Rəhman
və Rəhim Allahın adıyla
1. And içirəm qiyamət
gününə,
2. and içirəm peşmançılıq
çəkən cana, insan öləndən sonra diriləcəkdir.
3. İnsan eləmi güman
eləyir ki, sümüklərini bir yerə yığmağa çatmaz gücümüz?
4. Onu xırda barmaqlarına
qədər təzədən yığmağa, əlbəttə, Biz qadirik.
5. Ancaq yenə qiyaməti
danmaq istər,
6. soruşar: «Axı qiyamət
günü nə vaxt gələcək?»
7. Elə ki, qamaşdı gözlər,
8. tutuldu ay,
9. bir yerə cəm oldu
günəşlə ay,
10. o gün insan söyləyər:
«Hara qaçım görəsən?»
11. Sığınmağa bir yeri
olmaz o zaman.
12. Rəbbinin hüzurunda
durar o gün.
13. O gün əvvəldən axıra
qədər nə iş görmüşsə bildirilər insana birər-birər.
14. Görüb tanıyar insan
o gün özünü.
15. Nə qədər dil töksə
də yox faydası.
16. Sənə vəhy olunanda
Qur'an, dərhal dillənmə, dinmə.
17. Onu sənin ürəyində
cəm eləmək, onu sənə oxutdurmaq Bizim öhdəmizdədir.
18. Biz bunu охuyanda
izlə
19 Sonra bunun açımı bizim öz öhdəmizdə,
20. Siz bu ötəri
dünyanı sevirsiniz,
21. axirətlə işiniz yox.
22. Kiminin üzündən nur
yağır o gün,
23. Rəblərinə baxırlar.
24. Kiminin də üzündən
qaş-qabaq tökülür o gün.
25. Bilirlər qırılacaq
belləri.
26. Boğaza yığılanda
insanın canı
27. başının üstündəkilər
deyərlər: «Bundan ötrü çarə tapan yoxmu məgər?»
28. Və artıq yəqin eləyər
labüddür dünyadan ayrılmağı.
29. Qıçları dolaşar bir-birinə.
30. Rəbbinin hüzuruna
sürülər o gün hamı.
31. Haqqı təsdiq eləmədi,
namaz qılmadı.
32. Dandı haqqı, döndü
haqdan.
33. Sonrada qayıtdı ailəsinin
içinə özünü darta-darta.
34. Yazıqlar olsun sənə,
yazıqlar!
35. Bir də yazıqlar olsun
sənə, yazıqlar!
36. Yoxsa insan elə güman
eləyir rahat qoyacaqlar onu?
37. Axan dölün damlası
deyildimi?
38. Sonra qan laxtasına
dönmədimi, Allah onu yaradıb düzəltmədimi?
39. Ondan bir-birinin
taylarını, kişiylə qadını Allah yaratmadımı?
40. Ölüləri diriltməyə
məgər qadir deyilmi bunları edən Allah?
|