|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 421: Quran nöqteyi-nəzərindən diktatorluq nədir?

Cavab: Diktatorluq idarə olunanların vermədiyi səlahiyyətlərlə onları idarə etməkdir. Quran bunu qəbul etmir.

Sual 422: Tanışlardan biri Nisə surəsinin 89-cu ayəsindəki “öldürün” sözündən ürpərdiyini deyir. Quran niyə belə sözlər işlədir?

Cavab: “Öldürün” sözünün işləndiyi bütün ayələr müharibə şəraiti ilə bağlıdır.

Sual 423: Yatağa girəndə Qurandan qısa surələr oxuyuram. Bunun bir eybi varmı?

Cavab: Yoxdur. Quran hər halda oxuna bilər.

Sual 424: Quranda Davud peyğəmbərin Allahı bol-bol təsbih etdiyi deyilir. O, Allahı necə təsbih edib?

Cavab: Necə təsbih etməsi əsas deyil. Onun təbiət qüvvələr ilə birgə təsbih etdiyi deyilir.

Sual 425: Bəzi müsəlman ölkələri düşmənlə vuruşurlar. Bizim vəzifəmiz onların yanında olmaq deyilmi?

Cavab: Müsəlman adı daşımaq haqlı olmaq demək deyil. Müsəlman maskası altında insan haqlarına təcavüz edənlər də var. Quran insan haqlarına və zalımlara qarşı vuruşanlara dəstək verməyimizi istəyir.

Sual 426: Qurana görə, ruh Allahdan bir nəfəsdir. Allah ölümsüz olduğu üçün nəfəs alıb-vermək də əbədi deyilmi? Elə isə qiyamət də olmayacaq.

Cavab: Allahdan nəfəs ifadəsi məcazidir. İnsanın Allahdan gəldiyini bildirmək üçün işlənir. Buradan çıxış edib Allahı insana bənzətmək olmaz. Allahın zatından başqa hər şey yox ola, sonradan var ola bilər.

Sual 427: Varlıq qanunları nə deməkdir?

Cavab: Varlıq qanunları həyat və kainatla bağlı dəyişməz qanunlardır.

Sual 428: Quranda Allahın nəzdində tək din islamdır deyilir. O halda müsəlman olmayanların hamısı cəhənnəməmi gedəcək?

Cavab: Allaha təslim olan hər kəs sənədində nə yazılmasından asılı olmayaraq müsəlmandır.

Sual 429: Yad planetlilərin varlığı sübut olunsa, dinlər sarsılmazmı?

Cavab: İslam heç bir sarsıntıya uğramaz, əksinə, güclənər. Çünki Quran kosmosda şüurlu varlıqların olduğunu açıqca deyir.

Sual 430: Bir ateist soriuşur ki, Adəmlə Həvvanın uşaqlarının bir-biri ilə evlənməsi anormal deyilmi?

Cavab: Yaradılış və Adəmlə bağlı Quranda yazılanlar simvolikdir. Kimin kiminlə evləndiyini Quran bildirmir.

Sual 431: Hər şeyin bir yaradıcısı olduğu kimi, Yaradanın da bir yaradıcısı olması lazım deyilmi?

Cavab: Allah varlığı başqasına möhtac olmayan varlıqdır.

Sual 432: Dində ağıla sərhəd qoymağa çalışmaq doğrudurmu?

Cavab: Quran ağıla heç bir sərhəd qoymur. “Ağıl Quran və sünnə ilə hüdudludur” tipli sözlər Qurana ziddir.

Sual 433: Həvvanın şeytana uyaraq Adəmə qadağan olan meyvəni yedirməsi qadının kişini yoldan çıxarmağa qadir bir varlıq olduğunu göstərmirmi?

Cavab: Quranda Həvvanın Adəmi yoldan çıxarması barədə heç nə yazılmayıb.

Sual 434: Cənnətdə Allahı görəcəyimizi deyirlər. Bu, doğrudurmu?

Cavab: İnsanın Allahı görməsi heç zaman olmayacaq.

Sual 435: “Əuzu billahi minəş-şeytanir-rəcim” cümləsi nə zaman işlənir?

Cavab: Quran oxumağa başlayanda bu cümlənin deyilməsi Quran əmridir.

Sual 436: “SədəqAllahül-əzim” nə deməkdir? Quran oxuyandan sonra mütləq deyilməlidirmi?

Cavab: Bu cümlə “Uca olan Allah sözündə sadiqdir” mənası verir. Quran oxuyandan sonra söylənməsi şərt deyil.

Sual 437: Haram tam olaraq nədir?

Cavab: Haram din dilində insana zərərli olduğu üçün Quranda qadağan edilən şey deməkdir. Qurandan başqa heç kəs haram qılma səlahiyyətinə malik deyil.

Sual 438: Yaponlarda intihar etmək şərəfli bir davranış kimi qiymətləndirilir. İslam və başqa səmavi dinlərdə isə günahdır. Allah bütün yapon bəndələri inancları üzündən cəhənnəməmi göndərəcək?

Cavab: İntihar böyük bir günahdır. Ancaq intihar edənlərin cəhənnəmlik olacağını kim iddia edə bilər?

Sual 439: Hədisi-şəriflə hədisi-qüdsi arasında fərq nədir?

Cavab: Bu ayırma sonrakı zamanlar uydurulub. İslam vəhiyləri baxımından keçərli deyil.

Sual 440: Bəqərə surəsinin 124-cü ayəsində İbrahim peyğəmbərə öndərlik veriləcəyi bildirilir. Öndərlik peyğəmbərlikdən daha yüksək bir məqamdır?

Cavab: Peyğəmbərlərin hamısının bir sifəti də imam – yəni öndərdir. Bu, peyğəmbərlikdən üstün deyil, peyğəmbərliyin əlamətlərindən biridir.



<<<


Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.