|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***


Sual 321: İslamda dini müharibə varmı? Əgər yoxdursa, Bəqərə surəsinin 193-cü və Ənfal surəsinin 39-cu ayələrini necə başa düşək?

Cavab: İslamda başqalarına öz dinini qəbul etdirmək mənasında dini müharibə yoxdur. Ancaq dinə təcavüz olarsa, din uğrunda müharibə məşrudur. Adı çəkilən ayələrdə də bundan danışılır. Sadəcə, ayələri kontekstdən çıxarmaq yox, əvvəlkilərlə birlikdə oxumaq lazımdır: “Allah yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz eləməyin. Təcavüzkarları sevməz Allah. Harada yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxarın onları. Fitnəkarlıq adam öldürməkdən daha betərdir. Məscidi haramın yanında onlarla savaşmayın ki, sizinlə savaşalar. Savaşsalar, öldürün onları. Budur kafirlərin cəzası. Savaşdan əl çəksələr, bilsinlər, bağışlayandır, Rəhimdir Allah. Fitnə yox olub təkcə Allahın dini meydanda qalana qədər savaşın onlarla. Savaşdan əl çəksələr, sataşmayın onlara. Bundan sonra düşmənçilik yalnız zalımlarladır” (Bəqərə 190-193); “Kafirlərə de ki, «Savaşdan əl çəksələr, keçmişdəki suçlarından keçilər. Yenə də başlasalar savaşa, gəlib-getmiş olanların başlarına gələnləri gətirərik bunların da başına». Fitnə yox olub təkcə Allahın dini meydanda qalana qədər savaşın onlarla. Savaşdan əl çəksələr, bilsinlər, onların əməllərini, şübhəsiz, görür Allah” (Ənfal 38-39).

Sual 322: Evimizdəki divar təqvimində cümə günü dırnaq kəsməyin günah olduğu deyilir. Doğrudurmu?

Cavab: Bu, tamamilə batil bir fikirdir.

Sual 323: Axirət həyatı sonsuzdur, yoxsa uzunmüddətli?

Cavab: Həyat sonsuzdur. Allahın rəhməti də sonsuzdur.

Sual 324: Yeriyərək namaz necə qılınır?

Cavab: Bu zaman Allahı düşünmək və Onun şənini ucaldan sözlər söyləmək lazımdır.

Sual 325: Nur surəsinin 63-cü ayəsində “rəsulun əmri” deyiləndə nə nəzərdə tutulur?

Cavab: “Rəsulun əmri” deyiləndə vəhy edilən gerçəklərin təbliği anlaşılmalıdır.

Sual 326: “Namaz surələri” adlı kitabların çoxunda Bəqərə surəsinin 255-ci ayəsi yoxdur. “Ayətül-kürsi” kimi tanınan duanı namazda oxumaq olarmı?

Cavab: Namazda Quranın bütün ayələri oxuna bilər. “Ayətül-kürsi” namazın ruhuna çox uyğundur.

Sual 327: Bəziləri Allahın münəzzəhliyini Onun var olmaqdan da münəzzəh olması kimi izah edirlər. Bu fikrə münasibətiniz necədir?

Cavab: Bu, örtülü bir inkardır və əsassızdır.

Sual 328: Bəzi kitablarda 10 heyvanın cənnətə girəcəyi deyilir və onların adları çəkilir. Doğrudurmu?

Cavab: Bu barədə Quranda heç bir məlumat yoxdur.

Sual 329: Qəbiristanlığın yanından keçəndə sürücülər musiqinin səsi az olsa belə onu bağlayırlar. Bunun dini bir izahı varmı?

Cavab: Bu, bir nəzakət məsələsidir, dinlə əlaqəsi yoxdur.

Sual 330: Allahın “Mövla” isim-sıfətini izah edərsinizmi?

Cavab: “Mövla”, “vəli” kökündən olub, dost və yardımçı deməkdir.

Sual 331: Quranda haqqımızın ayaqlanmasına razı olmamaq tövsiyə edilir. Əgər fiziki güc istifadəsi zəruri olarsa, nə edək?

Cavab: Başqa yol olmasa, məşru müdafiə ölçüləri içində fiziki gücdən istifadə edə bilərsiniz.

Sual 332: Ənam surəsinin 25-ci ayəsində deyilir: “Onlardan eləsi var sənə qulaq kəsilər. Qur'anı qavramasınlar deyə örtük çəkdik ürəklərinə, ağırlıq çökdürdük qulaqlarına. Hər cür mö'cüzəni görsələr belə, yenə inanmazlar ona. Pənah gətirsələr də sənə, çəkişərlər səninlə. «Öncə gəlib-gedənlərin əfsanələrindən başqa bir şey deyil bu» deyər o kafirlər”. Buradan anladığımıza görə, Allah bəzilərinin ürəklərini qıfıllayıb. Belə olduqda onların vəziyyəti məcburi imansızlıq halı deyilmi?

Cavab: Onların qəlbinin möhürlənməsinin səbəbi Allahın elə deməsi deyil.

Sual 333: Quranda çox düşünməməyi tövsiyə edən ayə varmı?

Cavab: Xeyr. Quranda ağıla sərhəd qoyan ayə yoxdur, dərindən düşünməyə təhrik edən çoxlu ayə var!

Sual 334: Fussılət surəsinin 3-cü ayəsində "Ayələri bilən bir qövm üçün ərəbcə Quran olaraq birər-birər açıqlanan Kitabdır bu” deyilir. Bilik cəhətdən geridə qalmış toplumların Qurandan nəsibi yoxdurmu?

Cavab: Bilik azaldıqca Qurandan yararlanma imkanı azalır, amma imkansız olmur. Çünki Quranda “Bu Kitabdan hər kəsə pay düşər” deyilir.

Sual 335: Mürsələt surəsinin 48-ci ayəsində "rüku etməzlər" ifadəsinin anlamı nədir?

Cavab: Rüku etmək sayğıyla əyilmək deməkdir. Burada namaz qılmamaq və təvazökar olmamaq nəzərdə tutulur.

Sual 336: Namaz qılanda qarşımızdan kimsə keçərsə, namaz pozulurmu?

Cavab: Namaz pozulmaz, amma keçməsələr daha yaxşıdır.

Sual 338: Quranda Allahı təsbih etmək tövsiyə olunur. Təsbih necə olur? “Ucalardan uca Allahı təsbih edirəm” demək olarmı?

Cavab: Təsbih Allahın şənini ucaldan düşüncə və sözlərin hamısını ehtiva edir. Ən yaxşısı düşüncə yolu ilə olandır.

Sual 339: Adamlar arasında çörəyin ayaqlamağın günah olduğu fikri geniş yayılıb. Aydınlıq gətirərsinizmi?

Cavab: Çörəyi ayaqlamamaq həm çörəyə, həm də insana hörmətdir. Ağzımıza aldığımız bir şeyi ayaqlamamalııyıq.

Sual 340: Fəcr surəsinin 1-2-ci ayəsində deyilir: “And olsun sökülən dan yerinə, and olsun on gecəyə”. Hansı 10 gecədən söz açılır?

Cavab: Müxtəlif versiyalar var. Amma dəqiq cavabını bilmirik.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.