|
Şəms
TƏBRIZI |
SEÇMƏLƏR
|
“Məqalat”
(“Xirqeyi-Şəms”) əsərindən |
|
Elm
insanı quyudan çıxarmaq üçündür, yapışıb başqa quyulara enmək üçün
yox! |
|
Dünya
axirət ərlərinə, axirət də dünya ərlərinə haramdır. |
|
Bəziləri
var ki, öyüd dinləyəndə içləri müsəlmandır. Fəqət vəz məclisindən
çıxanda oddan çıxmış qalay kimi donurlar. |
|
«Bir
adam dinini qüvvətləndirərsə, bəlası artar, dinini incəldən, zəiflədən
adamın da bəlası xəfifləyər» –deyirlər. |
|
Əbrar
üçün yaxşılıq sayılan əməllər müqərribun, yəni Tanrıya yaxın adamlar
üçün günah sayılar |
|
Sağlamlığı
qorumaq sağlamlıq axtarmaqdan, günahlardan qorunmaq da tövbə istəməkdən
daha asandır |
|
«Sevgililərin
yanında sevilməyənlər də xoşa gəlir» deyirsən? Bu, belədir. Sevgili
razı olandan sonra başqalarını da onunla birlikdə sevərlər |
|
Türklər
cəsur, qonaqsevər və qaynaşıq insanlardır |
|
Siz
elə öz məktubunuzu oxuyursunuz, hələ dostun məktubundan da bir şey
oxuyun |
|
Bir
gün bir qapıçı soruşdu: “Sən kimsən?” Dedim, bu bir az çətin sualdır.
Qıçına zəhmət ver, otur, kim olduğumu sənə anladım. Əvvəllər böyük
bir zat gəlib keçmişdi ha. Adı Adəm idi. Bax, mən onun oğullarındanam.
|
|
“Sultan
Tanrı kölgəsidir” deyirlər. Amma Tanrının aləmi nur içində nur,
ləzzət içində ləzzətdir. Qüdrət içində qüdrət, kərəm içində kərəmdir.
Bu gördüyünüz kölgə aləmi isə pislik, çirkinlik, fanilik və zövqsüzlük
aləmidir. O necə olur ki, Tanrı kölgəsi olur? Əgər ortada bir Şah
var və onda şahlığın mənası parlayırsa, bu, çox yaxşı bir şeydir.
Ağaca olan maraq və sevgi onun meyvəsi üçündür. Meyvəsiz ağac yandırmaqdan
başqa nəyə yarayar? |
|
Sözü
elm yolu ilə söyləyərlər, sirləri işarə yolu ilə anladarlar. |
|
Dünyada
heç çirkin yoxdur. Küfr belə çirkin deyil, Amma iman ilə qarşılaşanda
çirkin olur. |
|
Balığın
bilinən tərəfi onun suda yaşamasıdır. Əgər hər hansı bir heyvanın
sudan qaçdığını, su qorxusu ilə öldüyünü görsən, demək, o, balıq
deyil. |
|
Sarayın
baş xörəkpaylayanı şahın üstünə bir az şorba sıçradır. Şah «Bunu
asın» deyə əmr verir. Xörəkpaylayan qalan yeməyi də onun üstünə
tökür. Bu səfər şahın xoşuna gəlir və gülməyə başlayır. «Niyə belə
etdin?» deyə soruşur. Kişi «Onsuz da məni asdıracaqdınız. Amma etdiyim
xəta xırda bir şey idi. Barı daha böyük xəta edim ki, asılmağa layiq
olsun deyə belə etdim» deyir. |
|
«O,
birdir» deyirsən. Sən kimsən? Sən altı mindən daha çoxsan. Sən bir
ol! Yoxsa Onun birliyindən sənə nə? Sən yüz min zərrəsən və hər
zərrəndə bir həvəs, bir xəyal daşıyırsan. |
|
Ölüm
nəyə bənzəyir, bilirsinizmi? Təsəvvür edin ki, bir adama ağır kürəyinə
ağır bir şey yükləyirlər. Onu ya dağa dırmandırır, ya da bataqlığa
çəkirlər. Min cür zülmlə dırmanmağa çalışdığı vaxt birisi gəlib
arxasındakı çuvalın kəndirini kəsir, yükü yerə salır. Bax, o adam
birdən-birə necə yüngülləşir, yükdən necə qurtulur, canı dincəlirsə,
ölüm də insanı eləcə rahatlığa qovuşdurur. |
|
Kafirləri
o cəhətdən sevirəm ki, dostluq iddiasında bulunmazlar. Açıqca «Biz
düşmənik» deyərlər. |
|
Dünya
həm xəzinə, həm də ilandır. Adamların bir qrupu xəzinə ilə oynayır,
başqa bir qrupsa ilanla. |
|
Biri
dedi ki, mənə yemək yeməyin üsullarını öyrət. Çünki bu iş mənə çətin
gəlir. Cavab verdim: yemək elə yeyilməlidir ki, sən onu incidəsən,
amma o səni incitməyə. Elə ye ki, ağırlığını ona yükləyəsən, yoxsa
o ağırlığını sənə yükləməsin. |
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|