|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 281: Fitrə nədir, kimlərə düşür?

Cavab: Fitrə vermək fərz yox, sünnədir. Ehtiyacı olanlara verilməli.

Sual 282: Cəza olaraq donuza çevrilən topluluq olubmu?

Cavab: Quranda bu barədə deyilənlər məcazi mənadadır.

Sual 286: Peyğəmbərimiz vəhy alanda Cəbrayılı görübmü?

Cavab: Vəhyin böyük qismini Cəbrayılı görmədən alıb.

Sual 287: Deyirlər, ət qanlı olanda yeyilməz. Doğrudurmu?

Cavab: Qaydalara riayət olunmaqla kəsilən ət yeyilir. Ətin üçdən biri qandır. Yasaq olunan qanın özünü yeməkdir.

Sual 288: Bir sıra təfsirlərdə “Ramazan” sözünün Allahın adlarından biri olduğu deyilir. Bu, doğrudurmu?

Cavab: Bu, uydurmadır.

Sual 289: Quran hər bir kişiyə 4 arvad almağa icazə verir. Bu, qadın hüquqlarının pozulması deyilmi?

Cavab: Qurana görə, bir arvad ədalətə ən uyğun olandır. İstisna hallarda 4-ə qədər qadınla evli olmağa icazə verilir. Quran buna təşviq etmir. Çoxarvadlılıq zamanı ədaləti qorumağın mümkünsüzlüyünə diqqət çəkir: “Ha çalışın arvadlar arasında tam mə’nada ədalətli olasız, alınmaz” (Nisə 129).

Sual 290: Bank faizi haramdırmı?

Cavab: Haram olan faiz yox, ribadır. Mənası “haqsız artım”dır.

Sual 291: Allahın dilə qarşı hörmətlə davranmağımızı istədiyini demək olarmı?

Cavab: Bəli, dil Allahın ayələrindən biridir (Rum 22). Ünsiyyət və idrak prosesində rolu əvəzsizdir.

Sual 292: Xəstə olduğu üçün oruc tuta bilməyənlər maddi imkanları da yoxsa, nə etməlidirlər?

Cavab: Allahdan əfv diləməlidirlər.

Sual 293: Ölən bir şəxs qiyamətdən qabaq dirilə bilərmi?

Cavab: Qiyamətdan qabaq dirilmə yoxdur.

Sual 294: Həmd və məğfirət nə deməkdir?

Cavab: Həmd öygü, məğfirət isə əfv və bağışlanma deməkdir.

Sual 295: Təkasür surəsində sanki bir kin var. Belə bir kitabda kin olması doğrudurmu?

Cavab: Quranın heç bir yerində kin aşılayan bir ayə də yoxdur. Diqqətlə oxumağa çalışın.

Sual 296: Beyin ilə edilən xəyanət zinadırmı?

Cavab: Düşüncə ilə zina olmaz. Sadəcə, xoş deyil.

Sual 297: Yəcuc-məcuc deyiləndə kimlər nəzərdə tutulur? Quranın hansı surələrində onların adı çəkilir?

Cavab: Yəcuc-məcucların adı Ənbiya və Kəhf surələrində danışılır. Haqlarında geniş bir məlimat yoxdur.

Sual 298: Allah lənət edərmi? Lənətli insan və ya cəmiyyət olubmu?

Cavab: Allah zalımlara və iftiraçılara lənət etməkdədir. Zülm və iftiraya yol verən fərd və ya cəmiyyətlərə lənət edilə bilər.

Sual 299: İslama inanmayanlar deyirlər ki, siz Kəbəyə səcdə edirsiniz. Kəbə bütdür. Onlara necə cavab verə bilərik?

Cavab: Quranda deyilir ki, Kəbə birliyi təmin edən istiqamətdir. Burada bütdən söhbət gedə bilməz.

Sual 300: Cənnətdə ibadət olacaqmı?

Cavab: Onu orada biləcəyik.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.