04
iyul 2011, 17:10
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 1-ci bəndinə əsasən qərara alır:
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, №
16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998-ci il,
№ 1, maddə 16; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə
328, № 12, maddə 692; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, №
8, maddə 684; 2009-cu il, № 5, maddə 314, № 7, maddələr 512, 517;
2011-ci il, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
“Maddə 4-1. Peşəkar dini fəaliyyət
və din xadimi
4-1.1. Peşəkar dini fəaliyyət
dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə,
dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin)
oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş
fəaliyyətdir.
4-1.2.Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali
və orta ixtisas təhsilli şəxsdir.”.
2. 5-ci maddənin altıncı hissəsində “din xadimi kimi” sözləri
“peşəkar dini” sözləri ilə əvəz edilsin.
3. 6-cı maddədə:
3.1. dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılsın;
3.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları
öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə
uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı
ilə yaradılır.”.
4. 7-ci maddədə:
4.1. birinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar,
onların birlikləri dini qurumlardır.”;
4.2. ikinci hissə çıxarılsın;
4.3. üçüncü hissə ikinci hissə hesab edilsin və həmin hissədən
“(əsasnamələrinə)” sözü çıxarılsın;
4.4. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları
Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat
təqdim edirlər.”.
5. 8-ci maddədə:
5.1. birinci hissədə “ibadət” sözündən sonra “etmək” sözü, “dindar”
sözündən əvvəl “yetkinlik yaşına çatmış” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“İslam dini icmaları məscidlərdə Azərbaycan Respublikasının vətəndaşları
tərəfindən yaradılır.”.
6. 9-cu maddənin dördüncü hissəsində “, ziyarətgahlar, dini təhsil
müəssisələri və dini qardaşlıqlar” sözləri “və dini təhsil müəssisələri”
sözləri ilə əvəz edilsin, həmin hissədən “(əsasnamələrində)” sözü
çıxarılsın.
7. 11-ci maddənin adından “(əsasnamələri)” sözü, birinci, ikinci
və yeddinci hissələrindən “(əsasnaməsi)” sözü, üçüncü hissəsinin
birinci abzasından “(əsasnaməsində)” sözü, üçüncü hissəsinin 7-ci
bəndindən “(əsasnaməsinə)” sözü, beşinci hissəsindən “(əsasnamədə)”
sözü çıxarılsın.
8. 12-ci maddədə:
8.1. birinci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim
olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində
həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi
təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.”;
8.2. ikinci hissədə:
8.2.1. birinci cümlədə “on nəfər yetkin yaşlı şəxs” sözləri “əlli
nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli
nümayəndələri” sözləri ilə əvəz edilsin, “(əsasnaməsi)” sözü çıxarılsın;
8.2.2. ikinci cümlədə “həmin dinin və” sözləri “dini” sözü ilə,
üçüncü cümlədə “15” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;
8.3. üçüncü hissədən “, dini qardaşlıqların” sözləri və “(əsasnamə)”
sözü çıxarılsın;
8.4. beşinci hissədə “20 gün müddətində” sözlərindən sonra “dini
mərkəz və idarələrin vasitəsi ilə” sözləri, “təqdim etməlidir”
sözlərindən əvvəl “həmin qaydada” sözləri əlavə edilsin;
8.5. altıncı hissənin üçüncü bəndindən “(əsasnamə)” sözü çıxarılsın.
9. 12-1-ci maddədə:
9.1. birinci hissənin 1-ci bəndindən “(əsasnamə)” sözü çıxarılsın;
9.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci
hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini
icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın
ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının
qarşısında vəsatət qaldırırlar.”.
10. 16-cı maddədə:
10.1. birinci hissədə “dövlət təşkilatlarının” sözləri “dövlətin”
sözü ilə əvəz edilsin;
10.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
“Dövlət mülkiyyətində olan dini təyinatlı binalar və digər əmlak
dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.”.
10.3. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
“Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikasının
Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edirlər.”.
11. 17-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Dövlət mülkiyyətində olan dini tarx və mədəniyyət abidələrinin
özəlləşdirilməsinə və Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına daxil edilmiş dini təyinatlı mədəniyyət
sərvətlərinin mülki dövriyyədə olmasına yol verilmir.”.
12. 18-ci maddənin beşinci hissəsi yeddinci hissə hesab edilsin
və maddəyə aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə
edilsin:
“Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tələbləri
nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hüquqi
şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayırmaları
hesabına yaranır.
Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərəfindən
maliyyə yardımı göstərilə bilər.”.
13. 19-cu maddədən “(əsasnamələrinə)” sözü çıxarılsın.
14. 20-ci maddənin birinci hissəsində “Dövlət təşkilatının” sözləri
“Dövlətin” sözü ilə əvəz edilsin, ikinci hissəsindən “(əsasnaməsinə)”
sözü çıxarılsın.
15. 23-cü maddənin mətnində “ictimai fondlar vasitəsi ilə və ya
digər formada” sözləri “təsis etdiyi fondlar, o cümlədən ictimai
fondlar vasitəsi ilə xeyriyyəçilik və” sözləri ilə əvəz edilsin.
16. 24-cü maddənin ikinci hissəsində “orqanın razılığı ilə” sözləri
“orqanı ilə razılaşdırılmaqla” sözləri ilə əvəz edilsin, həmin
hissədən “, qəbulu” sözü çıxarılsın.
17. 25-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.”.
18. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 27. Dini qurumların işçilərinin
sosial sığortası və pensiya təminatı
Dini qurumların işçilərinin sosial
sığortası “sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu, pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.”.
19. 29-cu maddənin üçüncü abzasında “anlaşmanın və bir-birinə
dözüm və hörmətin” sözləri “hörmət, anlaşma və dözümlülük mühitinin”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il.
|