|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 401: Bir təqvimdə oxudum ki, it, heykəl, rəsm əsəri olan evə mələklər girmir. Bu, doğrudurmu?

Cavab: Uydurmadır.

Sual 402: Abdəst alanda üç dəfə ağız-buruna su almaq əvəzinə bir dəfə çoxlu su almaq olmazmı?

Cavab: Məidə surəsinin 6-cı ayəsində abdəst aydın şəkildə verilib: “Ey iman gətirənlər! Namaza qalxan zaman yuyun üzünüzü, yuyun dirsəyə qədər əllərinizi, başınıza çəkib sürtün əllərinizi, yuyun topuğa qədər ayaqlarınızı. Təmiz deyilsinizsə paklanın. Xəstə olsanız, yaxud yol üstə olsanız, yaxud ayaq yolundan gəlmisinizsə, yaxud da qadınla yaxınlıq etmisinizsə - su tapa bilməsəniz təmiz qumla təyəmmüm edin: əllərinizə, üzünüzə sürtün qumu. Bərkə salmaq istəməz sizi Allah. O istər pak etsin sizi, tamamlasın sizə olan ne'mətini, siz də şükr eləyəsiz Ona”. Say deyə bir şərt yoxdur.

Sual 403: Ramazan ayında neçə gün oruç tutulur?

Cavab: Ramazan ayı neçə gündürsə, o qədər tutulur. Bəzən 29, bəzən 30 gün olur.

Sual 404: Kişi və qadın üçün kim məhrəm, kim naməhrəmdir?

Cavab: Nikah düşə bilən qadın və ya kişilər naməhrəm, nikah düşməyənlər məhrəmdir (ata-ana, bacı-qardaş və s.)

Sual 405: Odekolon və ətirlərdə alkoqol var. Onlardan istifadə günahdırmı?

Cavab: Yasaq olan alkoqolun içilməsidir.

Sual 406: Oruclu olanda şəhvətli yuxu görsən, oruc pozulurmu?

Cavab: Yuxuya görə oruc pozulmur. Amma qüsl zəruri ola bilər.

Sual 407: Nisə surəsində bəzi peyğəmbərlərə vəhy edildiyi deyiləndən sonra 164-cü ayədə Musa peyğəmbərə kəlmə-kəlmə söz söyləndiyi deyilir: “163. Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy verdiyimiz kimi, İbrahim, İsməil, İshaq, Yaqub, onların törəmələri, İsa, Əyyub, Yunus, Hərun və Suleymənə vəhy verdiyimiz kimi sənə də, şübhəsiz, vəhy verdik. Davuda da Zəbur verdik. 164. Və daha öncə vəhy vermişdik sənə dediyimiz və demədiyimiz elçilərə. Və Musaya kəlmə-kəlmə söz söyləmişdi Allah”. Musa peyğəmbərin əlahiddəliyi nədədir?

Cavab: Burada Musa peyğəmbərə gələn vəhyin şəkli anladılır. Vəhy müxtəlif şəkillərdə gələ bilər.

Sual 408: “La ilahə illəllah” nə deməkdir?

Cavab: "Allahdan başqa ilah yoxdur"

Sual 409: Bəziləri deyir ki, cənnət də, cəhənnəm də bu dünyadadır. Bu, üstüörtülü şəkildə xalqın şüuruna yeridilən ateizm deyilmi?

Cavab: Cənnət və cəhənnəm bu dünyada deyil. Sizin narahatlığınız yerindədir.

Sual 410: Sigaret çəkmək haramdırmı?

Cavab: Haram deyil. Amma sağlamlığa zərərlı olduğu üçün məkruhdur.

Sual 411: Peyğəmbərlərin birini başqasından üstün tutmaq doğrudurmu? Bu halda Bəqərə surəsinin 253-ci ayəsini necə başa düşək?

Cavab: Ayədə deyilir: “O peyğəmbərlərdən bəzisini digərindən üstün tutduq. Bəzisilə söhbətləşdi Allah, bəzisini dərəcələrlə ucaltdı”. Peyğəmbərlər arasında şəxsi keyfiyyətlər baxımından fərq, əlbəttə, var. Amma biz onları üstünlük cəhətdən yarışdıra bimərik.

Sual 412: Yunus surəsinin 21-ci ayəsində Allahın "qurğu qurması”ndan danışılır. İzah edərsinizmi?

Cavab: Bu ayədə Allahı aldatmaq istəyənlərin özlərini aldatmış olmasından danışılır.

Sual 413: Allah bir ruhdurmu?

Cavab: Allahın mahiyyətini heç bir sözlə məhdudlaşdırmaq olmaz.

Sual 414: İslam heyvanlarla gözəl davranmaq barədə nə öyrədir?

Cavab: Dinimiz bitkilər də daxil canı olan hər şeyə şəfqət və rəhmətlə yanaşmağı əmr edir.

Sual 415: Ta-hə surəsinin 56-cı ayəsindəki "ayələrimizin hamısı" ifadəsi ilə nə nəzərdə tutulur?

Cavab: Bu ifadə bir insanın iman etməsi üçün lazım olan hər şey mənasındadır.

Sual 416: Allah bir enerjidirmi?

Cavab: Allah haqqında belə bir məhdudlaşdırıcı sifət demək olmaz.

Sual 417: Qurandakı “Allah düşmənləri” birləşməsi kimləri nəzərdə tutur?

Cavab: Allahın iradəsinə zidd davranmağı dinləşdirənləri.

Sual 418: Nəbə surəsinin 38-39-cu ayələrində deyilir: “38. O gün Ruh və mələklər səf bağlayıb qiyama keçərlər. Rəhmandan icazəsiz danışa bilməzlər. Danışanda düz söz deyərlər. 39. Bax budur haqq olan gün. Bunu arzulayan kəs Rəbbinə doğru yönələn haqq yolunu tutub gedər”. İzah edərsinizmi?

Cavab: Bu ayələr məhşərdən sonra da təkamülün davam edəcəyini göstərir.

Sual 419: Oruc və namaza hansi yaşda başlamaq lazımdır?

Cavab: Fərdin sağlamlıq və ruhi vəziyyəti uyğun olanda başlaya bilər.

Sual 420: Müsəlman gülərüzlü, yoxsa qaraqabaq olmalıdır?

Cavab: İnsanın həyatında hər ikisi ola bilər. Əsas olan yolu azmamaqdır.

<<<


Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.