|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 361: Spirtli içki satan adamın qazandığı pul halaldırmı?

Cavab: Biz günah icad edə bilmərik. Quran spirtli içkilərin içilməsini yasaqlayıb. Qalanını özümüz düşünməliyik.

Sual 362: Bəzi surələrin son hecaları qafiyəlidir. Məqsəd nədir?

Cavab: Quran söz gözəlliyi cəhətdən bir xariqədir. Qafiyədən tez-tez istifadə olunmasının səbəbi də budur.

Sual 363: Allah Quranın bəzi ayələrində niyə bəddua edir. Məsələn “Qəhr olsun insan”.

Cavab: İnsan bəzən sonsuz mərhəmət sahibi olan Allaha qarşı bu sözlərin deyilməsinə səbəb olan nankorluqlar edir. Məqsəd bunu bildirməkdir.

Sual 364: Nisə surəsinin 13-14-cü və 150-ci ayələrində peyğəmbərə itaətdən danışılır. Amma siz dinin sahibi, hökm qaynağı yalnız Allahdır deyirsiniz. Burada bir ziddiyyət yoxdurmu?

Cavab: Ayələrin açıqlaması belədir: “13. Bunlar Allahın qoyduğu sədlərdir. Allaha və Onun Rəsuluna itaətdə olanları içindən çaylar axan cənnətlərə salar Allah və oralarda əbədilik qalarlar. Budur böyük qurtuluş! 14. Allaha və Onun Rəsuluna qarşı çıxanı, Onun qoyduğu sədləri aşanı bir oda salar ki Allah, orada əbədilik qalar o. Alçaldıcı bir əzaba düçar olar beləsi”; “150. O kəslər ki, danırlar Allahı, Onun elçilərini və ayırmaq istəyirlər bir-birindən Allahı və elçilərini...”. Peğəmbərə itaətlə onun adına isnad edilən yalanlara itaət fərqlidir. Peyğəmbərimizin sünnəsini Qurandan öyrənməliyik.

Sual 365: Bir tanışım içki içir. “Haramdır” deyəndə detir ki, evdə içirəm, heç kəsə ziyan vurmuram...

Cavab: Alkoqol və narkotik haramdır. Evdə qəbul etmək haramlığı aradan qaldırmır.

Sual 366: Mutaffifin surəsinin 9-cu və 20-ci ayələri bəzi açıqlamalarda “yazılı kitab”, bəzilərində isə “rəqəmlənmiş kitab” kimi verilir. Hansı daha doğrudur?

Cavab: O ayələrdəki “mərküm” sözü rəqəmlənmiş deməkdir. “Yazılı” kimi tərcümə etmək yanlışdır.

Sual 367: Allahı düşünmək də zikrdirmi?

Cavab: Düşünmək ən böyük ibadət və ən böyük zikrdir.

Sual 368: Çox ibadət edən hər kəs dindardırmı?

Cavab: Xeyr. İbadətin çoxluğu ilə iş bitmir. Önəmli olan səmimiyyətdir, onu da ancaq Allah bilir.

Sual 369: "Ey iman edənlər! İman ediniz" ayəsini açıqlaya bilərsinizmi?

Cavab: Bu ayə imanda kamala çatmağı ifadə edir.

Sual 370: Din günü nə deməkdir?

Cavab: Din günü məhşər deməkdir.

Sual 371: Allahın iradə sifətinin adı nədir?

Cavab: Allahın iradə sifətinin adı Müriddir.

Sual 372: Bəzilərı üzü üstə yatmağı haram sayır və bunu Quranla bağlayır. Quranda belə bir şey varmı?

Cavab: Bu cür yatış tərzinin Quranla və dinlə heç bir əlaqəsi yoxdur.

Sual 373: Saç əkdirmək günahdırmı?

Cavab: Xeyr.

Sual 374: Təbiət qanunları, riyaziyyat, fizika Allahın ayələrindəndirmi?

Cavab: Hər cür elm ayədir.

Sual 375: Qurana görə, insanların etdiyi pisliklər öz əllərinin məhsuludur. O zaman “Əttəhiyyat” duasında keçən “xeyir və şər Allahdandır” ifadəsi Quranla zidd deyilmi?

Cavab: “Xeyir və şər Allahdandır” "Aməntü"dədir və islama ziddir. Bu formul iman şərti kimi əlavə olunub. "Aməntü" ayə və ya hədis deyil.

Sual 376: Nəcm surəsi 32-ci ayəsində insanın həm torpaqdan yaradıldığı, həm də cənin halında ana rəhmində yarandığı söylənilir. Burada bir ziddiyyət yoxdurmu?

Cavab: Torpaqdan yaranmaq ana rəhminə düşmədən əvvəl məni halında olmaqdır. İnsanın yarandığı məni torpaqdan yetişən məhsullardan gıda alır.

Sual 377: Qədr surəsinin 4-cü ayəsində sözü keçən "ruh" kimin ruhudur?

Cavab: Bu ruhdan məqsəd Cəbrail ola bildiyi kimi, başqası da ola bilər.

Sual 378: Quranı dinləyən cinlər onu ərəbcə orijinalından dinləyiblər, yoxsa bir tərcüməçi vasitəsilə?

Cavab: Bu barədə elə bir məlumatımız yoxdur.

Sual 379: Eşitdiyimə görə, Quran ramazan ayında endirilib. Quran nazil olandan əvvəl də ramazan ayı var idimi? İnsanlar oruc tuturdularmı?

Cavab: Ramazan bir ay adı kimi əvvəllər də vardı. Quran nazil olandan sonra müqəddəslik qazandı. Oruc bütün dinlərdə var. Amma əvvəlki şəklinin necə olduğunu bilmirik.

Sual 380: Deyirlər ölən adam dəfn olunandan sonra orda axıradək qalanlardan biri ölənin istiqamətini (cənnətlik və ya cəhənnəmlik olduğunu) bilir, amma demir.

Cavab: Təlqin deyilən bu uydurma tamamilə islama ziddir. Ölənin cənnətlik və ya cəhənnəmlik olduğunu təkcə Allah bilir.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.