|   RU  |  EN  |.....


68 QƏLƏM SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. Nun. And olsun qələmə və yazıya,

2. Sənə Rəbbinin ne'məti verilmiş sadəcə, sən dəli deyilsən.

3. Əyərsiz-əskiksiz bir əcir gözləyir səni.

4. Sən gerçəkdən böyük bir din özülünün üstündəsən.

5. Sən də görəcəksən, onlar da görəcəklər,

6. hansınız dəlidir.

7. Şübhəsiz, Rəbbin daha yaxşı tanıyır yolundan sapmışları, daha yaxşı tanıyır doğru yolu tapmışları.

8. Sən də daha üz göstərmə haqqı danan kimsələrə.

9. İstərlər onlara yumşaq olasan və onlar da səninlə yumşaq davrana.

10. Yz göstərmə tez-tez and içən hər alçağa,

11. nöqsan gəzən, söz gəzdirən qeybətçiyə,

12. xeyir işə əngəl olan, həddi aşan suç yiyəsinə,

13. quru-qəliz və əsilsiz kimsəyə.

14. Nə qədər mal-dövlət, oğul-uşaq yiyəsi olsa belə itaət eləməyəsən beləsinə.

15. Ona ayələrimiz oxunan zaman «Bunlar öncə gəlib-getmişlərin əfsanələridir» deyər.

16. Burnuna damğa basarıq.

17. Aclığa, quraqlığa uğradarıq Biz belə dinsizləri. O bağ sahiblərini də belə bir bəlaya salmışdıq bir zaman. And içmişdilər səhərin gözü açılmamışdan bağın bütün məhsulunu tez yığalar.

18. And içəndə «Allah qoysa» deməmişdilər.

19. Onlar yuxuda ikən Rəbbinin dərgahından gələn bir bəla bürüdü bu bağı.

20. Qap-qara qaraldı bağ.

21. Səhər tezdən bir-birini səslədilər:

22. «Məhsulu yığmaq istəyirsizsə di tez olun gəlin».

23. Bağa tərəf gedə-gedə astadan deyirdilər:

24. «Bu gün gərək bir kasıbı bağa buraxmayasız».

25. Bu niyyətlə səhər ertə bağa yollandılar. Niyyətləri baş tutacaq sandılar.

26. Bağı o halında görəntək dedilər: «Şübhəsiz, yolumuzdan sapmışıq.

27. Ystəlik də hər şeydən məhrum olmuşuq».

28. İçlərindən bir yaxşısı dedi: «Sizə demədimmi anın, öyün Allahı!»

29. Dedilər: «Ucalardan ucadır Rəbbimiz. Biz özümüz özümüzə zülm eləmişik».

30. Qınamağa başladılar bir-birini.

31. Dedilər: «Yazıqlar olsun bizə. Azğınlarıq, şübhəsiz.

32. Bəlkə bundan yaxşısını verə bizə Rəbbimiz. Biz artıq hər şeyi Rəbbimizdən umarıq».

33. Beləydi onlara verilən əzab. Axirət əzabısa daha böyükdür. Bunu bilsəydilər.

34. Ne'mət cənnətləri gözləyir müttəqiləri Rəbblərinin dərgahında.

35. Özlərini Allaha təslim edən kimsələrlə suçluları Biz heç tay tutarıqmı?

36. Axı nə olmuş sizə, nəyə görə belə düşünürsünüz?

37. Yoxsa sizə bir kitab nazil olmuş və hər şeyi bu kitabdan öyrənirsiniz?

38. Və seçdiyinizi oradan seçirsiniz?

39. Yoxsa qiyamət gününə qədər bizimlə əhdləşmisiz ki, taleyiniz düşündüyünüz kimi də olacaq?

40. Onlardan soruş gör hansı birisi bu işi öhdəsinə götürmüş?

41. Yoxsa ki, yanlarında Allahın şərikləri var? Varsa, onlar da doğru sözlü, düz əməlli kimsələrdirlərsə, gətirsinlər bu şərikləri.

42. O gün aradan pərdələr götürülər, hamını səcdəyə çağırarlar. Kafirlərin heyi olmaz əyilələr.

43. Fağır-fağır zillənər aşağı zillət bürümüş gözləri. Dünya həyatında da onları səcdəyə çağırardılar. O vaxt sağlam idilər.

44. Burax Mənim öhdəmə bu Qur'anı dananları. Özləri də duymadan bir-bir götürərik onları Biz aradan.

45. Möhlət verirəm onlara. Mən işimi möhkəm tutanam.

46. Yoxsa onlardan bir əcirmi umursan və ağır bir borc altında qalmış onlar?

47. Yoxsa qeybin bilgisinə onlarmı yiyə çıxmış, onlarmı yazırlar o ilahi yazını.

48. Rəbbin Öz hökmünü verənə qədər səbr elə! Balıq sahibi Yunusa oxşamayasan. Dərd əlindən səsləmişdi Rəbbini.

49. Rəbbinin dərgahından rəhmət yetməsəydi ona, qınanmış bir kimsə tək Yunusu səhraya atardılar.

50. Rəbbi suçundan keçdi onun, yaxşılardan elədi, peyğəmbər seçdi onu.

51. Qur'an eşidən zaman sənə baxarlar və baxışlarıyla az qalırlar səni vurub yıxalar. Deyirlər, o heç şübhəsiz dəlidir.

52. Qur'ansa bir öyüddür, aləmlərdən ötrüdür.

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.