|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 481: Azanı azərbaycanca oxumaq daha doğru deyilmi?

Cavab: Azan bir paroldur. Onun tərcüməsinin heç bir faydası yoxdur.

Sual 482: Cünub olanda Allahı anmaq olarmı?

Cavab: Allahı anmağa heç bir əngəl qoyula bilməz.

Sual 483: Qələm surəsinin son iki ayəsinin nəzərə qarşı qoruyucu olduğunu bilirik. Fələq və Nas surələrinin oxunması da doğrudurmu?

Cavab: Qələm surəsinin son iki ayəsi göz dəyməsinin varlığını qəbul edir. Peyğəmbərimizin nəzərə qarşı bu ayələri tövsiyə etdiyi deyilir. Fələq və Nas surələrini də oxumaq olar.

Sual 484: “Şeytan ayələri” kitabı haqda nə düşünürsünüz?

Cavab: Bu kitab keçmiş dövrün xurafatlarını toplayan bir sıra təfsirçilərdən istifadə etməklə yazılan iftiradan başqa bir şey deyil.

Sual 485: Harun peyğəmbər kimdir?

Cavab: Harun peyğəmbər Musa peyğəmbərin qardaşıdır.

Sual 486: Müşrik və bütpərəst nə deməkdir?

Cavab: Müşrik Allahın varlığını qəbul edən, amm ona şərik qoşan şəxs deməkdir. Müşriklər bütlərə sitayiş etdikləri üçün onlara bütpərəst də deyilir.

Sual 487: Doğulandan ölənəcən etdiyimiz bütün günahlara görə məsuliyyət daşıyırıqmı?

Cavab: Tövbə etməzsəniz, bəli.

Sual 488: Eşitdiyimə görə, bəzi ölkələrdə edam cəzası almış qız uşağına nikah kəsilir, qadın olandan sonra edam olunur. Bu, doğrudurmu? İslamın ilk illərində belə şeylər olubmu?

Cavab: Xeyr, olmayıb. Bu əskik iş islam adına bəzi ölkələrdə, məsələn, İranda icra olunur.

Sual 489: Oruclu olanda dodağa krem sürtmək orucu pozurmu?

Cavab: Xeyr, bunun oruca bir zərəri yoxdur.

Sual 490: Dünya həyatından əvvəl başqa həyat var idimi? Biz oralarda yaşadıqmı?

Cavab: Bu barədə Quranda bir işarəyə rast gəlməmişik.

Sual 491: Sui-zənnin yasaq olduğunu bilirəm. Ancaq bir şey olanda “bunu filankəs edib” deyə təxmin edirik. Bu, doğrudurmu?

Cavab: Sui-zənn haramdır. Hücurat surəsinin 12-ci ayəsində deyilir: “Ey iman götirənlər! Adamlar barəsində müxtəlif gümanlarda olmaqdan çəkinin. Günah gətirər bəzi gümanlar”. Amma xeyrə yönəlmiş zənlər, yanılsanız da, haram deyil.

Sual 492: Allaha dua edəndə əllərimi açmadan səssizcə beynimdə dua edirəm. Bu, doğrudurmu?

Cavab: Duanın əllərlə bir əlaqəsi yoxdur. Dua qəlblə edilir.

Sual 493: Qasas surəsinin 49-cu ayəsində "...Allah qatından bu ikisinden daha aydın bir kitab gətirin, ona tabe olum" deyilir. Peyğəmbərimizə kitab enməmişdimi? Niyə iki kitabdan bəhs edilir?

Cavab: Surədəki 48 və 49-cu ayələr bir-biri ilə bağlıdır. Xitab peyğəmbərimizi dinləyənlərədir. Tövrat və Quran nəzərdə tutulur: “48. Ancaq dərgahımızdan haqq gələndə onlara, «Olmazdımı, Musaya veriləndən buna da veriləydi?» deyərlər. Musaya veriləni də öncə danmamışdımı onlar? «Bunlar ikisi [Musa və Muhamməd] bir-birinə arxa olan cadubazdırlar» dedilər. «Hər birinə küfr edirik» dedilər. 49. De ki, «Əgər sadiqsinizsə ilahi kəlamlara, o ikisinə gələndən daha doğru bir Kitab gətirin ona tabe olum mən».

Sual 494: Məidə surəsinin 48-ci ayəsindəki "Alllah diləsəydi, sizi tək bir ümmət edərdi" ayəsində nə nəzərdə tutulur?

Cavab: Tək inanc, tək din, tək millət Allahın iradəsinə ziddir.

Sual 495: Quranda Fironun mumiyasının tapılacağını bildirən ayə hansıdır?

Cavab: Yunus surəsinin 92-ci ayəsi: “Bu gün sənin cəsədini dənizin dibindən alıb sahildəki bir təpəyə ataram səndən sonrakılara ibrət olsun. Çünki bizim ayələrdən xəbərsizdi insanların bir çoxu».

Sual 496: “Amin” sözünün mənası nədir?

Cavab: Latın dilində olub, mənası “qəbul et” deməkdir.

Sual 497: Evli kişilərin qızıl üzük taxması pisdir? Peyğəmbərimiz üzük taxıbmı?

Cavab: Qızıl üzük taxmaq adlı haram yoxdur. Peyğəmbərimizin üzük taxdığı məlumdur.

Sual 498: Sabah namazını, yatsı namazını hansı vaxta qədər qıla bilirik?

Cavab: Sabah namazını gün doğana qədər, yatsı namazını dan yeri sökülənə qədər qılınır.

Sual 499: Dini çətinləşdirərək insanları dindən soyutmağın cəzası nədir?

Cavab: Bu sualın cavabı Quranda belə verilib: dünyada rəzillik, axirətdə əzab.

Sual 500: Allahın vəli qullarını necə tanımaq olar?

Cavab: Yunus surəsinin 62-64-cü ayələri bu məsələdə kömək olar:
“Bil, Allahın dostlarına zaval yoxdur, onlar üzülməzlər qəm əlindən.
63. O dostlarına ki, iman gətirdilər, Allaha qarşı çıxmaqdan çəkindilər, 64. dünya həyatında da, axirətdə də müjdə ver onlara, Allah dediyini dəyişən deyil. Budur böyük qurtuluş!”


<<<


Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.