|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 441: Tez-tez “Allahın izni ilə”, “Allah qismət etsə” demək doğrudurmu?

Cavab: Allahın adını bu cür anmaq yasaq deyil. Ancaq həddi aşmaq, saqqız kimi çeynəmək yaxşı deyil.

Sual 442: Müalicəsi mümkün olmayan xəstənin eftanaziya edilməsi (iynə vurub öldürmək və s.) doğrudurmu?

Cavab: Həyat haqqına təcavüz olduğundan eftanaziya haramdır.

Sual 443: Quran tərcüməsində səhifənin kənarında qələmlə qeyd edilməsi kitaba hörmətsizlikdirmi?

Cavab: Əsas olan onun oxunması, dərk edilməsidir. Qeydlər etmək isə oxumağın ciddyyətini göstərir. Bu, savaba daha yaxındır.

Sual 444: Düşüncələrinə görə özünü qınamaq, əksiltmək doğrudurmu? Bu, nəfsinə zülm deyilmi?

Cavab: Qınamaq məqbul, əksiltmək çirkindir.

Sual 445: Məqami-Mahmud kamil insanın çata biləcəyi ən son nöqtədirmi?

Cavab: Məqami-Mahmud bir mərhələ deyil. Etibarlı bir mövqe deməkdir. Təkamüldə son nöqtə deyilən bir şey yoxdur.

Sual 446: Vuruşarkən məqsədi bütün insanlığın xeyiri olan bir əsgər şəhiddirmi?

Cavab: Məqsədi zülmə qarşı çıxmaq və bütün insanlığa xidmət etmək olan hər bir əsgər öləndə şəhid olur.

Sual 447: Yasin surəsinin 3-cü ayəsi kimə xitab edir?

Cavab: Ayədə (“göndərilmiş elçilərdən birisən”) xitab Məhəmməd peyğəmbərədir.

Sual 448: Quran peyğəmbərimizin zamanındamı, sonradanmı birləşdirillib.

Cavab: Quranın bu günkü şəkli peyğəmbərimizin zamanında insanlığa əmanət edilib. Sonradan edilən yalnız surət çıxarılmasıdır, toplama deyil. Quranın peyğəmbərimizdən sonra toplandığını demək küfrdür.

Sual 449: Ələst bəzmində bütün ruhlaramı müraciət edilir? Elə isə səid (xoşbəxt), ya da şəqi (günahkar) ruhlardan bəhs edilə bilərmi?

Cavab: Ələst bəzmində bütün ruhlar Allaha müsbət cavab verib: “Bəli”. Şəqi olmaq bu dünyada verilən sözün əksinə hərəkətin nəticəsidir.

Sual 450: Quranda “Biz sizi dörd qaranlıqdan aydınlığa çıxarmadıqmı?” deyilir. Söhbət nədən gedir?

Cavab: Quranda dörd yox, üç qaranlıqdan bəhs edilir. Bunların ana rəhmindəki qaranlıq yerlər olduğu düşünülür.

Sual 451: Kamillik dünyaya gəlməmişdən, yoxsa gələndən sonra formalaşır?

Cavab: Kamal kəsbidir, yəni çalışmaqla əldə edilir. Peyğəmbərlərdə başqa cür olur.

Sual 452: Respublika quruluşu islama uyğundurmu?

Cavab: Peyğəmbərimizin dövründə də bir nümunəsi verilən bu idarəçilik şəkli Quran tələblərinə uyğundur.

Sual 453: Bir saytda deyilir ki, həccə ancaq dəvə ilə gedilməlidir. Doğrudurmu? Əsaslandırmaq üçün Həcc surəsinin 27-ci ayəsinə istinad edilir. Bu, nə qədər doğrudur?

Cavab: Quranda həccə dəvə ilə getmək şərti yoxdur. Ayədə o günkü şərtlərdə insanların həccə necə getdiyi təsvir olunur. Əsas olan təhlükəsizlik və iqtisadi imkandır. O isə hər dövrün şərtinə görə təmin edilir.

Sual 454: Ata-ana haqqı onların hər bir istəyinin yerinə yetirilməsi deməkdir?

Cavab: Ata-ana haqları dinin, ağlın və insanlıq dəyərlərinin ayaqlanmasına vasitə edilə bilməz. Bunun xaricində ata-ananın könlünü qırmamaq Quran əmridir.

Sual 455: Tur surəsinin 23-cü ayəsində “Bir-biri ilə qədəhləri vurarlar. İçəndən sonra boş-mənasız danışmazlar, günaha batmazlar orada” deyilir. Bu, nə mənaya gəlir?

Cavab: Burada yaxşı insanların rahatlığı və qurtuluşu simvolik yolla bildirilir.

Sual 456: Peyğəmbərimiz 40 yaşından əvvəl ona peyğəmbərlik veriləcəyini bilirdimi?

Cavab: Heç bir peyğəmbər ona vəhy verilmədən peyğəmbər olduğunu bilmir.

Sual 457: Müsəlman qəbiristanlığının yanından keçəndə fatihə oxunur. Xristian qəbiristanlığının yanından keçəndə necə? Fatihə oxumaq olarmı?

Cavab: Qəbiristanlığın yanından keçəndə fatihə oxumaqla bağlı əmr yoxdur. Peyğəmbərimiz insana hörmət əlaməti olaraq qəbirlərə salam verirmiş.

Sual 458: Bir insan haqqını almak üçün rüşvət verirsə, bir ziyanı varmı?

Cavab: Rüşvət hər hal və şərtdə haramdır.

Sual 459: Sevdiyin bir insana “sənə pərəstiş edirəm” demək Allahın qoyduğu qaydalara ziddirmi?

Cavab: Bu ifadə məcazi mənada işlənsə də, islami ədəbə uyğun deyil.

Sual 460: İnsan öləndən sonra dəfn ediləcəyi yer nə qədər mühümdür?

Cavab: Heç bir fərqi yoxdur. Əsas olan ruhun məqamıdır.


<<<


Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.