı versiyaya görə, əraf əhli günah və savabı bərabər
səviyyədə olanlardır. Çünki Quranda cənnət və cəhənnəmi haqq
edənlərin savab və günahın çəkilməsi yolu ilə müəyyən ediləcəyi
deyilir: “Gördükləri işləri danışarıq birər-birər onlara, iş
görən zaman onlar Biz qaib deyildik axı. Haqq çəkisi qoyulacaq
o gün mizan-tərəziyə. Çəkisi ağır gələnlər uğura uğrayarlar.
Çəkisi yüngül gələnlər ayələrimizə haqsızlıq eləyənlərdir, itiriblər
özlərini” (Əraf 7-9). Amma günah və savabı eyni olanların aqibəti
barədə heç nə deyilmir. Ona görə Əraf əhlinin məhz onlar olduğunu
deyənlər fikirlərində daha əsaslı görünürlər. Bundan başqa,
əraf əhli mələklər, peyğəmbərlər, şəhidlər ola bilməz. Əraf
surəsinin 47-ci ayəsindən görünür ki, onlar cənnət arzusundadırlar,
cəhənnəm qorxuları isə yüksəkdir: “Cəhənnəm əhlinə zillənəndə
gözləri «Zalımların qövmilə bir yerdə yerləşdirmə bizi, Rəbbimiz»
dedi onlar”.
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|