Rəhman
və Rəhim Allahın adıyla
1. Vay halına ölçüdə,
çəkidə aldadan kimsələrin!
2. O kimsələrin ki, başqalarından
bir şeyi alan zaman ölçüb, çəkib tam alarlar,
3. özlərisə bir şeyi
satan zaman ölçüdə, çəkidə aldadarlar.
4. Məgər bilməzmidirlər
diriləcəklər
5. o böyük gün gələndə.
6. Qəbirlərdən qalxaraq
aləmlərin Rəbbinin hüzuruna axışar insanlar o gün.
7. Siccinin [«siccin»
şeytanların və kafirlərin əməlləri yazılan bir kitab] içindədir,
şübhəsiz, pis əməlli kimsələrin əməl dəftəri.
8. Nə biləsən, siccin
nədir?
9. Rəqəmli bir yazıdır.
10. O gün vay halına
haqqı danan kimsələrin!
11. O kimsələrin ki,
danırlar haqq-hesab gününü.
12. Həddini aşan suç
yiyəsindən savayı kimsə danmaz o günü.
13. Ayələrimiz ona oxunan
zaman «Öncəki nəsillərin əfsanələridir bunlar» deyər.
14. Xeyr, elə deyil!
Qazandığı günahlardan pas atmış kafirlərin ürəyi.
15. Əlbəttə, o
gün Rəblərinin rəhmətindən ayrı düşəcəklər,
16. sonra cəhənnəmə vasil
olacaqlar.
17. Və sonra da deyiləcək
onlara: «Dandığınız şey budur».
18. İlliyyunun [«illiyyun»
mələklərin, mö'minlərin əməlləri yazılan kitab] içindədir, şübhəsiz,
düz əməlli kimsələrin əməl dəftəri.
19. Nə biləsən illiyyun
nədir?
20. Rəqəmli bir yazıdır.
21. Allaha yaxın olan
mələklər yalnız görə bilərlər həmin kitabı.
22. Şübhəsiz, naz-ne'mət
içindədir düz əməlli kimsələr.
23. Söykənərək taxtlara
ətrafa baxarlar.
24. Yzlərindəki aldıqları
ne`mətlərdən razılıq işartısı tanışdır sənə.
25. Ağzı bağlı qablarda
gətirilən saf şərabdan içizdirərlər onlara.
26. İçib qurtarana yaxın
müşk qoxusu gələr o içkidən. Bunlara çatmaq üçün çalışsın, çarpışsın
hamı.
27. Təsnim suyu qatarlar
o içkiyə.
28. Bu bir bulaqdır,
suyundan Allaha yaxın kimsələr içərlər.
29. İman gətirənlərə
gülərdi suç yiyələri.
30. Mö'minlərin yanlarından
ötəndə bir-birinə göz vurardılar.
31. Bundan zövq alardılar,
öz əhlinin yanına kefləri saz dönərdilər.
32. Mö'minləri görən
zaman «Bunlar sapmışlardır» deyərdilər.
33. Gözətçi göndərməmişlər
mö'minlərə onları.
34. Bu gün də mö'minlər
gülərlər kafirlərə,
35. taxtlara söykənərək
baxarlar onların halına.
36. Gördükləri işlərə
əvəz olaraq nə oldu, axır aldılarmı kafirlər cəzalarını?
|