Rəhman
və Rəhim Allahın adıyla
1. Qureyşlilərin birliyi,
mehribançılığı naminə,
2. onların qış və yay
səfərlərində mehribançılığı naminə
3. qoy ibadət eləsinlər
bu Kə'bənin Rəbbinə,
4. ac ikən onları doyuran,
5. qorxu içində ikən
onlara arxayınlıq bəxş eləyən Rəblərinə.
|