|   RU  |  EN  |.....


91 ŞƏMS SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. And olsun günəşə, işığına,

2. and olsun onun ardınca gələn aya,

3. and olsun günəşi ucaldan gündüzə,

4. and olsun onu örtüyə bürüyən gecəyə,

5. and olsun göyə, göyü qurana,

6. and olsun yerə, yeri yayana,

7. and olsun insana, insanı kamil yaradana,

8. insana pis əməllə taqvanı tanıtdırana,

9. uğura uğramış artıq nəfsini pak etmiş olan.

10. Ziyana uğramış artıq nəfsini saxlamayıb günaha batırmış olan.

11. Səmud qövmü azğınlığı ucbatından dandı öz peyğəmbərini.

12. İçlərindən bir zalım kəs istədi kəssin dəvəni.

13. Allahın elçisi dedi onlara: «Bu, Allahın dəvəsidir, onun su payını gözləyin.

14. Dandılar peyğəmbəri, kəsdilər dəvəni. Batdıqları günaha görə gurultulu bir əzab göndərdi, yerlə yeksan elədi onların yurd-yuvasını Rəbləri

15. bu işin axırından vahiməyə düşmədən.

<<<

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.