Rəhman
və Rəhim Allahın adıyla
1. Rəhman
2. öyrətmiş Qur'anı,
3. yaratmış insanı,
4. öyrətmiş ona nitqi,
bəyanı.
5. Bir hesaba görədir
günəşlə ayın doğmaq anı, batmaq anı.
6. Ulduzlar, ağaclar
baş əyər Ona.
7. Ucaya qaldırmış göyü.
Hər şey üçün var eləmiş tərəzini-mizanı.
8. Həddinizi aşmayın,
hər şeydə gözləyin tərəzini-mizanı.
9. hər şeyi insafla çəkin,
əskik çəkməkdən çəkinin, gözləyin tərəzini-mizanı.
10. Yeri yaradan zaman
buradakı hər canı nəzərə almış Allah.
11. Meyvələr, salxımları
sallanan xurma ağacları var burada.
12. Daddırmış canlılara
dənli bitkilərin, ətirli otların dadını.
13. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
14. Saxsı qablar sayaq
bişmiş gildən yaratmışdır insanı.
15. Və tüstüsüz bir oddan
yaratmış cin tayfasını.
16. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
17. İki şərqin, iki qərbin
[yay və qış aylarında] Rəbbidir O.
18. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
19. Şirin sulu, acı sulu
iki dəniz yaratmış, qovuşuq görünür gözə onlar.
20. Qovuşa bilmirlər
biri-birinə, maneə kəsibdir aranı.
21. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
22. Bu dənizlərdən çıxarırlar
incini və mərcanı.
23. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
24. Dənizdəki dağ əzəmətli
gəmilər Onun əmrilə atırlar addımlarını.
25. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunu adını.
26. Fanidir həyatı yer
üzündə hamının.
27. Təkcə cəlal yiyəsi,
kərəm yiyəsi Rəbbin qalandır.
28. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
29. Hər şeyi Ondan istər
göylərdə, yerdə olan kimsələr. Hər zaman iş başındadı.
30. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
31. Ey iki ağır varlıq
olan insan və cin! Sizlərə də vaxt taparıq, sizlərin də apararıq
hesabını.
32. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
33. Ey insanlar və cinlər!
Göylərlə yerin ətrafından o yana aşa bilərsizsə aşın görüm necə
aşırsız. Aşa da bilməzsiniz Allahın verdiyi bir güc olmadan.
34. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
35. Tüstüsüz od, odsuz
tüstü göndərilər üstünüzə. Görməzsiniz bir kimsənin yardımını.
36. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
37. Yarılarsa göy, qızıl
gül kimi pardaxlanarsa göy, yağ kimi əriyərsə göy, necə olar halınız?
38. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
39. Batdığı günaha görə
sorğuya tutmazlar o gün nə cini, nə insanı.
40. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
41. Yzlərindən tanınar
suçu olan kimsələr. Yapışarlar onların saçından, ayağından.
42. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
43. Suçluların dandığı
cəhənnəm budur.
44. Vurnuxarlar arasında
qaynar suyla cəhənnəm odunun.
45. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
46. İki cənnət gözləyir
Rəbbinin iki əli arasında durmaqdan qorxan adamı.
47. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
48. Növ-növ ağaclar var
hər ikisində.
49. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
50. İki bulaq axar oralarda.
51. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
52. Hər meyvədən növ-növ
yetişər hər ikisində.
53. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
54. Qalın ipəkdən biçili
yorğan-döşək içində dincələrlər. Hər iki cənnətin dəriləsi meyvələri
bir əl uzadımında.
55. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
56. Gözlərini yalnız
öz taylarına zilləyən hurilər var orada. Onlara öncədən dəyməmiş
heç nəfəsi nə cinin, nə insanın.
57. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
58. Bu hurilər andırır
yaqutu və mərcanı.
59. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
60. Yaxşılıq olmazmı
məgər mükafatı yaxşılığın, ehsanın?
61. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
62. Bunlardan savayı
daha iki cənnət də var.
63. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunu adını.
64. Yamyaşıldır hər ikisi.
65. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
66. İki fəvvarə fışqırır
oralarda.
67. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
68. Oralarda dadarlar
növ-növ meyvələrin, xurmanın, narın dadını.
69. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
70. Gözəl əxlaqlıdır,
xoş sifətlidir oraların hər qadını.
71. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
72. Qərar tutmuş bu hurilər
çadırlarında.
73. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
74. Onlara öncədən dəyməmiş
heç nəfəsi nə cinin, nə insanın.
75. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunu adını.
76. Gözəl-gözəl xalçaların
üstündə yaşıl-yaşıl yastıqlara söykənər cənnət əhli hurilərlə
yan-yana.
77. Elə isə hansı ne'mətini
danırsınız Rəbbinizin, deyin bunun adını.
78. Ucalardan ucadır
cəlal yiyəsi, kərəm yiyəsi Rəbbin sənin.
|