Xəbər
mənasındakı «nəbə» kökündən törəmiş bir sifət olub, xəbər gətirən
deməkdir (cəmi ənbiya, nəbiyyun). Dilimizdəki «peyğəmbər» sözü
farscadan alınıb və bu sözün qarşılığıdır. «Nəbi» sözü tək və
cəm şəkildə Quranda 75 yerdə keçir. Nübüvvət (peyğəmbərlik), yəni
Yaradıcı ilə insan arasındakı xəbər rabitəsi ilahi aktivitələrdən
biridir. Nübüvvətin biri ümumi, biri özəl olmaqla iki çərçivəsi
var.
Ümumi çərçivə Allahın, yüksək planların insanla dialoqudur ki,
bu, davamlıdır. Bu mənada Allah-insan xəbərləşməsinin bitməsindən
danışmaq olmaz. Bu cür xəbərləşmənin Allahdan insana uzanmasına
ilham, insandan Allaha uzanmasına dua deyilir. Yəni nübüvvətin
yuxarıdan aşağı şəkli vəhy və ilham, aşağıdan yuxarıya işləməsi
isə dua və niyaz olmaqdadır. İbn Ərəbi «Fütuhat»ında nübüvvəti
ilahi sifat və fəaliyyətlərdən biri olaraq qeyd edəndən sonra
onu Allahın Səmi (eşidən, dinləyən) adının bir təcəllisi olaraq
göstərir. İbn Ərəbiyə görə, insanın mənliyində duyduğu bütün bütün
ilhami-ilahi eriş və duymalar ümumi anlamdakı nübüvvətin içindədir.
BUNA GÖRƏ BÜTÜN YARADICI, SONSUZU YAXALAYICI FƏALİYYƏTLƏR (ESTETİK,
FİKRİ, ELMİ) ÜMUMİ MƏNADA NƏBƏVİ FƏALİYYƏTLƏRDİR. İbn Ərəbi əsərinin
başqa bir yerində bu mövzunu işləyəndə belə deyir: «Ümumi anlamda
nübüvvətdə vaxt məhdudiyyəti yoxdur. Hər dövrdə bunun təmsilçiləri
var».
Özəl anlamda nübüvvət
qurumsal peyğəmbərlikdir ki, birincisinin əksinə bu fəaliyyət
sistem gətirici və hər kəsi bağlayıcıdır. Bitdiyindən söz edilən
nübüvvət budur. Bu anlamda nübüvvət ilhama dayalı biliklərdən
fərqli olaraq bağlayıcı və ümumi biliklər gətirir və bu biliklərin
elə və ya belə yanlış anlaşılması halında bir düzəltmə mexanizmini
işlədərək yanlışları təshih edir. Bu üzdən ümumi nübüvvət qurumu
insanın realitəyi qavraması baxımından qaçılmazdır. Fransız alimi
Paskal (öl,1662) «Mənə İbrahimin, İsmayılın, Yaqubun tanıtdığı
Allah lazımdır, filosofların tanıtdığı Allah deyil» deyəndə bu
sirrə işarə edir.
Bir cəhət də var ki,
ümumi nübüvvətdə nəbilər tanıtdıqları Allah və həyat gerçəyini
özləri yaşayıb yaşadaraq insanlığa canlı model olurlar. Filosof
və alimdə bu yoxdur. Yəni nəbinin tanıtdığı Allah teizmin Allahıdır,
həyatın içinə, insanın var olma yoluna bizzat girər. Filosof və
alimin Tanrısı isə deizmin ilahıdır ki, varlıq və oluşa başlanğıcda
bir hərəkət vermiş olsa da, insanı uzaqdan seyr etməklə kifayətlənir,
həyatın, müddətin içinə soxulmaz.
Və deizmin Tanrısı insanın
həsrətinə əsla cavab olmamış, insanın susuzluğunu əsla aradan
qaldırmamışdır. Bu susuzluq parça bilgilər verən ümumi çərçivəli-ilhami
biliklərlə də tam olaraq dindiriləmməz. Doydurucu çözüm ümumi
və total biliklərlə kompozisiyanı əskiksiz bir yapıya çatdıracaq
olan qurumsal nübüvvətlə mümkün olur. Bu da ortaya din gerçəyini
çıxarır.
Realitə mozaikasının
tam şəklini alması nübüvvətin son təmsilçisi hz.Məhəmmədin mesacı
ilə olub. Öncəki peyğəmbərlərin hərəsi bu mozaikanın bir parçasını
gətirib. Hz. Məhəmməd isə həm özünə aid parçanı mozaikaya qoyub,
həm də kompozisiyanın son şəklini alması üçün lazım gələni edib.
İbn Ərəbi məşhur «Füsus»unda
Məhəmməd peyğəmbəri kompozisiyanın son şəklini verən nəbi olaraq
qeyd edir.
«Nəbi» sözünün keçdiyi
ayələri incələyəndə bu Tanrı elçiləri ilə bağlı aşağıdakı təməl
özəlliklərə şahid oluruq: Bir çox nəbi səbr və qeyrətlə xidmət
edən bir kadrı yanında tapıb. Heç bir nəbi hiylə, aldatma və pisliyə
tənəzzül etməz və bulaşmaz. Hər nəbinin insanların və cinlərin
pislərindən düşmənləri olub. Hər nəbinin xitab etdiyi cəmiyyət
çətinlik və bolluqla imtahan edilib. Hz. Məhəmməd nəbilərin sonuncusudur
və onun gələcəyi daha əvvəlki müqəddəs kitablarda xəbər verilib.
Hz. Məhəmməd ümmi bir nəbidir. Bir nəbi yaxın qohumları da olsa,
bütpərəstlər üçün Allahdan əfv diləyə bilməz. Hər nəbinin aldığı
vəhy şeytan tərəfindən bulandırılıb, fəqət Allah ardından yeni
bir vəhylə durumu düzəldib. Hər nəbiyə xitab etdiyi cəmiyyətin
pis ruhluları müsəllət olublar. Bir nəbi olaraq hz.Məhəmməd ona
inananları özündən daha çox sevər və düşünərdi. O, insanlara bir
şahid, bir mücdəçi və xəbərdaredici olaraq göndərilib. Allah və
mələklər son nəbi hz.Məhəmmədə salat və salam edərlər. Hər nəbi
xitab etdiyi cəmiyyət tərəfindən boykot edilib. Ümmət fərdlərinin
səslərini nəbinin səsindən yüksək tutaraq danışmamaları gərəkdir.
Nəbilər arasında fərdi-ruhani üstünlük fərqi olmaqla birlikdə
qurumsal heç bir fərq yoxdur.
|