«Əgər
nəfsin sınağı, lənətlənmiş şeytanın yoldan çıxarması olmasa, əxlaqın
bir zərrə qədər qiyməti olmaz»
C.Rumi
Ta
qədimlərdən insanlar xeyir və şərin qoşa yarandığının, bir-birinə
zidd olduğunun fərqində olublar. Şər dedikdə insana zərər verən,
xeyir deyəndə isə onu qurtululşa aparan bir kateqoriyanı nəzərdə
tutublar.
Din və inancların çoxuna görə, insan xeyir və şərdən birini seçmək
məcburiyyətindədir. Bəs şər haradan yaranıb?. Hər şeyin yaradıcısı
olan Absolyut şəri Özümü yaradıb? Onunla münasibətləri necə aydınlaşıdırır?
Şərin Ona da xətəri toxuna bilərmi? Bəs insan necə? Bəlkə, işini
yola vermək üçün bu heç də aciz olmayan qüvvə ilə çözüm yolları
arayasan?
Din və inancları bu baxımdan
araşdırdıqda belə bir nəticəyə gəlmək olur: inanc nə qədər ibtidaidirsə,din
nə qədər təhrifə məruz qalıbsa, din nə qədər təhrifə məruz qalıbsa,
şərin imkanları daha güclü təsəvvür edilir. Səmavi dinlər xaricində
olan inanclarda şərin azman və iddialı obrazı ilə rastlaşırırq.
O, panteonda yer alır. Özünə qurban kəsilməsini tələb edir, xeyirlə
açıq döyüşə çıxır, hakimiyyətdə pay bölgüsünə nail olur. Hətta
bəzən rotasiya qaydası ilə dünyanı müəyyən müddətə idarə edir...
Zərdüştilikdə olduğu kimi. Guya Hürmüz və Əhrimən dünyanı adama,
pardon «allaha» üç min il olmaqla idarə edirlər. Nenlərin mifologiyasında
xeyiri təmsil edən «allah» Numu və şəri təmsil edən Nqo obrazı
var. Nqo yeraltı dünyanın ağasıdır. O öz nökərləri – şər ruh olan
nqılekalar vasitəsilə insanlara cürbəcür xəstəliklər göndərir.
Adamlar xəstələnəndən sonra Nqo onların canını yeyir. Nəticədə
adam ölür. Nqo həm də demiurqdur. Yəni o, dünyanın yaradılmasında
Numu ilə bərabər iştirak edib, əziyyət çəkib. Həm pozitiv, həm
neqativ fəaliyyəti olub. Müsbət işi o olub ki, möhkəm dursun deyə,
yerin altına balina, yerin üstünə isə dağları – Ural dağlarını
qoyub. Nenlər düşünür ki, Nqo elə qorxaq deyil, lap Numu ilə davaya
da qalxışır. İldırım çaxanda nenlər deyirlər ki, Ay və Gün üstündə
Numu ilə Nqo dalaşır. Çünki Nqo Ayı və Günü yeraltı dünyaya aparmaq
istəyir. Ora qaranlıqdır axı. Mənfi işi isə odur ki, oğrudur,
Numudan torpaq rüşeymi – gil oğurlayır və ondan öləri adamlar
düzəldir, sonra da onları yeyir.
«Onlar
əkizdilər»
Zərdüşt təliminə görə,
Ahuraməzda yaratma aktını iki mərhələdə həyata keçirib. Əvvəlcə
o hər şeyi bədən örtüyü olmayan şəkildə, yəni ruhani biçimdə yaradıb.
Sonra o, yaratdıqlarına maddi forma verib. Məxluqat bədənli olandan
sonra şərlə mübarizə başlayıb. Çünki qeyri-maddi varlıqlardan
fərqli olaraq, bədəni olanlar şər üçün zəif imiş. Bunu bilən Əhrimən
(Anqramanyu) tez onlara hücum edib. Əsatirə görə, Əhrimən qəzəblə
ñəmanın daş örtyünün aşağısından yerə soxulub. O getdiyi yerlərdə
səhra yaranıb. Sonra şər ruh bitkiləri qurudub. Nəhayət, yeddinci
yaradılışa - oda hücum edib. Oddakı tüstü guya Əhrimənin xətəridir.
Ümumiyyətlə, zərdüştilikdə
xeyir və şərin qardaş olduğu deyilir. Bu qardaşlıq fikri sasanilər
dövründə yaranan zurvanilikdə yeni çalarlar qazanıb. Zurvanilər
«Avesta» qatlarında olan fikirlərə istinad edərək Zurvanı valideyn
qismində görürdülər. «Həqiqətən, iki ilkin ruh var, onlar əkizdirlər
və bir-birləri ilə mübarizə aparırlar» (Yasna, 30:3).
Bu fikrə əsaslanıb belə qərara gəliblər ki, «əkizlər» varsa, onların
atası da olmaıdır. Və Zurvanı – hüdudsuz zamanı təmsil edən ilahı
onların atası elan ediblər. Əsatirə görə, Ahuraməzdanın yaranması
üçün Zurvan min illər boyu qurban kəsib (bəlli deyil kimə). Umurmuş
ki, Ahuraməzda yaranıb Yeri və Göyü yaradar. Bu qurbanlar sonucu,
daha doğrusu, qurbanların nəticəsizliyi sonucu Zurvanda: «Muradım
hasil omursa, duanı neylərəm?» tipində şübhə yaranır. Bu zaman
onun bətnində əkizlər meydana gəlir: qurbanın nəticəsi olaraq
müdrik hökmdar Ahuraməzda, şübhədən isə şər ruh Əhrimən. Buradan
o da görünür ki, zurvani təsəvvürdə bu ilah ikicinsli imiş. Maraqlıdır
ki, şər və şübhənin əlaqəsi islamda da var. Amma belə primitiv
şəkildə yox. Bu məsələyə irəlidə qayıdacığıq.
Doymadım
çayı
Altay mifoloji təsəvvürlərinə
görə, şər allahı yeraltı dünyaya rəhbərlik edən Erlikdir. O, xeyir
allahı Ülgenin qardaşıdır. (Bir sıra araşdırıcılar haqlı olaraq
Ahuraməzdanın Xormustu, Əhrimənin isə Ermen və Erlik şəklində
Hindistandan Monqolustan və Sibirə keçdiyini bildiririlər). Erlik
icazəsiz olaraq insanlara ruh verdiyinə görə (bir neçə başqa versiya
da var), Ülgen tərəfindən lənətlənib və sonra yeraltı dünyaya
enib – cəhənnəmə. Gecələr o, yerin altından çıxır, ən gözəl qadın
və kişiləri öldürür, onları öz köləsinə çevirir. Sonradan onları
yer üzünə göndərir ki, şər işlərlə məşğul olsunlar. Erlik köləyə
çevirdiyi kəslər vasitəsilə adamlara xəstəliklər göndərir. Məqsədi
odur ki, adamlar ona qurban kəssinlər. Erlik qaniçəndir. Qanla
qidalanır, içkisi insanların ciyər qanıdır. Onun zahiri görünüşü
çox pis cizgilərlə təsvir olunur. Ucaboylu qocadır. Dizə qədər
uzanan haça saqqalı var. Saçları pırtlaşıqdır. Qulaqlarının dalına
keçirilən uzun, qara qıvrım bığları var. Qara və keçəl öküzə,
qara yorğa ata və ya qara çəpsiz qayığa minib gəzir. Əlinə qamçı
əvəzinə qara ilan götürür. Onun sarayı qara palçıqdandır. Yerin
altındakı Bay Tenqiz dənizinin yanında yaşayır. İkinci versiyaya
görə doqquz çayın bir çaya qovuşduğu yerdə. Sonuncu çay Toybodım
– Doymadım adlanır. Bu çayların suyu ... insanların göz yaşlarından
ibarətdir. Çayın üstündən at tükündən olan körpü keçir. Altay
mifologiyasında Erlikin ailəsi, xüsusən qızları haqda da məlumatlar
var. Onun qızları zahiri cəhətdən èäáàr, mənəviyyatca pozğun kimi
təsvir olunur. Hesab edirlər ki, onlar o dünyaya gedən şaman ruhlarını
yoldan çıxarmaq üçün yüz oyundan çıxırlar. Altaylılar Erlikdən
qorxduqlarından ona da qurban kəsərdilər.
Altaylılar ilk qara şamana qamlamanı Erlik öyrədib. Kimsə xəstələnəndə
altaylılar hesab edir ki, onun ruhunu şər ruhlar - Erlikin kölələri
oğurlayıb. Ona görə də mütləq qurban kəsər və Erlikin payını «göndərərdilər».
Dualarında da təxminən belə bir not olardı: «Bu da qurban, sən
Allah, apar, amma xətan bizdən xali olsun». Göründüyü kimi, əski
türklər şəri təsvir edərkən obrazlı təfəkkürlərinin imkanı qədər
onu neqativ boyalarla təsvir ediblər. Amma nəzərə alsaq ki, Erlik
və Ülgenin atası Kudaydır (bunun da farsca «xuda» sözünün təhrif
olunmuş variantı olduğu deyilir). Burada da şərin absolyut yaradıcının
varlığının bir parçası kimi təqdim edildiyini görürük. Bəlkə də,
bu təhriflərdən dolayıdır ki, sonrakı vəhylərdə, məsələn, İncildə
şərin ilahi mahiyyətin parçası olmadığı xüsusi vurğulanır: «Allah
nurdur və bu nurda heç bir qaranlıq yoxdur»
İslamda
Şər əsl qiymətini islam
dinində alır. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət olmadığını
deyən dinimiz demonik varlıqlarla «hakimiyyət bölgüsünü» rədd
etməklə qalmır, şərin təcəssümü olan şeytanı qanundan kənar elan
edir və hər bir kəsi onunla mübarizəyə çağırır və qurtuluşun onunla
aktiv mübarizədə olduğunu vurğulayır. Dinimiz şeytanla hər hansı
anlaşmanı rədd edir. İslamda Allahın şərə olan münasibəti birmənalıdır
və şərin acizliyi dəfələrlə vurğulanır.
İslama görə, iblis dünyada
şərin və Allahsızlığın ilk səbəblərindən biridir. Ondan başqa
bəzən analoji, bəzənsə identik anlamda «şeytan», «xaris», «əzazil»,
«xənnas», «mərid» və s. adlar da işlənir. Müsəlman duaları bir
qayda olaraq «Əuzu billahi min əş-şeytanir-rəcim» - «Daşlanmış
şeytandan qaçıb Allaha sığınıram» sözləri ilə başlayır. «Şeytan»
sözü islamdan əvvəl də ərəblər arasında işlənib. Həm ilan mənasında,
həm də şəxs adı kimi. İslam öncəsi ərəblər şeytanın insana nəsə
öyrətdiyinə inanırdılar. İslamın ilk zamanlarında mÿêêÿëèlər Məhəmməd
peyğəmbərin təbliğatını şeytanın təlqini sayırmışlar: «Qovulmuş
şeytan kəlamı deyil bu kitab» (Təkvir, 25).
Təkgözlü
intellektual
Yuxarıda deyildiyi kimi,
zurvanilərdə şərin yananma qaynağı kimi şübhə götürülürdü. İslamda
da şübhə ilə şərin əlaqəsi var. Belə ki, Quranda İblisin dərgahdan
qovulmasının səbəbi olaraq onun şübhəsi göstərilir. Hicr surəsində
deyilir ki, Allah insanı qara palçıqdan xəlq eləyib ona öz nəfəsindən
üfürəndən sonra mələklərə əmr edir ki, Adəmə səcdə eləsinlər.
Təkcə İblis əmri icra eləməkdən boyun qaçırır, Adəmə səcdə eləməkdən
imtina edir: «Quru gildən, qara palçıqdan yaratdığın bəşərə səcdə
eləyən deyiləm» - dedi İblis» (Hicr, 33). İblis
Adəmin səcdəyə layiqliyinə şübhə etməklə Allahın dediyinə şübhə
edir. Sui-zənni yüksəkdir: «Torpaqdan yaradılanamı ...» tipində
etirazda bulunur. Bəlli olduğu kimi, insan torpaq (kimyəvi elementlərdən
tərtibi nəzərdə tutulur) və ilahi nəfəsdən ibarətdir. («Və Öz
nəfəsindən ona üfürdü»). İblis əsas diqqəti torpağa ayırmaqla
ilahi nəfəsin qüdrətini görmür. Èblisin mifoloci təfəkkürdə tək
gözlü təsvirini görürük. Bu, əhaliyə onun bir gözünü Cəbrayılın
qanadı ilə vurub tökməsi ilə izah edilir. Amma islam mütəfəkirləri
onu kor, təkgözlü adlandıranda (bu anlamda «təkgözlü intellektual»
ifadəsi də işlənir) başqa şeyi nəzərdə tuturlar. Bu onun ilahi
nəfəsin qüdrətini görməməsidir.
Əbu Hamid əl-Qəzali şeytanın
mahiyyətindən çox onun zərərləri üzərində düşünülməsi lazım olduğunu
bildirib. Çünki «Şeytan haqqında lətif bir cisimdirmi, yoxsa cisim
deyilmi? Cisim isə insanın vücuduna necə girir? və s. suallar
çıxsa da, işin əsası bu deyil. Şeytanın necəliyi üzərində durmaq,
“Paltarına ilan girdi» deyən adamdan ilanın enini, uzununu, rəngini,
şəklini soruşmaq kimidir. Əslində, əgər paltarına ilan giribsə,
o ilandan qurtulmalıdır».
Saxtakarlar
atası
Ümumiyyətlə, şeytanın
görkəmi haqda xalq arasında müxtəlif versiyalar var. O, adətən,
buynuzulu və quyruqlu olaraq təsvir edilir. Amma bu, xalq arasında
yaranan təsəvvürdür və Quran məntiqinə ziddir. Çünki şeytanın
əsas cəhətlərindən bir saxtakarlıqdır. İblis öncə bu barədə səhih
məlumat verib: «Rəbbim! Məni azdırdığına görə mən onlara mütləq
bər-bəzəkli göstərərəm günah işləri və doğru yoldan azdıraram
hamısını. Sənə sadiq olanlardan savayı» (Hicr, 39).
O, missiyasını yerinə
yetirmək üçün müvafiq forma seçmək imkanına malikdir. İmanın az
və ya çoxluğundan asılı olaraq insanlar onun tələsinə düşə və
ya düşməyə bilərlər. Şəms Təbrizi «Məqalat»ında yazır: «Bir gün
nüktə söyləyirdim, Quranda «Bu, şeytan işidir» (Qasas,
15) anlamındakı ayəninin izahını anladanda dedim ki,
Allah rəsulu buyurur ki, şeytan Adəm oğlullarının sinirlərində,
qan damarlarında dolanır» Amma bu şeytan külahlı türkmən surətində
deyil ki, tanımaq mümkün olsun».
Şərdə insanlara
fərdi yanaşma var. Zəif və güclü adamalara qarşı fərqli taktika
və ya arsenaldan istifadə edilir. Cəlaləddin Ruminin oğlu Sultan
Vələd «Maarif» adlı əsərində yazır: «Tanrısal
olmayan hər düşünjə şeytandandır. Şeytanlar başını pusqudan çıxaran
kimi mürid Rüstəm kimi onların başını kəsməyə hazır olmalıdır.
Bu yolla mürid yolu qət edib sağ-salamat mənzilə yetə bilər. Şeytan
bir adamın üzərinə əsgər göndərəndə onun kimliyini nəzərə alır.
Özü hər kəslə mübarizəyə çıxmaz. Bu dünyada əsgərlər arasında,
pəhləvanlar arasında olan kimidir. Kiçiklə kiçik, böyüklə böyük,
pəhləvanla pəhləvan çarpışar. Şeytan yalnız onunla bir Rüstəm
kimi vuruşan peyğəmbər, övliya üzərinə bütün şeytanlığı ilə gedər.
Doğrusunu Allah bilir ”.
«Şeytanın cənnət ümidi»
Uca Tanrı Quranda hər
şeyi cüt olaraq yaratdığını deyir. Şər də dünyanın yaradılma hikməti
və məqsədinə uyğun şəkildə xeyirin korrelyatı olaraq xəlq edilib
və özünün məqsədi bu olmasa da, insan seçiminə xidmət edir. Bu
məqamı Cəlaləddin Rumi «Fihi ma fih» adlı əsərində
belə izahlayır: «Bəli, hamısı Allahdandır və Allaha nisbətdə yaxşıdır.
Çünki namazsızlıq, namaz, küfr, islam, şirk və tövhid hamısı Allahın
dərgahında yaxşıdır. Məsələn, ölkəsində zindan, asmaq, hilət,
mal, mülk, rəiyyət, şeypur və bayraq olan bir padşah üçün bunların
hamısı yaxşıdır. Hilət səltənətin kamalına əlamət olduğu kimi,
dar ağacından asmaq, öldürmək və zindan da eynən bunun kimidir»
(Cəlaləddin Rumi «Fihi ma fih»). Yoxsa şeytan
Allaha müxalif olub nəyəsə nail olacaq birisi deyil.
Deyilənə görə, məhşər
günündə Allah taalanın hüdudsuz rəhmətini görəndə şeytan da ümidlənəcək.
Buna «şeytanın cənnət ümidi» deyirlər.
|