1.Ağacların,
meşələrin və yaşıllıqların qorunması
1.1.Quranda ağac
Ətraf mühiti
qorumağın ən mühüm mövzularından biri də, heç şübhəsiz, ağacların,
meşələrin, yaşıl sahələrin və bu cür yerlərdə yaşayan hər cür
canlı növünün mühafizə edilməsidir. Bu sahələrin qorunması ilə
bağlı həm əxlaqi, həm də hüquqi prinsiplər diqqətimizi çəkməkdədir.
Qurana nəzər saldığımız zaman orada «ağac» sözünün müxtəlif şəkillərdə
işləndiyi görünür. Quranda birbaşa verilən «ağac əkin» deyə əmr
yoxdur. Bununla bərabər ağac, bağ və bağçalardan o qədər çox və
axıcı bir üslubda bəhs olunur ki, hər bir diqqətli Quran oxucusunda
buna maraq yaranır. «Ağac» sözünə Quranda 26 dəfə rastlanır, bağ
və bağça mənasındakı cənnət sözü isə 146 dəfə işlənir. «Sizə göydən
su göndərən Odur. Hər növ bitki bitirdik Biz bu su ilə. Hər bitkidən
bir yaşıl çıxardıq, hər yaşıldan bir-birinin üstünə minmiş dənələr.
Bir-birinə bənzəyən və bənzəməyən meyvələri - xurma ağaclarının
düyümlərindən sallanan salxımlar, üzüm bağları, zeytun və nar
yetişdirdik. Bar verib yetişən zaman nəzər salın hər birinin meyvəsinə.
Bunlarda, şübhəsiz, iman gətirənlər üçün çoxlu-çoxlu dəlil var»
(Ənam 99).
“Bolluca yağış tökdük,
bitkilərlə dəlik-dəlik elədik yer üzünü. Bitirdik orada dənli
bitkiləri, üzümlükləri, yoncalıqları, zeytun, xurma bağlarını,
sıx ağaclı bağ-bağatı, növbənöv meyvələri, otları. Sizin dolanmağınız
üçündür, mal-qaranız üçündür bunların hamısı (Abəsə 25-32)
“Və bu suyla sizdən ötrü
əkin yerləri, zeytunluqlar, xurmalıqlar, üzümlüklər və hər cür
meyvə ağacları yetirər O. Bunlarda, şübhəsiz, ayələr var düşünən
kəslər üçün” (Nəxl 11).
Yenə
də digər bir yerdə Quran təbiətdəki müvazinətə diqqət çəkərək
ictimai həyatda da müvazinətə, haqq və hüquqa diqqət etməyimizin
zəruri olduğu nəticəsini çıxarmaqdadır. Yəni haqq, hüquq və qarşılıqlı
müvazinət saxlamaq uyğunlaşmaq məcburiyyətində olduğumuz bəşəri
qaydalardandır. «Bir hesaba görədir günəşlə ayın doğmaq anı, atmaq
anı. Ulduzlar, ağaclar baş əyər Ona. Ucaya qaldırmış göyü. Hər
şey üçün var eləmiş tərəzini-mizanı. Həddinizi aşmayın, hər şeydə
gözləyin tərəzini-mizanı. Hər şeyi insafla çəkin, əskik çəkməkdən
çəkinin, gözləyin tərəzini-mizanı» (Rəhman 5-9).
İslami
anlayışın Allahın yaratdığı və öz varlığının ayələri kimi bildirdiyi
ekoloci müvazinətləri, təbiətdəki nizam, intizam və qayda-qanunları
pozan, təxrib edən bir xəlifəlik sistemini təsdiq etmədiyi aydındır.
Birinci xəlifə həzrət Əbubəkrin Mite müharibəsinə yolladığı əsgərə
verdiyi xüsusilə aşağıdakı məqam izim mövzumuz üçün diqqət çəkəndir:
«Xurma və digər meyvə ağaclarını, qoyun, keçi və başqa heyvanları
yemək xaricində başqa bir məqsədlə kəsməyin, tələf etməyin».
İnsan Allahın yer üzündə
xəlifəsidir. «Xəlifə» vəkil deməkdir. Allah insan üçün yer üzündə
məsuliyyət qoyub. Yer üzündəki müvazinət ona tapşırılıb, əmanətə
xəyanət edə bilməz.
2. Heyvanların
qorunması
Ətraf mühitlə əlaqədar
olan mühüm bir mövzu da ev heyvanlarına yaxşı münasibət və onları
qorumaq məsələsidir. aha doğrusu, şəfqət və mərhəmətimizi onlara
da şamil etməkdir. Günümüzdə artıq bir sıra heyvanların kökü kəsilməkdədir.
Bəzi heyvanlar isə küçələrdə ac-yalavac dolanmaqdadır. Bunlar
bizim islami dəyərlərə laqeydliyimizdən irəli gəlir. Çünki islam
təkcə insan-insan, insan-cəmiyyət əlaqələrini deyil, insan-ətraf
mühit əlaqələrinə aid olan əsas dəyərləri də müəyyənləşdirib.
2.1. Quranda
heyvanlar
Qurana baxdığımız zaman
ekoloci sistemin mühüm üzvlərindən biri olan heyvanlara verilən
əhəmiyyət həmən fərq edilir. ranın bəzi surələrinin də müxtəlif
heyvan adları ilə adlandırılıması müşahidə edilir: Baqara (inək),
Nəhl (bal arısı), Ənkəbut (hörümçək), Nəml (qarışqa). Quranın
heyvanlarla bağlı digər diqqət çəkici cəhəti heyvanların da ümmət
olduğunu bildirməsidir. «Yerdə qaçan heyvanlar, göydə qanad çalıb
uçan quşlar da sizlər kimi canlıların icmalarıdır. Kitabda heç
bir şeyin üstündən Biz ötməmişik. Sonra onlar da dönər Rəblərinin
dərgahına» (Ənam 38).
Quran bununla birlikdə
heyvanları Yaradıcının sənətindəki məharəti və üstünlüyü ifadə
edən bir sənət əsəri kimi də təqdim etməkdədir: «Heyvanlarda da
ibrətamiz şeylər vardır sizin üçün. Qarınlarından, mə'də-bağırsaqdakılarla
qan arasından çıxardığımız xalis süd [yə'ni nə yarımçıq həzm edilən
qida, nə də qan iyi, tamı verən maye] içənlərin boğazından asan
keçən südü içirdirik sizə» (Nəhl 66).
«Bir baxıb görələr dəvə
necə yaranmış, görələr göy necə ucaldılmış, görələr dağlar necə
yerə dikilmiş, görələr yer necə döşənmiş. Andırsana bunları insanlara,
inandırmaqdır sənin borcun onları» (Ğaşiyə 17-21).
3. İslam tarixindən bəzi nümunələr
Qərb səyyahlarının müsəlmanların
təbiətlə və canlılarla bir sülh şəraitində yaşamaları ilə əlaqədar
aşağıdakı təsbitləri diqqət çəkicidir. 17-ci əsrdə Osmanlı ölkəsini
gəzmiş olan fransız vəkil Quer xəstələnən pişiklər və itlər üçün
Şamda bir xəstəxananın olduğunu söyləmişdir. Şamdakı heyvan vəqfləri
ilə bağlı prof. Sibai isə aşağıdakı məlumatları verir: «Əski vəqf
ənənəsində xəstə heyvanların müalicə edilməsi və otarılması üçün
yerlər vardı. Yaşıl Mera bir zamanlar iş qabiliyyətini itirdiyindən
sahibləri tərəfindən baxılmayan heyvanların otarılması üçün bir
sahə idi. Bu heyvanlar ölüncəyə qədər orada otarılırdı. Şam vəqfləri
arasında heyvanların yeyib yatdığı və gəzindiyi yerlər də vardı.
Belə ki, hər gün yeyəcəklərini tapmaqda heç bir çətinlik çəkməyən
yüzlərlə pişik buranın inventarı vəziyyətində idi. Quşların
müsəlmanların həyatında ayrı yeri var. Quşlara olan sevgi müxtəlif
şəkildə meydana çıxıb. Quş haqlarını qorumaq, onlara yeyəcək təmin
etmək, müalicələri üçün xəstəxana tikmək, bəzi növlərini əhliləşdirib
qəfəsdə saxlamaq, bəzilərini isə qəfəsdən azad etmək kimi. Məşhur
fransız şairi Lamartinin qeydləri: «Müsəlmanlar canlı və cansız
məxluqatın hamısı ilə yaxşı keçinirlər. Ağaclara, quşlara, itlərə,
bir sözlə, Allahın yaratdığı hər şeyə hörmət edirlər. Bütün küçələrdə
məhəllə itləri üçün müəyyən vaxtlarda qablarda su qoyulur. Bəzi
müsəlmanlar ömürləri boyu bəslədikləri göyərçinlər üçün ölməmişdən
əvvəl vəqflər quraraq özlərindən sonra da bu heyvanlara yem səpilməsini
təmin edirlər».
4. Dünyanın qaynaqlarını
israf etməmək
İslamın ətraf mühitlə
bağlı bir prinsipi də israfçılığı yasaqlamasıdır. Quranda «Şübhəsiz,
Biz hər şeyi bir ölçüyə görə yaratmışıq» buyrulur. Bu ölçünü nəzərə
almaq və onu pozmamaq insanların vəzifələri sırasındadır. Ekologiya
elmi də göstərir ki, kainat çox həssas ekoloci sistemlərə malikdir.
Ona görə müsəlman bu təbii müvazinəti poza və ya onun pozulmasına
tamaşaçı ola bilməz.
|