|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 341: Niyə oruç tuturuq?

Cavab: Allahın tövsiyəsidir. Çoxlu faydaları var. Bu mövzuda saytımızda bir neçə yazı var.

Sual 342: Namazı azandan əvvəl qılmaq olarmı?

Cavab: Namaz vaxtı gəlibsə, olar.

Sual 343: Rəhman suresinin 5-ci ayəsinin "Günəş və Ay cəhənnəm əzabına məhkumdurlar" şəklində anlaşılması doğrudurmu?

Cavab: Doğru deyil. Ayənin açıqlaması belədir: "Günəş və Ay. Hesaba bağlıdır hər birinin hər şeyi."

Sual 344: Allah cinləri niyə yaradıb?

Cavab: Cinlərin yaradılış səbəbi haqda Zəriyət surəsinin 56-cı ayəsində deyilir: “Mən cinləri, insanları yaratmışam təkcə Mənə ibadət edələr”. Başqa bir şey deyə bilmərik.

Sual 345: Tur surəsinin 49-cu ayəsində deyilir: "Həmd oxu Ona gecənin bir vaxtında da, ulduzlar batanda da”. Bunun mənası nədir?

Cavab: Ayədə gecə saatlarında da Allahı anmağın dəyərinə diqqət çəkilir.

Sual 346: Namazın hicrətdən əvvəl iki rükət olduğu barədə haradasa oxumuşam. Quranda namazda rükətlərin sayı barədə bir ayə varmı?

Cavab: Quranda rükət sayı barədə heç nə deyilmir. Hansı namazın neçə rükət olmasını peyğəmbərimiz müəyyən edib.

Sual 348: Dinimiz qadınların aktiv siyasətlə məşğul olmasına necə baxır?

Cavab: Bu xüsusda dinimizdə ayrı-seçkilik yoxdur.

Sual 349: Şirkin zülmsüz növü varmı?

Cavab: Şirkin bütün növləri zülmdür.

Sual 350: Ağac əkməyin dinimizdəki yeri nədir?

Cavab: Ağac əkmək ibadətdir.

Sual 351: Bəqərə surəsinin 243-cü ayəsində deyilir ki, ölümdən qorxub yurdunuzu tərk etməyin. Bu hökm bütün şəraitlərdəmi keçərlidir? Məsələn, müalicəsi olmayan yoluxucu xəstəlik yayılıbsa, yurdu tərk etsək, işsiz qalıb öılmək təhlükəsi ilə üzləşsək, bu hökmə zidd hərəkət etmiş oluruq?

Cavab: Ayədə iş üçün və ya yoluxucu xəstəlik ucundan ölkəni tərk etmək yox, müharibədən qorxub qaçmaq nəzərdə tutulur.

Sual 352: Elm Allahın ayələrindəndirmi?

Cavab: Bəli, ən böyük ayələrindən biridir.

Sual 353: Musiqi dinləyərək namaz olar?

Cavab: Namazı musiqi dinləməklə qılmaq olmaz. Amma siz namaz qılanda musiqi çalınırsa, bu, namaza ziyan vurmaz. Diqqətinizi dağıdırsa, söndürmək lazımdır.

Sual 354: Quranda bəzi peyğəmbərlərin öldürüldüyü deyilir. Amma geniş bəhs edilmir. Bu peyğəmbərlərin hikmət səviyyəsi ülul-əzm peyğəmbərlərdən aşağı olduğu üçünmü öldürülüblər?

Cavab: Peyğəmbərlərin şəhidliyinin onların hikmət səviyyəsi ilə əlaqəsi yoxdur. Bu, Allahın təqdirirdir.

Sual 355: Peyğəmbərimizin vəhy alandan əvvəl oxuyub-yazmaq bilmədiyi doğrudurmu?

Cavab: Doğrudur. Amma sonrakı illərdə öyrənib.

Sual 356 : Bütün kainatın peyğəmbərimizin hörmətinə yaradıldığı doğrudurmu?

Cavab: Xeyr. Bu, başqa dinlərdən islama keçmiş bir rəvayətdir.

Sual 357: Yuxular gələcəkdə baş verəcək bir şeyə işarə verə bilərmi?

Cavab: Bəli, ola bilər.

Sual 358: “Allahım, sənə aşiqəm” demək doğrudurmu?

Cavab: “Sevmək” sözü işlətmək yerində olar.

Sual 359: Allahın “muhît” sifəti Onun məkanla hüdudlu olması mənası vermirmi?

Cavab: Əksinə, Allah görülən və düşünülə bilən hər şeyi əhatə edir.

Sual 360: Təbiətdəki bütün canlıların Allahı zikr etdikləri doğrudurmu?

Cavab: Doğrudur. Quranda bu, belə ifadə edilib: “Onu təsbih edər yeddi göy, yer və bunlarda olanlar. Bir məxluq olmaz ki, Onu təsbih etməyə. Amma siz anlamazsız onların təsbihini”.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.