|
N.QASIMOĞLU “QAFQAZ REGİONAL SİYASƏT SİMPOZİUMU”NDA
ÇIXIŞ EDİB
|
Din
və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu martın 25-28-də
Qərbi Virciniyada keçirilən «Qafqaz Regional Siyasət Simpoziumu»
adlanan tədbirdə iştirak edib.Tədbir ABŞ Dövlət departamentinin
maliyyə yardımı və IREX təşkilatı, Vudro Vilson Mərkəzinin Kennan
İnstitutunun təşkilatçılığ ilə keçirilib. Amerikanın nüfuzlu elm
xadimləri və tədqiqatçılarla yanaşı siyasətçilərin də iştirak
etdiyi simpoziumda Qafqaz bölgəsindəki ictimai-siyasi proseslər,
bölgənin Rusiya, Türkiyə və İranla münasibətləri, eləcə də təhlükəsizlik
və hərbi əməkdaşlıq, iqtisadi və ticari gəlişmələr, ətraf mühit,
insan haqları, etnik məsələlər, hüquqi islahatlar və Qərblə əlaqələrin
vəziyyəti kimi məsələlər müzakirə olunub.
Tədbirin keçirilməsindən bir məqsəd də Amerikalı
siyasətçilər üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlamaq
olub.
Simpoziumda Azərbaycanın
yeganə təmsilçisi olan N.Qasımoğlunun Qafqazdakı muasir reallıqlar,
islamın bu reallıqlara adaptasiyası, bölgədəki dini situasiya,
o cümlədən Əfqanıstan və İraqda demokratiyanın gələcəyi üçün
qaranlıq məqamları əhatə edən «Mədəniyyətin transformasiyası
doktrinası» adlı çıxışı böyük marağa səbəb olub.
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|