Rəhman
və Rəhim Allahın adıyla
1. Öz qövmünə göndərdik
Nuhu elçi olaraq. Nə qədər ki, ağrılı bir əzab gəlib çıxmamış,
qövmünə xəbərdarlıq elə söylədik ona.
2. Dedi: «Ey qövmüm,
mən sizə göndərilmiş bir elçiyəm, olacağı açıqca xəbər verəcəm.
3. Təkcə Allaha ibadət
eləyin, qorxun Ondan. Və mənə də itaətdə olun
4. keçsin suçlarınızdan,
yazılı bir əcələ qədər möhlət versin sizə O. Allahın tə'yin elədiyi
əcəl göldimi, tə'xirə salınan deyil. Bunu bilsəydiniz».
5. Dedi: «Rəbbim! haqq
yoluna çağırdım gecə-gündüz qövmümü.
6. Çağırdıqca imandan
qaçardılar.
7. Suçlarından keçəsən
deyə hər dəfə haqq yoluna çağıranda onları, barmaqlarını qulaqlarına
tıxadılar, paltarlarını başlarına çəkdilər, inadlarından dönmədilər,
artdı təkəbbürləri.
8. Sonra haqq yoluna
onları səslədim ucadan.
9. Və açıqda da, gizlində
də haqqı təlqin elədim.
10. Dedim: «Rəbbinizdən
məğfirət diləyin, günahlardan keçəndir O.
11. Göydən sizə bol yağmur
yağdırar,
12. mal-dövlət, oğul-uşaq
verərək sizə yardım eləyər, sizə bağ-bağat yaradar, çaylar axıdar.
13. Axı nə olmuş sizə,
nəyə görə yaraşdırmaq istəmirsiz böyüklüyü Allaha.
14. Bir şəkildən başqa
şəklə sala-sala sizi O yaratmış axı.
15. Məgər görməzmisiniz,
yeddi göyü bir-birinin üstündə necə yaratmış Allah?
16. Aya aydınlıq, günəşə
də işıq vermiş bu geylərin içində.
17. Torpaqdan yaratmış,
bitki tək bitirmiş sizi Allah.
18. Yenə torpağa qaytarar,
yenə də oradan çıxarar sizi.
19. Yer üzünü sizinçün
döşəmiş Allah.
20. Döşəmiş ki, üstündəki
geniş-geniş yollar ilə gedəsiz».
21. Nuh dedi: «Rəbbim!
Əleyhimə çıxmışlar. Mal-dövləti, oğul-uşağı yalnız zərərini artıran
bir kimsəyə uymuşlar.
22. Əleyhimə bir-birindən
böyük hiylələr qurmuşlar.
23. Camaata demişlər:
«Tanrılarınızı nəbadə tərk eləyəsiz. Vadd, Suva, Yəğus, Yəuq və
Nəsr bütlərinə ibadətdən qalmayın».
24. Bir çoxunu beləcə
azdırmışlar yolundan. Sən də bu zalımların artır sapqınlığını».
25. Günahları üzündən
sulara qərq oldular. Sonra da onları od içinə saldılar. Allahsız
qaldılar deyə bir kimsə də tapılmadı onlara yardım eləyə.
26. Nuh dedi: «Rəbbim!
Kafirlərdən bir kəsi də yer üzündə qoyma qala.
27. Sağ buraxsan onları,
azdırarlar yolundan bəndələrini, ya da artırarlar sayını əxlaqsız
kafirlərin.
28. Rəbbim! Atamı, anamı,
evimə mö'min olaraq girən kimsəni, mö'min kişilərlə qadınları
bağışla. Zalımları məhv elə!»
|