|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 501: Ruhun ana qarnındakı cəninə nə vaxt aşılandığı barədə ayə varmı?

Cavab: Bunu qəti şəkildə ifadə edən bir ayə yoxdur.

Sual 502: İbadətlərin məcburi olduğunu bildirən ayə varmı?

Cavab: Yoxdur. Məcburiyyət və ibadət anlayışları bir-birinə ziddir.

Sual 503: Vitr namazının dinimizdəki yeri nədir?

Cavab: Vitr namazı fərz deyil. Savab üçün qılınan bir namazdır.

Sual 504: Müsəlman olmayan bir şəxsə yardım etmək savab deyil?

Cavab: Dinimiz yardımı Allahın bəndələrinə etməyimizi istəyir. Yardıma möhtac olan hansı dindən olursa olsun, yardım edən Allahın razılığını qazanır.

Sual 505: Quranın əsas məqsədi insanları vicdan sahibi etməkdir demək olarmı?

Cavab: Bəli. Quranın özü ən mükəmməl vicdandır.

Sual 506: İnsanların bir-birlərini rəbb etməsi nə deməkdir?

Cavab: İnsanı rəbb etmək, onu müqəddəsləşdirmək və tənqiddən kənar elan etməkdir. Elmdən faydalanmaq və elm sahibinə hörmət rəbləşdirmə deyil.

Sual 507: Bir adam içki içərsə, qıldığı namaz qəbul olunarmı?

Cavab: Namaz vaxtı sərxoş deyilsə, namaz keçərlidir. Ancaq alkoqol haramdır.

Sual 508: Peyğəmbərimizin köksünün açılması neçə dəfə olub?

Cavab: Bunun maddi olup-olmadığını bilmirik. Sayı da bilinmir.

Sual 509: Allaha ilk inanan peyğəmbərimiz olduğu üçünmü Allah onu çox sevir?

Cavab: Hər peyğəmbər öz ümmətinin ilk inananıdır. Quran belə deyir.

Sual 510: “Allah” və “Rəbb” eyni mənadadır?

Cavab: “Rəbb” Allahın sifətlərindən biridir. Tərbiyə edən, kamala çatdıran deməkdir.

Sual 511: Qurana görə şəfaət nədir?

Cavab: Din dilində şəfaət dua və yaxşılıq diləmək mənasındadır. Qurtuluş vəsiqəsi kimi şəfaət anlayışı Qurana ziddir.

Sual 512: Peyğəmbərlərin möcüzələrinin qaynağı nədir?

Cavab: Qurana görə möcüzə həyat və kainatdakı elmi incəliklər və sirlərdir.

Sual 513: Cünub vəziyyətində ölən adam həmişə cəhənnəmdə qalır?

Cavab: İslamda bu cür düşüncələrin yeri yoxdur.

Sual 514: Quranda yağış duası varmı?

Cavab: Quranda belə bir duadan söz açılmır.

Sual 515: Evdə başı açıq vəziyyətdə namaz qılmaq olarmı?

Cavab: Bəli.

Sual 516: Təvaf, Səfa və Mərva arasında səy həccin fərzləridirmi?

Cavab: Kəbənin ətrafında təvaf həccin əsas şərtidir. Səfa ilə Mərva təpələri arasında səy ənənədir.

Sual 517: Quran "müqəddəs vadi"dən söz açır. Mənası nədir?

Cavab: Quranda insanlar tərəfindən müqəddəsləşdirilmiş vadidən söz açılır. Tərcümələrdə “müqəddəs vadi” verilir. Bunu düzəltmək lazımdır.

Sual 518: Qiyamətdən qorxmaq doğrudurmu?

Cavab: Qorxulu hər şeydən qorxmaq insani bir duyğudur.

Sual 519: İslamda nəzir demək varmı?

Cavab: Var. Quran verdiyimiz sözlərə əməl etməyimi insanlıq borcu sayır.

Sual 520: Cahil bir adamın Qurana əməl etməsi haramdır?

Cavab: Qurana əməl etmək haram yox, Allahın öyüdüdür. Bunun haram olduğunu demək isə küfrdür.


<<<


 

 
Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.