|   RU  |  EN  |.....


101 QARİA SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. Ürəkləri döyündürən gün!

2. Nədir ürəkləri döyündürən gün?

3. Nə biləsən nədir ürəkləri döyündürən gün?

4. O gün ətrafa səpələnib qaynaşan pərvanələrə bənzəyər insanlar.

5. O gün didilmiş yun kimi olar dağlar.

6. Ağır çəkili kimsələr

7. razı qalacaqları bir ömrə qovuşarlar.

8. Yüngül çəkili kimsələrsə

9. uçuruma düşərlər.

10. Nə biləsən o nə uçurumdur elə?

11. Yanar bir oddur o uçurum!

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.