|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 461: Qiyamətin səbəbi insanların təbiətə ziyan vurmasıdırmı?

Cavab: Ekologoyanın pozulması kainatın yox, Yer üzünün qiyamətidir.

Sual 462: Əslində cənnətə gedən çox az olacaqsa, imtahanların çox çətin olduğu nəticəsi çıxmırmı?

Cavab: Çətinliyi bəhanə edib məsuliyyətdən qaçmaq olmaz.

Sual 463: Sirlər nəyə görədir? Hər şey bitəndən sonra bütün sirlər ortadan qalxacaqmı?

Cavab: Yaradılmışlar üçün bütün sirlərin açılmasını demək olmaz. Bu, insanın tanrılaşması olardı...

Sual 464: Deyirlər, bilmədiyimiz şeyə görə Allah bizi məsul tutmayacaq. Hər şeyi öyrənməyə imkanım yoxdu. Allahın dərgahında nə qədər məsuliyyətim olacaq?

Cavab: Öyrənməyə çalışmamaq üzrlü səbəb sayılmaz

Sual 465: Bəqərə surəsində “İnkarçıları xəbərdar etsən də, xeyri yoxdur, imana gəlməzlər” deyilir. İnanmayanları təbliğ etməyək?

Cavab: Allah öz əzəli elmi ilə hər şeyi bilir. Biz isə bilmirik. Ona görə əlimizdən gələni etməliyik. Allahın bilməsi bizim üçün bəhanə ola bilməz.

Sual 466: Bir kimsənin ölümünü istəmək, bunun üçün nəzir demək günahdırmı?

Cavab: Bəli, günahdır.

Sual 467: Bəqərə surəsinin 1-ci ayəsindəki əlif, lam, mim nə deməkdir?

Cavab: Bir sıra surələrin əvvəlindəki hərflər şifrələrdir. Hələ dəqiq mənasını bilmirik.

Sual 468: Deyirlər ruhların bərzəxdə məhşərə qədər həyatı bir saniyə qədərdir. Doğrudurmu?

Cavab: Bərzəxdəki zaman və həyat barədə müfəssəl məlumat yoxdur.

Sual 469: Qüsl abdəstində tərkibində alkoqol olan şampun işlətmək abdəsti pozurmu?

Cavab: Alkoqolun yalnız içilməsi haramdır.

Sual 470: Küçədə-bayırda yarıçılpaq qadınlar görürük. İstər-istəməz baxırsan. Bu vaxt imanımızı itiririkmi?

Cavab: Bunun imanla əlaqəsi yoxdur. Baxmamaq daha doğrudur.

Sual 471: Deyirlər cihad hamı üçün fərzdir. Bu gün necə cihad edə bilərik?

Cavab: Cihad Allaha və insanlığa yararlı olmaq üçün cəhd etməkdir. Bunun üç forması ola bilər: 1.Yüksək əxlaq sahibi olmaq üçün cəhd. 2. Elm və düşüncədə yüksəliş üçün cəhd. 3. Zülmə və istilaya uğrayanda onu aradan qaldırmaq üçün cəhd. Cihadı təkcə müharibə kimi anlamaq yanlışdır.

Sual 472: Başı açıq və abdəstsiz Quran oxumaq günahdırmı?

Cavab: Quran oxumağın başla, abdəstlə əlaqəsi yoxdur.

Sual 473: Şamanizm şirkdirmi?

Cavab: Bəli.

Sual 474: İsa peyğəmbər kimi adi insanlar da əli ilə xəstə sağalda bilərmi?

Cavab: İnsanın əllərində, gözlərində şəfa verəcək enerji olduğu dəqiq bilinir. Amma bu sahədə şarlatanlar da çoxdur.

Sual 475: Aşərəi-mübəşşərə (cənnətlə müjdələnən 10 şəxs) kimdir?

Cavab: İnsanın cənnətlik və ya cəhənnməlik olduğuna dair hökmü Allah verir. Onun “cənnətlə müjdələnən on nəfər” deyə bir hökmü yoxdur.

Sual 476: “Oxu” əmri (Ələq surəsi) təkcə Quran oxumaqdır? Yoxsa başqa elmlər də bura daxildirmi? (tarix, fizika və s.)

Cavab: “Oxu” əmrinin ümumi mənasına hər şey, xüsusi mənasına isə Quran oxumaq daxildir.

Sual 477: Zariyət surəsinin 47-ci ayəsində deyilir: “Göyə gəlincə, onu əllərimizlə Biz qurduq. Heç şübhıəsiz, Biz genişləndirənik”. Bu, kainatın genişlənməsinə işarədir?

Cavab: Bəli. Bu fikri ilk dəfə Məhəmməd İqbal söyləyib.

Sual 478: Zorla evləndirmək doğrudurmu? Din bu barədə nə deyir?

Cavab: Zorla evləndirmək olmaz.

Sual 479: Deyirlər, 3 həftə dalbadal cümə namazına getməyən dindən çıxar. Düzdürmü?

Cavab: Əsassız iddiadır. Dindən çıxmaq Allahı, Kitabı və peyğəmbərləri inkarla olur.

Sual 480: Quranda bir-birinin tamamilə eyni olan ayələr varmı? Bu təkrarlar nə üçündür?

Cavab: Quranda təkrar yoxdur. Təkrar kimi görünən ayələr bağlı olduqları başqa ayələrlə bir yerdə özünəməxsus mənalar ifadə edir.


 

<<<


Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.