|   RU  |  EN  |.....


***
Min bir sual, min bir cavab ***

Sual 261: Din məqsəddir, yoxsa vasitə?

Cavab: İslam alimlərinin ortaq fikrinə görə, vasitədir. Məqsəd insanın təkamülü, Allah ilə birgə olmaq şüurudur.

Sual 262: Həyatımızda bir dəfə salavat gətirməyin fərz olduğu deyilir. Peyğəmbərimiz özünə salavat deyirdimi?

Cavab: Demiş ola bilər. Amma əmr ona yox, bizədir.

Sual 263: Baş barmaqla şəhadət barmağa üzük taxmaq günahdırmı?

Cavab: Bu sualın dinlə bir əlaqəsi yoxdur.

Sual 264: Sidrətül Müntəhanın nə olduğunu izah edə bilərsinizmi?

Cavab: Təəssüf ki, hazırda bunu izah edə bilmirik.

Sual 265: Ali İmran surəsinin 28-ci ayəsində deyilir ki, möminlər möminləri qoyub küfrə varanları könül dostu etməsinlər. Kim bunu edərsə, Allahla əlaqəsi kəsilər. Burdan ateistlərlə dostluq etməmək mənasımı çıxır?

Cavab: Müsəlman olmayanlarla dostluq təslimiyyət mənası daşımamalıdır. Quran bunu deyir. Digər bütün əlaqələr sərbəstdir. Hətta qonşuluq əlaqələrinin qorunması əmr edilir (Tövbə surəsi 6).

Sual 267: Kişilərin sırğa taxması caizdirmi?

Cavab: Din bu məsələdə bir qadağa qoymayıb.

Sual 268: Quran ramazan ayındamı nazil olub, yoxsa o aydan etibarənmi? Çünki 23 ildə tamamlandığı deyilir.

Cavab: O ayda enməyə başlayıb.

Sual 269: Kiçik uşaqların başına gələn pis hadisələr “Sizə çatan hər bir müsibət öz əllərinizin qazandığı üzündəndir. Allah bir çoxunu əfv edir” (Şura 30) ayəsi çərçivəsind necə izah olunur? O uşaq ailəsinin günahı üzündənmi zərər görüb? Yoxsa ailəsini və hadisədən xəbərdar olan başqa insanları imtahan etmək üçünmü? Belə şeyləri düşünmək günahdırmı?

Cavab: Bu sualların cavabını vermək çətindir. Ancaq düşünməkdə bir qəbahət yoxdur.

Sual 270: Bəqərə surəsinin 214-cü ayəsində deyilir ki, cənnətə girmək üçün əvvəlkilər kimi sıxıntılar çəkmək lazımdır. İzah edərsinizmi?

Cavab: Ayədə deyilir ki, təkamül üçün qeyrət göstərmək və iztirab çəkmək labüddür.

Sual 271: Bəqərə surəsinin 273-cü ayəsində "Sədəqələrinizi o yoxsullara verin ... üzünə üz tutub bir pay istəməz onlar başqalarından" deyilir. Belə çıxır ki, küçə dilənçilərinə sədəqə verməmək doğrudur.

Cavab: Bəli. Dilənçilik sektorunu inkişaf etdirmək lazım deyil.

Sual 272: Imtahanda köçürmək caizdirmi? Bəziləri deyir ki, vcihad edirik. Cihad da savaşdır və savaşda hiylə mübahdır.

Cavab: İmtahanda köçürmək haramdır. Buna bəraət qazandırmaq üçün dindən bəraət hökmü uydurmaq daha pisdir.

Sual 273: Namazımı hər zaman evdə qılıram. Məscidə getməmək günahdırmı?

Cavab: Xeyr, günah deyil. İslamiyyət ibadət üçün məkan şərti qoymaz.

Sual 274: Üç dəfə boşanandan sonra qadının başqa bir kişi ilə evlənməsi lazım gəlir. Yoxsa o, arvadı ilə dördüncü dəfə evlənə bilməz. Bu, niyə belədir?

Cavab: Bu hər dəfə beyni qızanda arvadını boşayan kişilərin bu hərəkətinə qarşıdır.

Sual 275: Ənbiya surəsinin 32-ci ayəsində Kuran astronomiyanın əhəmiyyətinəmi diqqət çəkir: “Göyü tavan elədik, düşməyə qoymarıq onu. Onlarsa görmək belə istəmirlər göydəki ayələri?”

Cavab: Bəli. Quranda astronomiyaya diqqət çəkən bir çox ayə var. Ənbiya surəsinin dediyiniz ayəsi onlardan biridir. Eyni zamanda varlıqdakı ayələrin diiqqət etməyə təşviq edir.

Sual 276: Deyirlər İbrahim 4-cü peyğəmbərdir. Bu, doğrudurmu?

Cavab: İbrahimin 4-cü peyğəmbər olması ilə bağlı Quranda bir dəlil yoxdur.

Sual 277: Nəbə surəsinin 39-cu ayəsində deyilir: “Bax budur haqq olan gün. Bunu arzulayan kəs Rəbbinə doğru yönələn haqq yolunu tutub gedər”. Burada nəzərdə tutulan nədir?

Cavab: Buradan belə anlaşılır ki, insanın təkamülü məhşərdən sonra da davam edər.

Sual 278: Bütün peyğəmbərlərin ortaq sünnəsi haqda nə demək olar?

Cavab: İnsanlara hörmət, sevgi, şirkdən uzaq durmaq...

Sual 279: İslam dini zarafatı necə dəyərləndirir?

Cavab: Dinimiz hörmət çərçivəsində zarafatı təşviq edir.

Sual 280: Qiyaməti bildirən "sur"un mənası nədir? Fiziki mənada bir səs çıxarılacaqmı?

Cavab: Quran sura üfürüləcəyini deyir. Necəliyi barədə bir şey demək mümkün deyil.


<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.