Yasamal
rayonunda görüş-müzakirə
Din və Demokratiya Mərkəzi
2013-cü il mayın 25-də Bakının Yasamal rayonunda “Quran islamı
cəhalət və terrora qarşıdır” adlı tədbir keçirib. Layihənin rəhbəri
Vasif Sadıqlı “Quran islamı və cəhalət” mövzusunda məruzə edib.
O bildirib ki, dinimizə görə, dinimizə görə, elmlənmək bir ibadətdir.
“Quranda ən böyük elm sahibi olaraq Allah göstərilir. Müqəddəs
Kitabımızda tez-tez təkrar olunan «Allah bilir» ifadəsi sonrakı
müsəlman teologiyası və elminə əhəmiyyətli təsir göstərib. Bilməyin,
elm sahibliyinin Allaha xas sifət olması elmə şərəflər şərəfi
verir, kiçik yaradıcı olan insanı düşüncə və axtarışlara təhrik
edirdi”.
İslamda elm və biliyə yeni yanaşmanı ortaya qoyan mənəvi və intellektual
atmosfer nəticəsində uzun əsrlər islam dünyasında güclü elmi tərəqqi
olub. Natiq qeyd edib ki, sonralar “elm” sözü semantik təxribata
uğradılıb, bir sıra hallarda elm dini və dünyəvi deyə bölünüb,
ikincisi hətta küfr elan edilib. “Təəssüf ki, ölkəmizdə də bir
sıra hallarda elmə yanlış yanaşmanı təbliğ edən dini qrupların
fəallığının şahidi oluruq. Təhsildən yayınma halları bəzi ailələrdə
olan dini mövhumatçılıq ənənəsi və qonşu ölkələrdən idxal edilən
yanlış dini təsəvvürlərlə şərtlənir”. Sonra V.Sadıqlı “dini” mülahizələrdən
qaynaqlanan dünyəvi elmlərə biganəlikdən danışıb, ölkəmizdə təhsildən
yayınma və erkən nikahlarla bağlı statistikanı açıqlayıb.
Daha sonra DDM üzvü Pəri Qasımzadə çıxış edib. Gənclərimizin fundamentlist
qruplara cəlb edilməsi təhlükəsindən danışan natiq deyib ki, bəzən
gənclərimiz gizli terrorizmin toruna düşür və hesab edirlər ki,
bunu islam naminə edirlər. İslam təlimini bilmədiklərindən anlamırlar
ki, onlar islam norma və dəyərlərini pozurlar. “Terrorçuların
bir tərəfdən özünü rahatlatmaq, digər tərəfdən cəmiyyətin simpatiyasını
qazanmaq üçün dini dəyərlər də daxil hər cür vasitəni işlətmək
istəməsi təbiidir. Amma heç bir müsəlman həm müsəlman qalıb, həm
də Allahın cızdığı yolun tərsi olan bir yolla gedə bilməz. Vətəndaş
cəmiyyəti din adından hər cür sui-istifadənin qarşısınının alınması
işinə öz töhfəsini verə bilər”, deyə P.Qasımzadə bildirib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyimiz “Gənclərin
intellektual və mənəvi inkişafını mənfi təsirlərdən qorumaq yönümündə
maarifçilik tədbirləri” layihəsi çərçivəsində gerçəkləşdirilib.
Xətai
rayonunda görüş-müzakirə
Din və Demokratiya Mərkəzi
2013-cü il iyunun 28-də Bakının Xətai rayonunda “Quran islamında
elm və cihad anlayışları” adlı tədbir keçirib. Layihənin rəhbəri
Vasif Sadıqlı “Quran islamı və elm” mövzusunda məruzə edib. O
bildirib ki, Qurana görə, elm Allahın varlığına şahidlik edən
ən etibarlı güclərdən biridir. Müqəddəs Kitabımız insanı yaradıcılığa,
bütün aspektlərdə – canlı və cansız təbiətdə, insanın özündə olan
ayətlərin araşdırılmasına çağırır. «Şübhəsiz, dərindən düşünənlər
üçün ayələr var yer üzündə və sizin öz xilqətinizdə. Görməzmisiniz
bunları?» (Zəriyət, 20-21), deyə o fikrini Quran ayəsi ilə əsaslandırıb.
Dinimizə görə, elmlənmək bir ibadətdir, müsəlman sivilizasiyasının
bütün uğurları Quranın elmə verdiyi dəyərdən güc alıb, deyə natiq
vurğulayıb. Ölkəmizdə təhsildən yayınma hallarının bəzi ailələrdə
olan dini mövhumatçılıq ənənəsi və qonşu ölkələrdən idxal edilən
yanlış dini təsəvvürlərlə şərtlədiyini qeyd edən V.Sadıqlı “dini”
mülahizələrdən qaynaqlanan dünyəvi elmlərə biganəlikdən danışıb,
təhsildən yayınma və erkən nikahlarla bağlı statistikanı açıqlayıb.
Daha sonra DDM üzvü Pəri Qasımzadə çıxış edib. O bildirib ki,
“cihad”ın kökü olan “cəhd” Qurani-Kərimdə törəmələriylə birlikdə
qırxa yaxın yerdə işlənilib və qərarlı və şüurlu çalışma deməkdir.
İslam ədəbiyyatında bu çalışmanın bədəni olanına «cihad», ruhi
olanına «mücadilə», fikri və elmi olanına «ictihad» deyilir. Quran
terminologiyasında «cihad» dediyimiz üç tip cəhdin hamısını ifadə
edəcək şəkildə işlədilir. Quran bunu «Allah yolunda çalışmaq»
şəklində ifadə edir.
Amma təəssüf ki, indi cihad deyəndə ilk ağıla gələn silahlı mücadilədir,
deyə Qasımzadə bildirib: “Şəhərlərin qələbəlik küçələrində mülki
şəxsləri, qadın, uşaq və yaşlıları qətl edən, binaları uçuran,
girov aldığı məsum insanları işgəncə ilə öldürən kəslərin bu işə
cihad adı vermələri doğru deyil. Səsini çatdırmaq üçün məsum insanları
öldürmək kimi çirkin mücadilə yolunu müsəlmanlar icad etməyib.
İndiyə qədər bu aksiyalardan müsəlmanlar bir fayda da görməyiblər.
Əksinə, islamın və müsəlmanların elm, irfan, haqq və ədalət, sevgi
və sülh imicinə böyük zərbə vurulub. İnsanların zehnində islam
və müsəlmanlarla terror arasında bir əlaqə qurulub ki, islama
bundan böyük bir zərbə vurula bilməzdi”.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Gənclərin
intellektual və mənəvi inkişafını mənfi təsirlərdən qorumaq yönümündə
maarifçilik tədbirləri” layihəsi çərçivəsində gerçəkləşdirilib.
“Quran islamında elm və cihad anlayışları”
konfransı
Din və Demokratiya Mərkəzi
2013-cü il iyulun 6-da “Quran islamında elm və cihad anlayışları”
adlı konfrans təşkil edib. Tədbirdə alimlərin, QHT rəhbərlərinin,
ictimaiyyət nümayəndələri və ictimai rəyə təsir imkanı olan KİV
təmsilçilərinin iştirakı ilə gənclərin intellektual və mənəvi
inkişafını mənfi təsirlərdən qorumaq üçün səylərinin əlaqələndirilməsi
məsələsi müzakirə edilib. Layihənin rəhbəri Vasif Sadıqlı “Quran
islamında elm anlayışı” mövzusunda məruzə edib. O bildirib ki,
dinimizə görə, elmlənmək bir ibadətdir. İslamda elm və biliyə
yeni yanaşmanı ortaya qoyan mənəvi və intellektual atmosfer nəticəsində
uzun əsrlər islam dünyasında güclü elmi tərəqqi olub. Amma ölkəmizdə
bəzi gənclərimiz arasında çağdaş tərəqqi meyarlarına cavab verməyən,
islamın tarixi-zahiri əlamətlərilə kifayətlənən, din dəyərlərinin
gerçək məzmunu və elmi mündəricəsinə zidd düşən dini cərəyan və
təriqətlər, bunların doğurduğu adət-ənənələr yayıla bilib. Mənfi
təmayüllərdən biri qızların erkən nikaha girməsi hallarının artması
ilə bağlıdır. O qeyd edib ki, rəsmi statistika görə, Azərbaycanda
il ərzində təxminən dörd min erkən nikah baş tutur, belə nikahlardan
üç min beş yüzə yaxın körpə dünyaya gəlir. 2005-2006-cı il¬lər¬də
er¬kən ni¬ka¬ha gi¬rən¬lə¬rin ya¬şı 15-16 həd¬din¬də idisə, hazırda
13-14 yaş¬la¬rın¬da qız¬ları da valideynləri ai¬lə qu¬rmağa vadar
edirlər. Son illərdə belə nikahların sayı 11 faiz artıb. “Təhsildən
yayınma halları əsasən bəzi ailələrdə mövcud dini mövhumatçılıq
ənənəsi və qonşu ölkələrdən idxal edilən yanlış dini təsəvvürlərlə
şərtlənir. Yəni əsas səbəb cəmiyyətdə dinimizin əsl mahiyyəti
haqda adekvat təsəvvürün olmamasıdır”, deyə Sadıqlı qeyd edib.
Onun sözlərinə görə, erkən nikahlar həm də gənclərin elm, incəsənət
və s. sahələrdə özünü realizə imkanından məhrum edilməsi, obrazlı
şəkildə deyilsə, istedadların qətlə yetirilməsidir.
Daha sonra DDM üzvü Pəri Qasımzadə çıxış edib. Fanatizmin dini
(fundamentalizm), siyasi, ideoloji, etnik, milli, irqi təzahürlərindən
danışan natiq gənclərimizin fundamentlist qruplara cəlb edilməsi
təhlükəsindən narahatlığını ifadə edib. “Hər hansı bir gəncin
fundametalistlərin təsiri altına düşməsi hamımızın itkisidir,
bunun üçün kollektiv məsuliyyət daşıyırıq” deyə Qasımzadə qeyd
edib. Konfransda çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı
Mirzə Ənsərli isə İslam dininin inkişafı tarixi, türk xalqlarının
orta əsrlərdə dünya elminə töhfələrindən danışıb.
Xəzər Universitetinin bölmə müdiri Əlövsət Əmirbəyli din haqqında
yayılan yanlış təsəvvürlərin olduğunu deyərək İslamda demokratiyaya
geniş yer verildiyini vurğulayıb.
Tanınmış alim Toğrul Cuvarlı tarixə ekskurs edərək İslam ölkələrində
elmin inkişafından söz açıb. O həmçinin qeyd edib ki, İslam bütövlükdə
cəmiyyət tərəfindən qorunmalıdır. Eyni zamanda sivil dünya dini
dəyərlərin qorunmasında maraqlı olmalıdır. QHT Əməkdaşlıq Alyansının
icraçı katibi Xanoğlan Əhmədov gənclərin inkişafına mənfi təsirlərin
aradan qaldırılmasında vətəndaş cəmiyyəti institutların üzərinə
düşən vəzifələrdən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyimiz “Gənclərin
intellektual və mənəvi inkişafını mənfi təsirlərdən qorumaq yönümündə
maarifçilik tədbirləri” layihəsi çərçivəsində gerçəkləşdirilib.
|