|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 521: KASKO sigortası haramdırmı?

Cavab: Xeyr.

Sual 522: Şiə və sünnilər bir-birilə evlənə bilərmi?

Cavab: Hər ikisi eyni dinin övladlarıdır. Bunun əksini demək günah olar.

Sual 523: Peyğəmbərimizin türklər haqda hədisləri kimi yayılan sözlər doğrudurmu?

Cavab: Peyğəmbərimizin heç bir xalq haqda heç bir sözü yoxdur. Bu tip sözlərin hamısı uydurmadır.

Sual 524: Allahdan başqası şəfaət edə bilərmi?

Cavab: Qurana görə, «Allahın iznilə mümkün olar hər cür şəfaət” (Zumər 44).

Sual 525: Qadınlar necə örtünməlidir? Şalvar geyə bilərlərmi?

Cavab: Abdəst üzvlərindən xaric yerlər örtülməlidir. Bunun hansı paltarla örtülməsi hər kəsin öz işidir.

Sual 526: Dünyanın bir çox yerində “Allah” yazılı bir çox şeylər kəşf edilir. Bunu kimlərəs edir, yoxsa Allah Öz adını istədiyi yerə yazır?

Cavab: Bunların islam nöqteyi-nəzərindən dəyəri yoxdur. Nə Allahın, nə də Onun dininin belə ssenarilərə ehtiyacı var.

Sual 527: Quranda bəzi ayələrin əksildiyi iddiası var. Sizcə, bu, doğrudurmu?

Cavab: Quranda nə əksiltmə var, nə də əlavə.

Sual 528: İslama görə orqan bağışlamaq günahdırmı?

Cavab: Əksinə, həyata xidmət olduğu üçün savabdır.

Sual 529: Ayaqyolunda dini şeylər düşünmək günahdırmı?

Cavab: Düşünmək heç yerdə günah deyil.

Sual 530: Ali İmran surəsinin 81-ci deyilən rəsul kimdir?

Cavab: Ayədə “təsdiq üçün göndərilən Rəsul” deyiləndə peyğəmbərimiz nəzərdə tutulur.

Sual 531: Vaqiə surəsinin 79-cu ayəsində “Ona ancaq təmiz olanlar toxuna bilər” deyilir. Buradan nə məna çıxır? Qurana abdəstsiz əl vurmaq olmaz?

Cavab: Bu ayənin insanlarla əlaqəsi yoxdur. Söhbət mələklər aləmindən və Lövhi-məhfuzdan gedir. Ayə əmr yox, xəbərdir.

Sual 532: Quranda dini geyimdən danışılırmı?

Cavab: Geyim yox, ölçülər barədə danışılır. Ölçülər dini ola bilər.

Sual 533: Ülul-əmrə (əmr sahiblərinə) itaət vacibdir deyirlər. İzah edərsinizmi?

Cavab: Quran seçdiyimiz əmr sahiblərinə itaəti tövsiyə edir. Seçəndə səhv edənlər günahı başqasında görməməlidir.

Sual 534: Cünub olanda aldığımız nəfəs günahdırmı?

Cavab: Bu tip düşüncələrin islama dəxli yoxdur.

Sual 535: Quranda bərzəx aləmi ilə bağlı məlumat varmı?

Cavab: Var. Məsələn, Muminun surəsinin 99-100-cü ayələrində deyilir: “ Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim, geriyə qaytar məni. 100. Yarımçıq qoyduğum işimi tamamlaram, yaxşı işlər görərəm». Bir sözdür deyir o, deməyin nə faydası? Diriləcəkləri günə qədər bir maneə dayanar onların arxasında. Saytımızda bərzəxlə bağlı ayrıca yazı var: http://reldem.net/berzaz.html

Sual 536: Səfər namazı qılınması üçün kilometr şərti varmı?

Cavab: Belə bir şərt yoxdur. Yola çıxan özü qərar verməlidir.

Sual 537: İbrahim peyğəmbərin vaxtında namaz vaxtı var idimi?

Cavab: Namaz mənasında Quranda “salat” sözü işlənir. Bunun bir mənası da dua deməkdir. Salatın keçmiş peyğəmbərlərin zamanında necə həyata keçirildiyini bilmirik.

Sual 538: Nur surəsinin 36-cı ayəsindəki “qəndil” Quran mənasındadırmı? Kur’an-ı Kerim anlamına mı gelmektedir?

Cavab: Qəndilin hansı mənada işlənməsi ilə bağlı qəti hökm vermək mümkün deyil.

Sual 539: İsa peyğəmbər məhkəməsində “Mən Allahın oğluyam” deyibmi?

Cavab: Həqiqətə uyğun deyil. İsa peyğəmbərin əsl həyatını Qurandan öyrənmək ən doğru yoldur.


Sual 540: Qəbir üstə gedəndə ölülər xəbər tuturmu?

Cavab: Qəbir üstə ölümü xatırlamaq üçün gedilir.

<<<


 

 
Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.