Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun örtüyülə
hər şeyi bürüyən gecəyə,
2. and olsun görünən
gündüzə,
3. and olsun erkəyi,
dişini yaradana,
4. ayrı-ayrı şeylərə
sizlər can atırsınız.
5. O kəs ki, vermiş Allahın
haqqını, qorxmuş Allahdan,
6. təsdiq eləmiş ən gözəl
sözləri [«Allahdan başqa tanrı yoxdur»],
7. yüngülü yüngülləşdirərik
onun üçün [cənnətə gedən yolunu asan edərik].
8. O kəs ki, xəsislik
eləmiş, var yığmış
9. və danmış o ən gözəl
sözləri,
10. ağırı yüngülləşdirərik
onun üçün [cəhənnəmə gedən yolunu asan edirik].
11. Od içinə düşdümü,
yığdığı mal-dövlətin bu kimsəyə nə faydası.
12. Şübhəsiz, doğru yolu
nişan vermək Bizim öhdəmizdədir.
13. Şübhəsiz, axirətin
də, dünyanın da təkcə Bizik yiyəsi.
14. Alovlanan bir odla
Mən sizi təhdid elədim.
15. Bu odun içinə yalnız
bədbəxt kimsə vasil olar.
16. Haqqı danan, haqdan
dönən bir kimsə.
17. Bu oddan uzaq olar
Allahdan qorxan kimsə.
18. Paklıq tapmaq xatirinə
öz malından verən kimsə.
19. Heç kəsdən bir təmənna
gözləmədən eləyər yaxşılığı beləsi.
20. Yalnız Rəbbinin rizasını
qazana deyə yaxşılıq eləyər.
21. Əlbət ki, razı qalacaq
alacağından.
|