|
NƏRİMAN QASIMOĞLU NYU-YORKDA GÖRÜŞLƏR KEÇİRİR
|
Açıq
Cəmiyyət İnstitutu - Soros Fondunun təşəbbüsü və maliyyə dəstəyi
ilə Nyu-Yorkda Din və Demokratiya Mərkəzinin sədri, ilahiyatçı
alim Nəriman Qasımoğlu ilə görüş təşkil edilib. Görüşdə Nyu-Yorkun
tanınmış alimləri, əlaqədar sahələr üzrə mütəxəssislər iştirak
ediblər. N. Qasımoğlu «Keçmiş Sovet İttifaqının müsəlman ölkələrində
islam dini və dövlət: cari problemlər və modellər» mövzusunda
məruzə edib. Pinoniaao iönyeiai öeeyeyrində dini proseslərin bir
sıra parametrlərə görə müsəlman əksəriyyətli digər dövlətlərdən
(Türkiyə, Pakistan, ərəb ölkələri və s.) fərqlərini açıqlayan
məruzəçi ikincilərdə islamın institutlaşdırırlmasının çox qədim
tarixi köklərinin olduğunu deyib. Azərbaycan və Orta Asiyada dini
situasiyadan danışan natiq bu ölkələrdə din işlərini tənzimləməyin
mürəkkəbliyindən danışıb: «Bir tərəfdən dünyəvi dövlət quruluşu
vətəndaşların vicdan azadlığına qarışmamağı tələb edir, digər
tərəfdən əhalinin dini düşüncəsi faktorunun ölkədəki ictimai-siyasi
situasiyaya təsirinin real perspektivlərinin dərk edilməsi rəsmi
dairələri məcbur edir ki, dini situasiya üzərində nəzarəti bu
və ya digər formada həyata keçirsinlər ki, deyilənlər sonucda
dünyəvi dövlət quruluşunun sütunlarını sarsıtmasın».
Sonra müzakirələr keçirilib. Yaxın vaxtlarda ilahiyyatçı alimin
Vaşinqtonun bir neçə elmi mərkəzəində də belə çıxışları gözlənilir.
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|