Rəhman
və Rəhim Allahın adıyla
1. O gələcək əzab barədə
sual vermiş birisi.
2. Kafirlərə nəsib olar
o əzab. Bir kimsə tapılmaz ki, o əzabı dəf eləyə.
3. Allahın, ali pillələrin
yiyəsinin dərgahından göndərilər o əzab.
4. Əlli min il sürən
bir gündə Allahın hüzuruna qalxar o pillələrlə mələklər və Cəbrail.
5. Yaxşı-yaxşı səbr elə.
6. Kafirlər əzabı çox
uzaqda görürlər.
7. Biz isə əzabı lap
yaxında görürük.
8. O gün gümüştək əriyər
göy,
9. didilmiş yun kimi
olar dağlar.
10. Dost dostun hayına
qalmaz,
11. bir-birinin üzünə
baxıb qalar dostlar o gün. Əzabdan qurtula deyə suç yiyəsi hazırdır
qurban verə oğul-uşağını,
12. arvadını, qardaşını,
13. ona yaxınlarda yer
vermiş olan qohumlarını.
14. Yer üzündə kim varsa
hamını fəda eləyər özünün nicatı üçün.
15. Cəhənnəm odundan
heç nə xilas etməz onu.
16. Dərisini, ətini bişirib
qoparar bu od.
17. Çağırar, çəkər özünə
cəhənnəm haqqa arxa çevirən, haqdan üz döndərən kimsəni,
18. bir kəsin haqqını
vermədən sərvət yığan kimsəni.
19. Qorxaq yaranmışdır
insan binadan.
20. Bir şərə tuş gəldimi,
dərhal düşər həşirə.
21. Bir xeyir qazandımı
verməz heç kəsin payını.
22. Belələrinə aid deyil
namaz qılanlar,
23. namazına ara verməyənlər,
24. mallarından mə'lum
qədər pay ayırıb
25. kasıba, ehtiyacı
olana verənlər,
26. haqq-hesab çəkilən
günün gələcəyini təsdiq eləyənlər,
27. Rəblərinin əzabından
qorxanlar.
28. Şübhəsiz, Rəblərinin
əzabına uğramayacaqlarına onlar əmin deyillər.
29. O kəslər ki, məhrəm
yerlərini qoruyurlar hamıdan
30. və yalnız zövcələrindən,
cariyələrindən qorumurlar, qınamazlar onları.
31. Qoyulan bu yasaqları
pozmaq istəyənlər hədlərini aşanlardır sadəcə.
32. O kəslər ki, saxlayarlar
aldıqları əmanətləri, yerinə yetirərlər verdikləri əhdləri,
33. o kəslər ki, şahidliyi
gərəyincə edərlər,
34. o kəslər ki, ötürməzlər
namazı,
35. cənnətlər içində
möhtərəm kimsələrdən sanılar onlar.
36. Kafirlərə nə gəlib
ki, sənə doğru qoşurlar –
37. dəstə-dəstə sağından
və solundan.
38. Ne'mət cənnətinə
girməyimi umur səndən hər biri?
39. Xeyr, bu deyil istəkləri.
Biz onları özləri də bildiyi bir şeydən yaratmışıq.
40. Məşriqlərin, məğriblərin
Rəbbinə and içirəm, Biz qadirik
41. onların yerinə daha
yaxşı kimsələri gətirək. Bir kimsə də çıxa bilməz qarşımıza bu
işdə.
42. Nə qədər ki, və'd
edilən o günə qovuşmayıblar, qoy başları qarışsın oyunlarına.
43. O gün qəbirlərdən
tez-tələsik çıxarlar. Əzabı görməyə tələsər sanki onlar.
44. Zillət bürümüş gözlərini
zilləyərlər aşağı. Onlara və'd verilən gün budur!
|