Allah
heç kəsə başqalarını öz dininə tabe etdirmək
səlahiyyəti verməyib... Heç kəs öz inancını
başqalarının diktatına tabe etdirməməlidir.
Con
Lokk
FUNDAMENTALİZM
NƏDİR?
Fundamentalizm
anlayışına dini və qeyri-dini izahdan kənara çıxan tərif ancaq
son zamanlar dəqiqləşməyə və xüsusi önəm qazanmağa başlayıb. Bu
anlayışdan tənqidə və alternativ variantlara açıq olmayan təfəkkür
və fəaliyyət sistemi kimi səciyyələnən struktur anlayış kimi istifadə
olunur. Bununla yanaşı, fundamentalizm hərtərəfli mədəni və siyasi
antimodernizmin çeşidli formalarının və nəzəri yönümlərinin sinoniminə
çevrilib. Bu anlayışın ancaq antimodernizmin dini təzahürlərinə
və ya həm də başqa sahələrə tətbiq edilməsi məsələsi mübahisələr
doğurur.
Klassik anlamda fundamentalizm
cəmiyyətdə maarifçilik və plüralizmə qarşı dayanan əks hərəkatdır;
o, müstəqil düşünmə zərurətinə, öz üzərinə məsuliyyət götürməyə,
əsaslandırma zərurətinə, inamsızlıq və aşkarlığa qarşı çıxan təfəkkür
tərzidir. Bütün bunların əvəzinə o, mütləq fundamentlərin qapalılığını
və onlara inamı təklif edir. Bunun fonunda hər şey, o sıradan
insan haqları məhz fundamentləri nisbilikdən qorumaq üçün nisbiliklərə
çevrilir. Fundamentləri əsas kimi qəbul etməyənlərin rədd edilən
arqumentləri, şübhələri, mənafeləri, hüquqları hətta hörmətə də
layiq sayılmır.
Əksər hallarda fundamentalizm
dini yönümdə yozulur. Bu zaman onun aşağıdakı yönümləri fərqləndirilir:
-xristian fundamentalizmi;
-islam fundamentalizmi;
-buddist fundamentalizmi;
-siãh fundamentalizmi;
-yəhudi fundamentalizmi;
-hinduist fundamentalizmi;
-sintoist fundamentalizmi;
Lakin fundamentalizmin
formaları sadalananlarla bitmir, onun müəyyən mədəniyyətlərdə
etnik fonda inkişaf edən başqa formaları da var.
Çağdaş diskussiyalarda
başlıca diqqət islam fundamentalizminə yönəldilir ki, bu da iki
səbəbdən düzgün sayıla bilməz: birincisi, bunun nəticəsində başqa
dinlərin və etnik icmaların din üçün eyni nəticələr doğuran başqa
çoxlu dini fundamentalizm formaları gözdən qaçırılır; ikincisi,
islam fundamentalizmi yalnız bir formada təzahür etmir, tez-tez
bir-birinə qarşı dayanan çoxlu variantlarda özünü göstərir.
Aşağıda dünyanın çeşidli
bölgələrində fəaliyyət göstərən bəzi fundamentalist hərəkatların
və onların məqsədlərinin qısa təsviri verilir.
1. Xristian
fundamentalizmi
1.1. İrlandiyada Olster
protestantları
Olster protestantlarının
fundamentalist çıxışlarının kökündə dini konflikt dayanmasına
baxmayaraq, bəlli oldu ki, xarizmatik lider prenodobis İen Peysli
lider olduqdan sonra din əslində etnik konfliktin həlli üçün alət
kimi istifadə olunur. Beləliklə, konflikt şotland-ingilis protestantları
ilə irland katolikləri arasında mövcuddur.
1.2. ABŞ-da protestant
xristianları (2-ci dalğa, 70-ci illərin axırlarından indiyədək)
İkinci dalğa protestant
fundamentalizmi dəyişilmiş formada özünü göstərir. Qabaqlar onlarda
sərt premillenarist yönüm müşahidə olunurdu: zəmanə pisləşir və
İsa minillik ədalətli dövrü bərpa etmək üçün qayıdır. İndi isə
postmillenarist yönüm üstünlük təşkil edir: İsa yalnız o zaman
qayıdacaq ki, dindar xristianlar ədalət dünyasına yol hazırlayacaqlar.
Premillenarist yönümün vəzifəsi o idi ki, dünyanın dərdini çəkməyə
dəyməz, öz ruhunu özünə qaytarmağa imkan verən alternativ xeyirxahlıq
aləmi – anklav yaratmaq yetərlidir. Postmillenarist yönüm 60-70-ci
illərin mənəvi və sosial böhranının təsiri altında formalaşıb.
Ali Məhkəmə məktəblərdə dua oxunmasını ləğv etdikdən və aborta
icazə verdikdən sonra onlar Bibliyada insanlar üçün messiyanın
gəlişini passiv gözləmək imkanının artıq aradan çıxdığını söyləməyə
başladılar və onlar üçün təhlükə törədən plüralizmin qarşısını
almaq üçün siyasətə və cəmiyyətə fəal təsir etməyə başladılar.
Məsələn, Pet Robertsonun «Xristian koalisiyası» və onun «Yeni
dünya qaydası» kitabı teoloci dövlət tərəfdarlarının belə aktiv
iştirakını təsvir edir.
Amerika teoloqu Xarsi
Koks «Dünyəvi şəhər» kitabında fundamentalizmin iki formasını
fərqləndirir: konservativ fundamentalizì və adventistlərin fundamentalizmi.Birincilər
formal və yazılı qanunlara istinad edərək dindarların identifikasiyasını
təbliğ edirlər. Adventistlər isə əksinə, gələcəyə daha açıq gözlə
baxırlar, guya haçansa mövcud olmuş təmiz və dindar Amerika arzusu
ilə yaşayırlar. Minillik dövrün gələcəyinə inamdan ruhlanan adventistlər
belə ideyalarla yoxsullar və cəmiyyətdə öz yerini tapa bilməmiş
adamlara, yəni yoxsulluq həddindən aşağıda dayanan 87% dünya əhalisinə
arxalanırlar.
1.3. Qvatemala adventistləri
Qvatemalada adventist
icmalarının yaranma səbəbləri aşağıdakılardır:
a) Bill Brayt, Pet Robertson
kimi Şimali Amerika missionerlərinin təsiri;
b) yevangelist hərəkatı
möhkəmləndirmək məqsədi ilə fundamentalist təşkilatların sağ hökumətlərlə
birgə siyasi fəaliyyəti;
c)Roma katolik kilsəsinin
statusu və təsirinin azalması. Bu meyl katolik kilsəsinin Avropa
xarakterinə yad olmasıyla bağlıdır. Bundan başqa, irad tuturdular
ki, o, iqtisadi siyasəti uğursuzluğa düçar olmuş və aclıq, köləlik,
savadsızlıq, miqrasiya, istismar, kütlələrin sıxışdırılmasına
gətirib çıxarmış hökumətlərlə əlbirdir. Yalnız kasıblûq gətirmiş
köhnə dindən uzaqlaşmaq və yeni iqtisadi sistemə keçid cəhdi ona
gətirib çıxardı ki,Qvatemalanın adventist icmaları Rios Montun
uğursuzluğundan sonra onun dəstəklədiyi Serranonun prezidentliyə
namizədliyini müdafiə etdilər.
1.1. İtaliyada «Comunione
e Liberpzione»
Bu hərəkatın əsasını
siyasi hakimiyyət barədə mühafizəkar katolik ideologiyası və strategiyası
təşkil edir. Hərəkat müharibədən sonra Milanda xarizmatik lider
Lunca Cusaninin rəhbərliyi altında yaranıb. O, çağdaş mədəniyyətin
xristian tənqidini verərək «Yeni xristianlıq» fəlsəfəsini irəli
sürdü. Papa II İohan Ïavel bunu məhvə məhkum italyan katolikliyini
dirçəltmək yolu adlandırdı. Hərəkat iş tapmaqda çətinlik çəkənlərə,
inqilabi radikalizmdən üz döndərənlərə ünvanlanmışdı və italyan
cəmiyyətinin mənəvi korrupsiyasını rədd edirdi. Hərəkat sekulyarizasiyaya
qarşı çıxış edərək hazırladıqları proqramı bu «məktəbləri» vasitəsilə
yaymağa başladılar.
Hərəkatın daxili rəhbər
orqanı (Movimento Popolare) və cəmiyyətə, öncə iqtisadiyyata və
siyasətə təsir etməyə çalışan alternativ orqanı (Compagnia delle
Opere) var.
2. İslam fundamentalizmi
2.1.İranda inqilabi şiə
fundamentalizmi
İranda fundamentalist
hərəkatı 60 - 70-ci illərdə iki sabit tendensiya ilə bağlı yarandı:
sekulyarizasiya prosesi və sürətli, balanslaşdırılmamış sosial-iqtisadi
inkişaf. Şahın xəstəliyi və ABŞ prezidentinin zəifliyi fonunda
xarizmatik lider Xomeyninin rəhbərliyi altında hərəkat ölkədə
müsəlman dövləti yarada bildi.
2.2. Misirdə radikal
sünni hərəkatı
«Müsəlman qardaølar»
hərəkàtını1928-ci ildə müəllim Həsən əl-Bənna yaradıb. Öncə hərəkat
müsəlman məktəbləri, gənclər klubları, həmkarlar ittifaqları və
s. yaratmaqla Qərb sekulyarizminin ölkədə idxalına qarşı çıxmaqla
özünü yumşaq formada göstərdi. Hərəkatın ideologiyası ona əsaslanmışdı
ki, hər zaman və bütün sahələrdə islam dünyasının bərpasının yeganə
mümkün yolunu Quran və hədislər göstərir. İslamlaşdırmaya qarşı
çıxış edən dünyəvi Misir hökuməti ilə qarşıdurma hərəkatın radikallaşmasına
səbəb oldu.
Siyasi fəaliyyətə görə
«Müsəlman qardaşların» cəzalandırılması, xüsusilə Camal Əbdül
Nasirin rəhbərlik etdiyi Azad Zabilər Birliyinin onların liderlərini
həbs etməsi və səlahiyyətlərinin qadağan olunması hərəkatın radikallaşmasını
daha da sürətləndirdi. Seyid Qütb radikal sünni hərəkatının ideoloci
bazasını yaratdı. Onun qətlindən sonra hərəkat daha da genişləndi.
Qütbün ideologiyası radikallaşmanı əsaslandırır. Hərəkatın özəkləri
bu gün də bu ideologiyanı rəhbər tutur. Ümumi düşmən barədə (bütün
Misir cəmiyyəti, dövlət, yaxud dövlət rəhbərləri) konsensus olmadığından,
liderlər çeşidli strategiyadan istifadə edirlər.
2.3. Fələstində «Həmas»
«Həmas» islamlaşdırma
layihəsi çərçivəsində Qəzza şəhərində «Müsəlman qardaşlar»ûí haçalanması
nəticəsində yarandı. Kiçik «cihad» qruplarının cəsur aksiyalarından
ruhlanan «Həmas» yenə də radikallaşaraq İsrail işğalına qarşı
müqavimətə nəzarəti ələ keçirmək məqsədi ilə FAT ilə rəqabətə
başladı. 1993-cü ildə Oslo müqaviləsi imzalanandan sonra işğal
olunmuş ərazidə ən yaxşı təşkil olunmuş nüfuzlu qüvvə kimi tanındı.
3. Hinduist fundamentalizmi
3.1. Hindistanda hinduist
fundamentalizmi
Hindistanda bir-biri
ilə bağlı olan üç hinduist fundamentalist təşkilatı var: RSS və
ya Könüllülərin Milli Birliyi, VHP və ya Ümumdünya Indus Cəmiyyəti,
BCP və ya Hindistan Xalq Xartiyası.
Bu hərəkatlar müsəlman
Liqasına cavab olaraq 1915-ci ildə yaradılıb. Bu birliyin rəhbəri
«Hindutva» adlı kitab yazaraq hinduist fundamentalizminin ideoloci
bazasını yaradıb. Hinduist fundamentalizminin məqsədi «İndutva»nın
təsir dairəsini genişləndirmək və siãh, cayn və buddistləri birləşdirməkdir.
Bu çeşidli qrupların məqsədi odur ki, toxunulmazlar kastası hinduist
dinini qoruyub saxlasınlar və müsəlmanların təsir dairəsinə düşməsinlər.
Bundan başqa, dünyəvi Hindistan Konstitusiyasının «Hindutva»ya
əsaslanan konstitusiya ilə ÿvəz edilməsi nəzərdə tutulur.
4. Yəhudi fundamentalizmi
4.1. İsraildə Ravvin
Kukanın rəhbərliyi altında Quş Eminum.
Quş Eminum Israil hökumətinin
iradəsi əleyhinə olaraq 1977-ci ildə İsrail elitasının məğlubiyyət
ovqatı ilə mübarizə şəraitində Fələstin torpaqlarında yəhudi yaşayış
məntəqələri tiklməyə başladı.
4.2. ABŞ-da və İsraildə
Meir Kaxaninin rəhbərliyi altında Kax təşkilatı.
60-cı illərin sonlarında
Amerikada, xüsusilə Nyu-Yorkda Meir Kaxaninin rəhbərliyi altında
yəhudi Müdafiə Liqası yaradıldı. Liqa azlıqların hüquqlarını müdafiə
edir, o sıradan qara dərili əhalinin davakar çıxışlarına qarşı
çıxış edirdi. Təşkilat yerli xeyriyyə cəmiyyətlərinə, təhsil və
tərbiyə sferasına təsir göstərməyə çalışırdı. Eyni zamanda, o,
«mühasirədə» olan yəhudi icması ilə cəmiyyət arasında ciddi sərhəd
qoyaraq liberal isteblişmentlə mübarizə təşkil edirdi. Kaxani
1971-ci ildə İsrailə köçəndən sonra iri şəhərlərin kasıb məhəllələrində
yaşayan sefardları (ispan-portuqal yəhudiləri və onların törəmələri)
bu təşkilata cəlb edərək onlarda yəhudi etnosunun mövcudluğu haqqında
troybalist təsəvvür yaratmağa çalışırdı. Əmək bazarında rəqibləri
sayılan ərəblərə qarşı çıxış edərək Kaxani öncə ərəblərin yəhudi
qonşuluğundan, sonra isə bütün İsrail torpaqlarından uzaqlaşdırılmasını
tələb etməyə başladı. Başqa bir «cəbhədə» də mübarizə gedirdi:
kasıb sefardların lap əvvəldən şübhə ilə yanaşdığı və maddi cəhətdən
daha imkanlı qrup olan liberal aşkeniazilərə (Mərkəzi və Şərqi
Avropadan gəlmiş, öz ənənələri və xüsusi dinləri olan yəhudilər)
qarşı da mübarizə gedirdi.
4.3. Belarusda, ABŞ-da
və İsraildə Xabad (Xasidizm).
Bu hərəkat Belarusda
yaranmış, sonradan Polşaya sıxışdırılmışdı. Onlar müasir rabitə
vasitələrindən intensiv istifadə edərək özlərinin mərkəzləşdirilmiş
təşkilatlarını (rebbe) yaradaraq bütün dünyada fəaliyyət göstərirlər.
Hərəkatın mərkəzi elementi gözlənilən mehdilik xilaskarlığıdır.
Onun dünyəvilik tərəfdarları yəhudiləri öz təşkilatlarına qaytarmaq
məqsədi ilə göstərdiyi intensiv missioner fəaliyyəti bununla bağlıdır.
4.4. İsraildə «Xarodi»
yəhudiləri
«Xaredi» sözü Bibliyadan
(İsaiya 65:5) götürülüb. Orada göstərilir ki, «ey Allah kəlamı
qarşısında titrəyən kimsələr, Onun kəlamına qulaq asın». Xarodi
yəhudiləri Kəlama əməl edirlər. Onları ultraortodoksal yəhudilər
də adlandırmaq olar. Çünki onlar mümkün qədər kompakt yaşayır
və xarici aləmdən ciddi şəkildə müdafiə olunurlar. Onlar iudaizmin
göstərişlərinə ciddi əməl olunmasını tələb edirlər.
5. Buddist fundamentalizmi
5.1. Şri-Lankada Sinhal
Maha Sabha
1933-cü ildə Şri-Lankada
Dharmapalanın rəhbərliyi altında yaradılmış bu hərəkat buddizmi,
demək olar ki, tamamilə məhv etmiş britaniyalılara qarşı çıxış
edirdi. Onun ölümündən sonra hərəkata Bandaranayke rəhbərlik etməyə
başladı. O, müstəmləkəçilikdən azad olunduqdan sonra uğurlu buddist
və sinqalpərəst kampaniyaya başladı. Bu kampaniya tamil qruplaşması
ilə zorakı konfliktə səbəb oldu. Britaniyalıların keçmiş müttəfiqi
kimi sonuncular dekolonizasiya gedişindəki yenilik prosesində
daha çox uduzanların tərəfində dayanırdılar. Onlar separatçı ideyalar
irəli sürən təşkilat yaratdılar. Bu gün kimin hakimiyyətdə olmasından
asılı olmayaraq, (qeyri-leqal qanadı ilə birlikdə buddistpərəst
Şri-Lanka Azadlıq Partiyası və ya Milli Azadlıq Cəbhəsi, yaxud
Birləşmiş Milli Partiya) siyasi sferada konflikt iki siyasi düşərgə
arasında son dərəcə kəskin mübarizəyə çevrilib. Bu mübarizə xüsusi
qəddarlıqla tamil təşkilatlarına (Tamil Birləşmiş Azadlıq Cəbhəsi
və Tamil Pələngləri) qarşı yönəlib.
6. Siqh fundamentalizmi
6.1. Pakistan və Hindistanda
siqh fundamentalizmi
Siqhizmin əsasən Pəncabda
yaşayan 14 milyon tərəfdarı var. Siqhlərin müqəddəs kitabı «Adi
Qrant» adlanır. 6-cı quru Xarqobind dövlətlə dinin bölünməzliyini
təsdiq edir və siqhlərin mənafelərinin müdafiəsi üçün qılınc tətbiqinin
yolverilÿíliyini əsaslandırır. 1947-ci ildə Hindistan bölünəndən
sonra bir neçə milyon siqh Pakistanı tərk etməli və yeni sərhəddən
cənubda yerləşməli idilər. Eyni zamanda, yeni hind hökuməti britaniyalıların
hakimyyəti zamanında siqhlərin istifadə etdikləri imtiyazları
məhdudlaşdırdı. Ona görə də dekolonizasiyanın nəticəsi kimi yeniləşmə
gedişində siqhlər klassik mənada uduzanların tərəfində qaldılar.
Dini zəmində «Shiromani Akali Dal» partiyası yaradıldıqdan sonra
Pəncabın ayrılması ideyası irəli sürüldü. 80-ci illərin əvvəllərində
lider Carnail Sinqh Bhindranvale «Khalsa Dal» (Paklar Qrupu) birliyini
təşkil etdi. Bu qrup dərhal qətl və həbslərlə nəticələnən zorakı
aksiyalar keçirməyə başladı. Başlıca tələb müstəqil siqh dövlətinin
(Kxalistan) yaradılmasıdır.
7. Sintoist fundamentalizmi
7.1. Yaponiyada Meydzi
sülaləsinin hakimiyyəti zamanında yaranmış fundamentalizm
1868-ci ildə Meydzi sülaləsinin
bərpasından sonra yapon sintoist fundamentalizminin yaranması
öncə xarici təsirə və Yaponiyada durumun aydın olmamasına reaksiya
idi. 1930-cu ildən 1945-ci ilədək olan dövrdə millətçi ideyalarla
çalışsa da, açıq-aşkar dövlət və dini fundamentalist hərəkatların
birliyi kimi üzə çıxmağa başladı. Nəticələr bunlardır: imperator
hakimiyyəti (dövlət və dini hakimiyyətin birləşməsi), dövlət sintoizmi,
milli mənəviyyat, ailə dövləti, ultramillətçilik və faşizm. İkinci
dünya müharibəsindən sonra qalib dövlətlərin və imperator sarayının
qərarı ilə sintoizmlə dövlət arasında əlaqə ləğv edildi. Buna
baxmayaraq, Yaponiyada dinlə dövlətin birliyinin bərpa edilməsini
tələb edən sağ təşkilatlar hələ də mövcuddur. Siyasi sahədə də
əsas qüvvə olan liberal partiyanın baxışlarında tədricən təhsil
və dövlət rituallarında müəyyən sintoist elementlər bərpa olunur.
Bununla yanaşı, Yaponiyada fundamentalist davranışlardan istifadə
edən yeni dinlər və dini fonda təşkilatlar (mahikari, God Light
Association, Agonshu) fəaliyyət göstərir.
FUNDAMENTALİZM, ONUN SƏBƏBLƏRİ VƏ İNKİŞAF TARİXİ
«Fundamentalizm» sözü
ilk dəfə 1910-1915-ci illərdə ABŞ-da «The Fundamentals» («Əsaslar»),
«A testimony to truth» («Həqiqətin şəhadəti») başlığı ilə nəşr
olunan dini əsərlərdə işlənib. 1919-cu ildə bu əsərləri nəşr etdirən
protestant xristianlar bütün dünyada fəaliyyət göstərən «Worlds
Cristian Fudamentals Association» («Xristian Əsaslarının Dünya
Antologiyası») təşkilatını yaratdılar. Bununla da, xristian dindarlığın
belə bir anlayışı meydana çıxdı və tezliklə ümumi və eyni zamanda,
elmi dövriyyəyə daxil oldu. Yalnız son zamanlar bu ad başqa dinlərin
analoci təzahürlərinə və son nəticədə həm də qədim ənənələri olan
oxşar təşkilati formalara və qeyri-dini xarakterli təmayüllərə
tətbiq olunur.
Belə hərəkatlar öncə
dörd mütləq əsas həqiqətlərlə («fundamentals») səciyyələnir:
1) Bibliya, Quran, Veda,
Adi Qrant kimi «əsl» ilahi göndərişlərin mütləq anlamda qüsursuzluğu
və həmçinin «əsl» ilahi göndərişlərin qüsursuzluğuna sarsılmaz
inam;
2) «əsl» ilahi göndərişə
zidd olan müasir ilahiyyatçılığın və başqa bütün elmlərin əhəmiyyətsizliyi;
3) fundamentalist mövqelərdən
geri çəkilənlərin əsl dindar olmamasına inam;
4) siyasi vəziyyət fundamental
dini inamlarla toqquşanda kilsənin dövlətdən ayrılması barədə
qaydanın siyasətin dini müəyyənliyinin xeyrinə ləğv edilməsinə
inam. Bu, dini əsərlərdən daha çox praktikada üzə çıxır.
Əslində, fundamentalizm
anlayışı 19-cu əsrin əvvəllərində mövcud idi. O, Avropada dində
və ilahiyyatçılıqda modernizmə qarşı müqavimət hərəkatı kimi meydana
gəlib: Kantın fəlsəfi baxışlarında əsaslandırılmış dini və teoloci
modernizm. Protestant və katolik fundamentalizminin qarşı çıxdığı
modernist mövqelər ilahiyyatçılığa və dinə maarifçilik ruhu gətirməklə
dini yalnız mənəvi dəyərlərin təminatçısı sayırdı.
12-ci əsrdən başlayaraq
tədricən böyük təkanlarla bütün Qərb mədəniyyətini müəyyən etməyə
başlayan modernləşmə prosesi 18-ci əsrdən sekulyarizasiyanın sürətlənməsinə
gətirib çıxardı. Dini fundamentalizm dini idraka hər cür qeyri-müəyyən
iddialardan sərbəst ehkamlar irəli sürməklə kənarda saxlayan və
alternativ variantlara münasibətdə bütün ictimai sistemlərin açıqlığını,
müəyyən fundamentlərin hər cür şübhə və tənqidə məruz qalmamasını
süni surətdə təmin etmək cəhdidir.
X.Kinqin din tarixi sahəsində
tədqiqatları göstərdi ki, 19-cu əsrə qədər analoci modernizasiya
prosesləri dünyanın bütün dinlərində müşahidə olunub. Fundamentalizm
hər yerdə aşkarlığın belə tətbiqi prosesinə reaksiya kimi yaranmışdı.
Son dövrlərin elmi tədqiqatlarında göstərilir ki, fundamentalizmin
buddist, islam, hinduist, konfusian, yəhudi və sair formaları
aşkarlığa dinin özündən doğan uyğun cəhdlərə qarşı reaksiya olmuşdur.
Ayrı-ayrı mədəniyyətlərdə dini-mənəvi ənənələrin çağdaş dini izahı
ilə mübarizədə fundamentalizmin uğuru müxtəlifdir və tarixi tərəddüdlərə
məruz qalır. Başlıca məqam kilsənin dövlətdən ayrılmasıdır. Siyasi
ideologiya və ya siyasi funksiyalı ideologiya kimi fundamentalizm
həmişə dövlətin və dinin vahidliyini təmin edən müəyyən tələblərlə
xarakterizə olunur.
Fundamentalizmin
izahına yanaşmalar
Dini və qeyri-dini fundamentalizmin
yaranması və yayılması şanslarının izahına yanaşmaları çeşidli
səviyyələrdə axtarmaq və tapmaq olar.
Psixoloci səviyyə – fundamentalizm
çağdaş inamsızlıq şəraitində mütləq inam vəd edən sığınacaq kimi
çıxış edir.
Plüralist cəmiyyətdə
sosial identifikasiyanı təmin etmək barədə söhbət getdikdə, sosial
səviyyədə belə motivlər mövcud olur.
Demokratiyanın siyasi
nisbiliyi ilə barışmağa yetərli hazırlıq olmaması barədə söhbət
getdikdə siyasi səviyyədə belə motivlər mövcud olur.
İnsan üçün son nəticədə
inamı təmin etməyən əsas prinsiplər olmadan insan mövcud ola bilməz.
Bu halda belə motivlər antropoloci səviyyədə mövcud olur.
Ayrı-ayrı adamlar və
ya qruplar yalnız özləri üçün belə bir inam əldə etməyə çalışırsa,
fundamentalizm heç bir problem yaratmır. Fundamentalizm o zaman
problemə çevrilir ki, belə qruplar bir halda inam hiss edirlər:
inam hamı üçün eynidir və bu inamı hamıya zorla qəbul etdirmək
olar.
Fundamentalist hərəkatlar
həmişə yalnız o zaman formalaşır və uğurla inkişaf edir ki, müəyyən
şərait olsun və müəyyən hadisələr baş versin. Bu, o deməkdir ki,
fundamentalist əqidələrin kütləvi inkişafı ümumi şəraitdə müəyyən
olunur, lakin təsadüfi hadisə də ola bilər.
Ümumi şərtlərə aşağıdakılar
daxildir:
1. Sabit sosial və mədəni
identifikasiyanın və yönümün laxlaması.
Buraya daxildir:
- artmaqda olan konfliktlərin
geniş əhali kütləsini təmin etməyən şəkildə həll edilməsi dövlət
quruluşunu sual altında qoyur.
- Dövlətçilik sisteminə
və mövcud rəhbərlərə inam son dərəcə azalır (siyasi kastaların
nüfuzunu itirməsi, korrupsiya, ənənəvi davranışdan imtina və s.).
2. Sosial inamsızlığın
olması və ya real baş verməsi imkanı
Buraya aiddir:
- siyasi və iqtisadi
tendensiyaların mənfi nəticələri;
- sosial gərginliyin
baş verməsi, yəni əhalinin aşağı və orta təbəqələrinin iqtisadi
və sosial inamsızlıq hiss etməsi və ya gözləməsi.
3. Belə şəraitdə fundamentalist
təşkilatların təkliflərinin, ritorikasının və rəhbərliyinin inandırıcılığı
Buraya daxildir:
- «əsl» ilahi göndərişlərin
(Bibliya, Quran və s.) mövcudluğu;
- həqiqəti əks etdirən
«rəsulun» və ya xarizmatik liderin olması;
- icmanın mövcudluğu
və dünyadan tədric olunması;
- cənnət, darül-islam,
sinifsiz cəmiyyət, dünya ağalığı və s. kimi təyinatların mövcudluğu;
- icmadan kənarda «başqaları»nın,
başqa dinlərin, müstəmləkəçilərin, başqa etnik qrupların və millətlərin
simasında «şər»in mövcud olması.
FUNDAMENTALİST
QRUPLARIN DÖVLƏTƏ VƏ İQTİSADİYYATA TƏSİRİ
Fudamentalistlərin
tənqidinin predmetini nə təşkil edir?
Tənqidin əsas hədəfi
çağdaş Qərb sənaye ölkələrində mövcud olan reallıqlar –şəxsi həyat
sferasının ictimai həyatdan ayrılması. Dini fundamentalistlər
belə zərərli Qərb təsirinə qarşı çıxış edir və onlar üçün süni
və özbaşına sayılan belə bölgünün ləğvini tələb edirlər. Hüquq
dövlətlərində şəxsi sferanın ictimai sferadan ayrılması azadlıq
konsepsiyasına əsaslanır. Demokratik konstitusiyalı dövlətlərdə
bu konsepsiya konstitusiyada möhkəmləndirilir. Vicdan azadlığı
və dəyərlər haqqında çeşidli təsəvvürlərin mövcud olması kimi
vətəndaş azadlıqları, yəni plüralistik cəmiyyətdə konstitusiya
vətəndaşların şəxsi işlərinə hökumətin qarışmamasına təminat verir.
Bununla da insanların şəxsi işi olan dinlə dünyəvi ictimai sfera
arasında bölgü təmin olunur.
Milli dövlət və bazar
iqtisadiyyatının gücünün uzlaşdırılması kiçik və ya böyük ərazidə
yaşayan çoxlu sayda adamlardan ibarət cəmiyyətin formalaşdırılmasına
gətirib çıxarır. Belə cəmiyyətlərin vətəndaşlarını iqtisadi əlaqələr
və patriotizm birləşdirir, bundan başqa, onlar kiçik qruplarda
bir-biri ilə dostluq, qohumluq və dini bağlarla bağlanırlar. Azadlıq
qaydaları ilə nə qədər çox şəxsi münasibət müdafiə olunursa, şəxsi
həyat dövlətdən o qədər çox ayrılır. Müstəmləkəçilik ləğv edildikdən,
xüsusilə İkinci dünya müharibəsindən sonra dini fundamentalistlər,
ayrı-ayrı hallarda həm də etnik fundamentalistlər üçün dünyada
getdikcə genişlənən belə cəmiyyət formaları qəbuledilməzdir.
Siyasi cəhətdən aktiv
fundamentalistlər nə məqsəd güdürlər?
Siyasi aktivistlər əslində
qısaca olaraq «izolyasiya», «vahidlik» və «məcburiyyət» adlandırılan
üç məqsəd güdürlər.
İzolyasiya
İzolyasiya o deməkdir
ki, fundamentalistlər onların qruplarının istədikləri vaxt bütövlükdə
cəmiyyətdən ayrılmasını və ictimai normalara tabe olmamasını tələb
edirlər. Belə «izolyasiya» bir neçə səbəbdən cəlbedici variantlardır.
Fundamentalistlər həyatı süni surətdə şəxsi və ictimai sferaya
bölən sosial sistemə qarşı çıxış edirlərsə, onlar üçün ən yaxşı
variant ümumiyyətlə bu sosial sistemi tərk etməkdir. Buna görə
də onlar kiçik, daha ùomogen sistemlərdə yaşamağı üstün tuturlar.
Cəmiyyətdən təcrid olunma müxtəlif formalarda ola bilər. Bu zaman
ifrat və mülayim formalardan istifadə olunur. İfrat forma yeni
dövlətin yaradılmasıdır. Məsələn, Pəncabda siqhlər, Şri-Lankada
tamillər buna nail olmağa çalışırlar. Siqhlərin müəllimi Tara
Siqh bunu belə ifadə edir: hinduistlar Hindistana, müsəlmanlar
Pakistana sahib olublar, bəs siqhlərə nə düşür?
Belə təcridolunma formaları
son nəticədə milli dövlət ideyası ilə bir araya sığmayan sesessiya
ideyasını da əhatə edir. Bu gün dini disidentlər qədim zəvvarlar
kimi yeni dövlət təsis edə bilmirlər, onlar məcburdurlar ki, Pəncabı
Hindistandan ayırmaq istəyən siqhlər kimi, öz torpaqlarını «götürüb»
özlərini təcrid etsinlər. Aydındır ki, dini konfliktlərin, həm
də bəzi etnik konfliktlərin həlli vasitəsi kimi sesessiya vətəndaş
müharibəsinin qızışdırılması resepti kimi çıxış edir.
Dünyəvi dövlət çərçivəsində
anklav yaradılması daha mülayim forma hesab olunur. Məsələn, Amerikada
«Amiş» mennonitləri, İsraildə «Xaredi» ultraortodoksal yəhudiləri
belə hərəkət edirlər. Lakin anklav yaradılması da bir neçə səbəbdən
populyar variant sayılmır, çünki inkişaf etmiş cəmiyyətlər öz
vətəndaşlarını daha bol nemətlər, məsələn, milli müdafiə, yollar,
məktəblər, hətta hökumət sistemi ilə təmin edirlər. Cəmiyyətin
üstünlüklərindən istifadə etmələrinə baxmayaraq, cəmiyyətdən təcrid
olunmuş qruplar, məsələn, «Amiş» və ya «Xaredi» qrupları cəmiyyətə
öz töhfələrini verməkdən imtina edirlər. Məsələn, «Xaredi»nin
üzvləri İsrail ordusunun müdafiəsindən istifadə etsə də, bu orduda
xidmət etməkdən imtina edirlər. «Amiş» məcburi sosial sığortaları
ödəməkdən və dövlət qulluğundan imtina edir. Belə situasiya hər
bir halda mümkün siyasi vasitələrlə aradan qaldırılması çətin
olan ictimai gərginliyə səbəb olur. Belə anklavlar yalnız liberal
demokratiya şəraitində mövcud ola bilər, çünki cəmiyyətin dözümlü
olması onlara müəyyən şans verir. Beləliklə, məhz liberalizm plüralist
cəmiyyətin düşmənlərinin möhkəmlənməsi və inkişafına şərait yaradır.
Bu qrupların, sadəcə,
coğrafi konsentrasiyası və izolyasiyası daha az radikal forma
hesab olunur. Bu, əsasən, federal idarəçilik sistemi olan böyük
dövlətlərdə, məsələn, ABŞ-da mümkündür. Tez-tez belə tələblər
irəli sürülür ki, müəyyən dinləri möhkəmləndirmək məqsədi ilə
federal strukturlar genişləndirilməlidir. Məsələn, müsəlmanlar
üçün daha geniş inkişaf imkanları yaratmaq məqsədi ilə Nigeriyada
federalizmin genişləndirilməsi tələb olunur. Hətta cəmiyyət coğrafi
izolyasionizmə mənfi münasibət bəsləməsə də, belə ərazilərin mövcudluğu
rabitə və nəqliyyat texnologiyaları sferasında inkişafa mane ola
bilər. Belə inkişaf maneələri aradan qaldırır və müqavimət göstərən
qrupları inteqrasiyaya məcbur edir.
Vahidlik
Təcridolmanın alternativi,
cəmiyyətdən ayrılmanın alternativi milli birliyin yaradılmasıdır,
yəni şəxsi sferanın ictimai sferadan ayrılmasının qarşısının alınması
uğrunda mübarizədir. Bu variantın tərəfdarları şəxsi və ictimai
sferaların ayrılmasından imtina olunmasına qarşı çıxış edirlər.
Onların fikrincə, bu, süni və zərərlidir, ona görə də onlar təcrid
olunmaqdansa, sistemi dəyişməyə çalışırlar. Bu zaman belə təəssürat
yaranır ki, onlar nə qədər çox itirirlərsə, bir o qədər əzmlə
mübarizə aparırlar. Başqa sözlə, onlar cəmiyyətdə nə qədər çox
plüralizm görürlərsə, daha yüksək tələblər irəli sürməyə çalışırlar.
Məsələn, onlar çalışırlar ki, ictimai sferaya müəyyən dini elementlər
qaytarsınlar. Buna misal olaraq Amerika dövlət məktəblərində dualar
oxunmasına qayıdışı göstərmək olar. İsraildə xaredilər də siyasi
fəaliyyəti intensivləşdiriblər. Lakin bu zaman özlərinin dini
təsəvvürlərini yaymaqdan daha çox, onların fikrincə təhlükə altında
olan nailiyyətləri saxlamağa çalışırlar.
İranda vəziyyət tamamilə
başqa cürdür. İranda şah idarəçiliyi zamanı müsəlmanlarda belə
bir fikir formalaşmışdı ki, onların ənənəvi inkişaf yolu sual
altındadır. Ona görə də cəmiyyətdə müqavimət başlandı. Lakin onların
planı daha radikal idi və müəyyən dərəcədə həmin planı həyata
keçirmək mümkün oldu. Onlar islam hüququnu tətbiq etmək yolu ilə
Xomeyninin təsəvvürlərinə uyğun islam hökuməti yaratdılar.
Məcburiyyət
Təcridolunma
və birləşmə ilə yanaşı, məcburiyyət barədə tələblər də irəli sürürlər.
O, dini etiqad azadlığının ləğv edilməsi və başqa dinlərə itaət
edənlərin məcburi inteqrasiyası və ya onların qanundan kənar elan
olunması ilə bağlıdır. Bu, əslində ifrat tələbdir. Tamamilə mümkündür
ki, cəmiyyətdə ictimai işlərə təsir edən rəsmi din müəyyən olunsun,
lakin bununla yanaşı, fərdə imkan verilsin ki, başqa dinə itaət
etmək barədə müstəqil qərar qəbul etsin. «Məcburyyət» tələb edən
fundamentalistlər üçün məhz bu qəbuledilməzdir. İranda babilərə
münasibət buna misal ola bilər. Babilik inancı islamın düzgün
təlimindən sapmalar sayılırdı və ölüm cəzası ilə cəzalandırılırdı.
Başqa bir misal Pakistanda Əhmədiyyə dini azlığına qarşı elan
olunmuş kampaniya ola bilər. 1984-cü ildə qəbul edilmiş qanun
onlara özlərini müsəlman, dinlərini isə islam dini adlandırmağı,
islam terminologiyasından istifadə etməyi, müəzzinin ibadətə çağırmasından
istifadənin tətbiq olunmasını qadağan etdi. Belə qanunvericilik
dinin dövlətdən ayrılmasını tamamilə ləğv edir. O nəinki dini
ictimai həyatın tərkib hissəsinə çevirir, üstəlik, şəxsi həyat
sferasını tamamilə ləğv edir.
Fundamentalistlər
iqtisadiyyatda nəyi tənqid edirlər?
Fundamentalist qrupların
iqtisadi təsəvvürləri, əsasən, iqtisadi sistemin onlara qarşı
ədalətsizliyinə, sənaye inqilabı nəticəsində onun dəyişdirilməsi,
dünyəvi hökumətlərin sayının artması, informasiya inqilabına reaksiyadan
ibarətdir. İstər varlı, istərsə də kasıb cəmiyyətlər bu fikrə
tərəfdardırlar ki, modernizasiya fərdlərin pozulmasına, cəmiyyətin
və insan birliyinin bölünməsinə, çağdaş iqtisadiyyata qədərki
qardaşlıq atmosferinin bazarda antihumanist yarışla və ya ictimai
resurslar ətrafında sərt rəqabətlə əvəz olunmasına gətirib çıxarıb.
Fundamentalistlərin iqtisadi sistemi tənqid etməsi ümumi məqsədli
ustanovkalara söykənmir. Fundamentalistlərin iqtisadi təsəvvürləri
bir-birindən əsaslı şəkildə fərqlənir və ümumi xarakter daşımır.
Hinduist iqtisadiyyatı ona əsaslanır ki, ənənəvi qapalı xarici
rəqabətdən yaxşı müdafiə olunmuş Hindistan iqtisadiyyatını əvvəlki
formada saxlasın və açıqlığa yol verməsin. Belə siyasət mağaza
sahibləri və sahibkarların mənafeyinə xidmət edir, lakin istehlakçıların
əsas kütləsinin mənafeyinə ziddir. İslam iqtisadiyyatı geniş müqavimətin
komponentlərindən biridir. Bu müqavimətin məqsədi Qərb təfəkkür
tərzinin hakim olmasının aradan qaldırılması və islam cəmiyyətinin
üstünlüyü hissinin bərpa olunmasıdır. İslam iqtisadiyyatı barədə
son dövrlərin çoxsaylı tədqiqatları bu elementar motivasiyanı
gizlədərək belə təsəvvür yaradır ki, guya söhbət, sadəcə, ədalətin
və effektivliyin artmasından gedir. Buddist iqtisadiyyatında prioritet
buddist monarxlarının sosial-iqtisadi statusunu təmin edən bəzi
şərtlərə verilir. Açıq bəyan olunan məqsəd daha xeyirxah görünür:
fərdin materializm buxovlarından azad olunması.
Protestant-xristian iqtisadiyyatı
radikal liberalizm iqtisadiyyatından fərqlidir. Tənqid hər hansı
hökumətə qarşı deyil, yalnız qeyri-xristian hökumətlərinə qarşı
yönəldilir.
İqtisadiyyət barədə fundamentalist
təsəvvürlərin məqsədi nə qədər müxtəlifdirsə, onlar dünya iqtisadi
sisteminin tənqidində bir o qədər yekdildir. Onların hamısı belə
hesab edir ki, çağdaş sivilizasiyanın xəstəliklərinin səbəbi onun
mənəvi degenerasiyasıdır. Dünyəvi hökumətlərin və dünyəvi təhsil
sisteminin nəticələri qeyri-məhdud eqoizm və xeyirxah hisslərin
yayılmamasıdır.
Fundamentalist iqtisadi
təsəvvürlər iqtisadi mülahizələrə sosial mənafe qatmağı insanlara
aşılayır ki, iqtisadi mülahizələrə sosial mənafe, yəni iqtisadiyyata
mənəvi komponent əlavə etsinlər.
FUNDAMENTALİST HƏRƏKATLARIN
İNKİŞAF ETAPLARI VƏ TƏZAHÜR FORMALARI HAQQINDA ÜMUMİ İCMAL
1. İnkişaf etapları
Fundamentalizm bir sıra
xarici və daxili şəraitdən asılı olan müxtəlif inkişaf etapları
keçmişdir.
1. Yalançı düşmənlər:
- ətrafda mövcud olan
sabit dinlər;
- dünyəvi dövlət;
- mülki cəmiyyət;
- dini rəqabət;
- etnik-milli rəqabət;
- imperializm və neokolonializm.
2. Cəmiyyətdə struktur
faktorlarının durumu
Din.
Əsasında fundamentalizmin
inkişaf etdiyi dinin mahiyyəti fundamentalist
hərəkatların yaranmasını əsaslandıran başlıca faktorlardır. İerarxik
(məsələn, katolik kilsəsi) və ya yarımierarxik (məsələn, şiəlik)
dinlər və ya icma dinləri, yaxud «konqreqasiya» (məsələn, protestantlıq
və sünnilik) və ya diffuz dinlər (məsələn, hinduizm, siqhizm,
buddizm) haqqında söhbət getməsi məsələsi mühüm rol oynayır. İerarxik
və yarımierarxik dinlər fundamentalist qrupların yaılması üçün
imkan vermirsə, icma və diffuz dinlər belə hadisələrə daha çox
imkan yaradır.
Tərbiyə
və təhsil
Bilik və informasiyaların
yayılmasına kömək edən dünyəvi təhsil sistemi, rabitə və informasiya
vasitələri din üçün daimi təhlükə mənbəyi sayılır. Ona görə də
özünü müdafiə məqsədi ilə, sonradan isə məhz bu instrumentlərdən
istifadə etməklə təhsil sisteminə və informasiya vasiətlərinə
təsir göstərirlər. Məqsəd təhsil və tərbiyəni, informasiya yayılmasnı
kontrol altında saxlamaqdır.
Kommunikasiya
Kommunikasiya vasitələri
(qəzetlər, KİV, filmlər, televiziya və s.) fundamentalist hərəkatlara
münasibətdə çeşidli funksiyalar yerinə yetirir. KİV-dən azad istifadə
öncə informasiyanın genişlənməsinə gətirib çıxarır ki, bununla
da mənəvi normalar, dini ehkamlar və dualar sual altında qoyulur.
Daha sonrakı etaplarda fundamentalizmin liderləri KİV-lərdən öz
məqsədləri üçün istifadə edə bilərlər (teleyevangelizasiya). Bu
zaman müxtəlif ölkələrdə çeşidli metodlar tətbiq olunur. Məsələn,
məlumat bazasından məktublar göndərilməsi üçün istifadə olunması.
Missioner fəaliyyəti üçün audiokassetlərin tətbiq edilməsi, internetdən
istifadə.
Mülki
cəmiyyət
Müstəqil həmkarlar ittifaqları,
işəgötürmə təşkilatları, assosiasiyalar və ittifaqlar, müstəqil
KİV-lər və siyasi partiyalar kimi güclü mülki cəmiyyət təşkilatlarının
olması sosial böhran situasiyalarının dünyəvi formada aradan qaldırılmasına
kömək edir. Mülki cəmiyyətin zəifliyi və ya onun ümumiyyətlə olmaması
fundamentalist qrupların yaranmasına gətirib çıxara bilər. Ona
görə də nəzərdən qaçırmaq olmaz ki, məhz islam ölkələrində dövlətin
müdaxiləsi dəfələrlə mülki cəmiyyətin zəifləməsinə gətirib çıxarıb.
Sosial
struktur
Ölkələrin sosial strukturu,
onların daxili konfliktləri fundamentalist qrupların yaranmasına
və onların davakar strukturlara çevrilməsinə təsir göstərir. İsraildə
sefardlarla aşkeniazilər arasında parçalanma buna səciyyəvi misal
ola
bilər. Nəticədə Kaxani
öz fundamentalist qrupunu yaratdı.
Yerdəyişmə
Müəyyən ərazidən köçmək
kimi miqrasiya ona gətirib çıxarır ki, azlıqda qalanlar xarici
aləmdən daha dəqiq təcridolunma yolu ilə müdafiə olunmağa çalışır
və nəticədə fundamentalist əlamətlər özünü göstərir. Müəyyən əraziyə
immiqrasiya kimi miqraiya hər iki tərəfdən fundamentalist aksiyalara
gətirib çıxara bilər. Çünki immiqrasiya etmiş azlıq ona yad olan
mühitdən müdafiə olunmaq, eyni zamanda, qarşı tərəfə təsir etmək
istəyir, yerli əhali isə öz növbəsində hesab edir ki, immiqrantlar
onlar üçün təhlükə mənbəyidir. Ona görə də fundamentalist çıxışlarla
öz həyat tərzlərini yad təsirin və yeni dəyrlərin artmasından
müdafiə etməyə çalışırlar.
Etno-linqvo-regional
struktur
Cəmiyyətin etno-linqvistik,
ərazi tərkibinin tarixi fonu etnik və regional qruplar arasındakı
qarşılqlı münasibətlərə xeyli dərəcədə təsir edir. Bir etnik və
ya regional qrupun başqasını əzməsi, yaxud istismar etməsi, tarixən
mövcud olan etnik gərginliklər qarşılıqlı düşmənçilik hisslərini
uzun müddət qızışdıra bilər. Zorakı toqquşmalar ümumi diqqət və
geniş fəaliyyət doğurur. Ona görə də davakar dini hərəkatlar,
heterogen ölkələrdə baş verən toqquşmalar əksər hallarda etnik
xarakter daşıyır.
İqtisadi
inkişaf
Fundamentalist qüvvələri,
adətən, cəmiyyətin az inkişaf etmiş kasıb təbəqələrində, kənd
yerlərində, yetərincə təhsil almamış daha az «müasir» olan hissələrində
axtarırlar və orada da tapırlar. Ona görə də depressiya, resessiya,
inflyasiya, tətillər və işsizlik fundamentalist potensialın yaranması
üçün əlverişli münbit mühitdir.
Dövlət təşkilatlarının
və dövlət rəhbərliyinin legitimliyi
Dövlətin nüfuzunun zəif
olması dövlət institutlarına və siyasi rəhbərliyə inamın aşağı
olması fundamentalist qrupların müəyyən əlavə təsadüfi hadisələr
şəraitində öz bazalarını genişləndirmək üçün istifadə etdiyi zəif
nöqtələrdir.
Beynəlxalq inkişaf
Fundamentalizmin yaranması
üçün real və yalançı Qərb imperializminin nəticələrini qiymətləndirməmək
olmaz. Beynəlxalq ticarət, elmi mübadilənin dünyəvi xarakteri,
texnologiyaların və müasir sənaye nümunələrinin verilməsinə əksər
üçüncü dünya ölkələlrində Qərb dövlətlərinin istismarçı, müstəmləkəçi
aksiyalarının təzahürü kimi baxılır.
3. Hərəkatın daxili durumu
Tarixi
təcrübə
Dekolonizasiya
və demokratikləşmə nəticəsində öz təsirini itirməsi, istismar,
təqiblər və s.-lə bağlı müəyyən qrupların tarixi təcrübəsi fundamentalist
qrupların yaranmasına kömək edən başlıca faktorlardandır.
İnkişaf
Fundamentalist qrupların
davakarlıq xarakterinin dərəcəsi daha çox onların inkişafından
və bu inkişafın gedişində toplanmış təcrübədən asılıdır. Qrupun
həyata keçirdiyi strategiyanın uğur və ya uğursuzluğundan asılı
olaraq, bu qruplar güc tətbiq edilməsinə az və ya çox dərəcədə
hazır olmaqla bağlı başqa strategiyalar seçirlər.
Təşkilat
-daxili təşkilati struktur
-daxili möhkəmlik
-xarizmatik rəhbərlik
-nüfuz və davranış
İdeoloci orientasiya
-millinarist orientasiya.
Fundamentalist qrupların
davranışı əsasən, «həqiqət» anı barədə təsəvvürlərlə müəyyən olunur.
Son məqsəd messian zamana aiddirsə, messiyanın gəlişi momenti
və şərtləri mühüm əhəmiyyət kəsb edir (premillinarist və ya postmillinarist).
Məqsəd tarixi dövrlə bağlıdırsa, fundamentalist qruplar daha davakar
xarakter daşıyır.
-qüsursuzluq.
Bunun üçün
Bibliya, hədislər və sair ilahi vəhylər, habelə cənnət, cəhənnəm,
darül-islam, sinifsiz cəmiyyət, başqaları üzərində şovinizmə əsaslanan
hökmranlıq və sair lazımdır.
Ayrılmaq
Bu, həmişə xarici aləmdən
ayrılmış, təcrid olunmuş icma deməkdir. Açıq təşkilati struktur
mumkünsüzdür. Çünki bu, icmanın mövcudluğunun özünü sual altında
qoya bilər. Başlıca ideoloci instrumentlərdən biri kənar aləmdən,
«başqalarından», başqa dinlərdən, müsitəmləkəçi və zülmkarlardan,
başqa etnik icmalardan və ya imperiya dövlətləri və ya millətlərindən
kənarlaşmaqdır.
Yuxarıda göstərilən amillər
bu və ya başqa strategiyanın seçilməsini müəyyən edir. Dörd strategiya
mövcuddur ki, bir halda bunlar ardıcıllıqla, başqa halda isə eyni
zamanda tətbiq edilə bilər:
I. Dünyadan təcrid olunmaq
strategiyası
II. Öz dünyasını yaratmaq
strategiyası
III.Dünyanı dəyişdirmək
strategiyası
IV. Dünyanı fəth etmək
strategiyası
Dünyadan təcrid
olunmaq strategiyası
a) özünümüdafiə strategiyası
Bu strategiyanın tərəfdarları
paklıq və özünümüdafiə axtarırlar. Onlar dünyadan kənarda qalmağa
çalışırlar və öz normalarına əsaslanan mikrodünyalarında yaşayırlar.
Bu mərhələdə onlar təhlükəli deyillər.
b) mövcud olmaq üçün
şərait yaratmaq strategiyası
Qruplar dünyadan, xarici
aləmdən təcrid olunmaq strategiyasını o zaman qəbul edirlər ki,
daha aktiv strategiya uğursuzluqla nəticələnir və ya qrupun özü
məğlubiyyətə uğrayır. Bu halda qrup müəyyən dövrdən sonra aktiv
fəaliyyətini bərpa edə bilir.
c) imtina strategiyası
Xarici aləmdən təcrid
olunmaq strategiyasını dövlətə zərər vurmaq istəyən qruplar da
qəbul edə bilər. Onlar ictimai vəzifələri (orduda qulluq, səhiyyə
sahəsində vəzifələrə əməl edilməsi, vergilərin ödənilməsi və s.)
yerinə yetirməkdən imtina edirlər. Belə davranış cəmiyyətdə uzun
sürən konfliktlərə gətirib çıxara biləcəyindən, onu nəzərə almamaq
olmaz.
Öz
dünyasını yaratmaq strategiyası
Bu strategiyanın məqsədi
anklav yaradılmasıdır. Anklav xarici aləmlə birbaşa rəqabətə girir.
Daxili aləmdə (anklavda) «həqiqət» normaları fəaliyyət göstərir.
Beləliklə, dünya yaratmaq strategiyası alternativ və əhatəli sosial
struktur və institutların (öncə şəbəkələrin) yaradılmasına yönəldilir.
Anklavlar «boş qalmış dünyaya» alternativ funksiyasını yerinə
yetirir və hərəkat üçün təcrid olunmanın vacib instrumenti kimi
çıxış edir.
Anklavın fəaliyyət göstərməsinin
başlıca ilkin şərtləri intizama əməl edilməsi, ikincisi isə xarici
aləmdən təcridolunmadır. Təcridolunma «mənəvi əsirlik», bəzi hallarda
isə məcburi fiziki iştirak formasında reallaşdırıla bilər. Missioner
fəaliyyət xarici aləmə aid deyil, bununla da yalnız anklavın və
ictimai institutların yaradılmasına xidmət edir.
Dünyanı dəyişdirmək
strategiyası
Bu strategiya xarici
sferaya yönəldilib. Onun məqsədi cəmiyyətin strukturunu, institutlarını,
qanunlarını və həyatını yenidən izah etmək və bu sferalara təsir
göstərməkdir. Bununla bağlı belə dəyişikliklər üçün şəraitin azaldılması
və ya fundamentalist qrupların marqinalizasiyası üçün şəraitin
yaxşılaşdırılması yolu ilə fundamentalizmə qarşı mübarizə daha
da çətinləşir. Dünyanı dəyişdirmək strategiyası dünyanı fəth etmək
strategiyasına nisbətən daha cəlbedici görsənir, lakin o eyni
dərəcədə cəmiyyətin öz təsəvvürlərinə adaptasiyasına yönəldilib.
Bu istiqamətin tərəfdarları məqsədə çatmağa tələsmirlər. Onlar
siyasi həyatda iştirak üçün qanuni vasitələrdən, qanunvericilik,
icra və məhkəmə hakimiyyətinin imkanlarından, liberalların və
plüralistlərin dəstəyindən istifadə edirlər ki, son nəticədə onların
fəaliyyəti məhz bu dəstəyi verənlərə qarşı yönəldilir.
Dünyanı
fəth etmək strategiyası
Bu strategiyanın məqsədi
fundamentalizmin o dövr üçün düşməni olan cəmiyyət strukturlarının
mövcudluğunu təmin edən strukturları nəzarət altına almaqdan ibarətdir.
Həmin nəzarəti ələ keçirdikdən sonra bu strategiyanın tərəfdarları
öz «həqiqətlərinə» uyğun qeyri-plüralist cəmiyyət yaradırlar.
Dünyanı fəth etməyə yönəldilmiş bu strategiyanın həyata keçirilməsi
əksər hallarda davakar formalar alır, dövlətin və ya onun rəhbərliyinin
zəiflinidən istifadə edir.
|