Xəzər
Universitetinin ”Dünya” məktəbində görüş
Din və Demokratiya Mərkəzi
2011-ci il aprelin 25-də Xəzər Universitetinin “Dünya” məktəbində
“Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirdi.
Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin sədri Nəriman
Qasımoğlu “Ekologiya və milli-mənəvi dəyərlərimiz” mövzusunda
məruzə etdi. Məruzəçi təbiətə sevgi ilə yanaşmağın teoloji aspektlərindən
söz açaraq Allahın dünyada yaratdığı ilahi sahmanı qorumağın Yer
üzünün xəlifəsi olaraq insanın borcu olduğunu bildirdi. Onun sözlərinə
görə, Allahın təbiətə vurduğu rəngləri, qoyduğu ahəngi, yaratdığı
tarazlığı pozmaq cəhdləri Ona qarşı asilikdir.
N.Qasımoğlu ekoloji problemlərlə bağlı mülahizələri Qurani-Kərimdən
konkret ayələrlə əsaslandırdı. Daha sonra bədii ədəbiyyatımız
və ekologiya məsələsinə toxunan məruzəçi bildirdi ki, Azərbaycan
incəsənətində təbiətə sevgi ilə yanaşmağın, onu qorumağın zəruriliyi
haqda çoxlu nümunələrə rast gəlmək olar. Xalçalarımız, digər tətbiqi
sənət nümunələri, miniatürlər, atalar sözləri və məsəllər, dastanlar
və nağıllarda, yazılı ədəbiyyatımızda insanları istər cansız təbiətə,
istərsə də bitkilər və heyvanlar aləminə qayğı ilə yanaşmağa çağıran
çoxlu örnəklər var. Məruzəçi iştirakçıların diqqətini belə örnəklərə
cəlb edərək ekologiyaya münasibətin bir mənəviyyat məsələsi olduğunu
vurğuladı.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova
“Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda
çıxış edərək mövcud ekoloji problemlər, onların həlli yolları
ilə bağlı hər bir vətəndaşın, o cümlədən gənc nəslin üzərinə düşən
vəzifələrindən danışdı. Tədbirin sonunda şagirdləri maraqlandıran
suallar cavablandırıldı.
Akademik
Zərifə Əliyeva adına orta məktəbdə görüş
Din və
Demokratiya Mərkəzi 2011-ci il aprelin 30-da akademik Zərifə Əliyeva
adına orta ümumtəhsil məktəbində “Ekologiya və mənəviyyat” mövzusunda
tədbir keçirdi. Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin
sədri Nəriman Qasımoğlu “Ekologiya və milli-mənəvi dəyərlərimiz”
mövzusunda məruzə etdi. Məruzəçi bildirdi ki, təbiətin bütün gözəllik
çalarları - meşəliklər, çəmənliklər, qarlı zirvələr, şırıltılı
çaylar, göy ümmanlar, əsrarəngiz heyvanat və bitki aləmi, ulduzlar,
göy qübbəsi və s.-nin üzərində Tanrı imzası, Tanrı rəngi var.
Ona görə təbiətə sevgi və qayğı ilə yanaşmaq insanlıq vəzifəsidir.
N.Qasımoğlu öz fikirlərini Quran ayələri ilə əsaslandırdı: “Kim
Tanrıdan daha gözəl rəng vura? Və biz Ona qulluq qılan kimsələrik.”
(əl-Bəqərə - “İnək”, 138). “Çayları, gölləri qurutmaqla, dənizlərə
çirkab axıtmaqla, meşələri qırmaqla Tanrı tövsiyəsinə etinasızlıq
göstərən insan ilk növbədə özünün və gələcək nəsillərinin taleyinə
balta çalır. Bitki və heyvanat aləminə qarşı xüsusən son zamanlar
törədilən təcavüzlər insana baha oturub, onun fiziki mövcudluğu
və mənəviyyatına çəkilməz bir ağırlıq çökdürüb” deyə ilahiyyatçı
bildirdi. Bundan əlavə, N. Qasımoğlu Azərbaycan ədəbiyyatından
örnəklər gətirərək ekologiyaya münasibətin bir mənəviyyat məsələsi
olduğunu vurğuladı.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova
“Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda
çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb
edib, ekologiya sahəsində gənc nəslin üzərinə düşən vəzifələrdən
danışdı. Sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Məhəbbət Vəliyeva
tədbirin yaratdığı xoş təəssürat üçün təşəkkürünü bildirdi və
belə görüşlərin yenə keçirilməsini təklif etdi.
189
saylı orta ümumtəhsil məktəbində görüş
Din və Demokratiya Mərkəzi
2011-ci il mayın 6-da 189 saylı orta ümumtəhsil məktəbində “Ekologiya
və mənəviyyat” mövzusunda tədbir keçirdi. Layihənin rəhbəri, Din
və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu “Ekologiya və
milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə etdi. Məruzəçi bildirdi
ki, dinimizə görə, yaranmışların gözlə görülməyən ən kiçiyindən
gözlə görülməyən ən nəhənginədək kainatda, varlıqlar aləmində
hər şey Allaha səcdə edir: “Onların hər birinin üzərində Tanrı
imzası var. Rəbbimiz insana tövsiyə edir ki, Onun yaratdığı gözəlliyə,
ahəngdarlığa, tarazlığa diqqətlə yanaşaq. Bu ahəngi pozmaq Yer
üzünün xəlifəsi seçilən insana yaraşan bir davranış deyil” deyə
o bildirdi. O, fikirlərini konkret Quran ayələri ilə əsaslandırdı.
Bundan əlavə, N.Qasımoğlu Azərbaycan ədəbiyyatından nümunələr
gətirərək ekologiyaya münasibətin bir mənəviyyat məsələsi olduğunu
vurğuladı. Onun fikrincə, istər şifahi, istər yazılı ədəbiyyatımızda
insanları cansız təbitətə, bitkilər və heyvanlara sevgi və qayğı
ilə yanaşmağa təşviq edilən çoxlu örnəklər var. “İnsan təbiətin
bir parçasıdır. Təbiət öz sərvətləri ilə bizi bəsləyir, yaşadır,
insanın fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, bizə həyat
verir. Amma ədəbiyyatımızda təbiət vəsf edilərkən diqqət onun
maddi ehtiyaclarımızı ödəməsinə yox, məhz gözəlliyinə, estetik
həzz mənbəyi olmasına çəkilir”, deyə o vurğuladı. Sonra N.Qasımoğlu
“Kitabi-Dədə Qorqud” dastanlarından, Nizami və Füzulidən, müasir
ədəbiyyatımızdan nümunələrlə fikrini əsaslandırdı: “Nizami Gəncəviyə
görə, təbiətdə heç bir artıq üzv yoxdur, heyvanlar da insanlar
kimi cana malikdirlər, onlar yalnız şüur etibarilə bizdən aşağı
pillədə dururlar. Ona görə insanlar heyvanları öz nəfslərınin
əmrlərinə görə məhv etməməlidirlər”.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova
“Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda
çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb
eddi, ekologiya sahəsində gənc nəslin üzərinə düşən vəzifələrdən
danışdı. Sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırıldı.
190
saylı orta ümumtəhsil məktəbində görüş
Din və Demokratiya Mərkəzi
2011-ci il mayın 14-də 190 saylı orta ümumtəhsil məktəbində “Ekologiya
və mənəviyyat” mövzusunda tədbir keçirdi. Layihənin rəhbəri, Din
və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu “Ekologiya və
milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə etdi. Məruzəçi təbiətə
sevgi ilə yanaşmağın teoloji aspektlərindən söz açaraq bildirdi
ki, bütün maddi və ruhani varlıqların qlobal mənada tabe olduqları
sistemin yaradıcısı Ali Şüur, Ali Güc, Ali Qüdrət, yəni Tanrıdır.
Mikrodan makroya bütün varlıqlar, insanların isə müəyyən qismi
Ona səcdə etməkdədir. “Təbiət öz sərvətləri ilə bizi bəsləyir,
yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, eyni zamanda
Tanrının dərki yollarında insana bələdçilik edir. Mükəlləf bir
varlıq olan insanın dini vəzifələrindən biri də təbiətə, dünyadakı
gözəllikləriə biganə qalmamaq, onları qorumaqdır”, deyə ilahiyyatçı
vurğuladı.
Bədii ədəbiyyatımız və ekologiya məsələsinə toxunan məruzəçi Vasif
Sadıqlı bildirdi ki, Azərbaycan incəsənətində insanları istər
cansız təbiətə, istərsə də bitkilər və heyvanlar aləminə qayğı
ilə yanaşmağa çağıran çoxlu örnəklər var. Məruzəçi iştirakçıların
diqqətini belə örnəklərə cəlb edərək ekologiyaya münasibətin bir
mənəviyyat məsələsi olduğunu vurğuladı.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova
“Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda
çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb
etdi: “Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialnın 70%-i
Abşeron yarımadasında cəmləşdiyindən respublikada həlli vacib
olan ekoloji problemlərin əksər hissəsi bu ərazidədir. Ümumi sahəsi
222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının
ümumi sahəsi 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların
sahəsi 10 min ha təşkil edir”. Məruzəçi ekologiya sahəsində gənc
nəslin üzərinə düşən vəzifələrdən danışdı. Sonra şagird və müəllimləri
maraqlandıran suallar cavablandırıldı.
Şüvəlan
Cümə məscidi dini icmasının üzvləri ilə görüş
Din və Demokratiya Mərkəzi
2011-ci il mayın 21-də Şüvəlan Cümə məscidinin dini icmasının
üzvləri ilə “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirdi.
Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin sədri Nəriman
Qasımoğlu öncə dindarların diqqətini ətraf mühitlə davranışa dair
Quran etikasına cəlb edərək ayələr işığında ətraf mühitə müqəddəs
Kitabımızın təlqin etdiyi münasibətdən danışdı. Çağdaş islam ilahiyyatçıları
tərəfindən təbiətin, bütün varlıqlar aləminin yazılmamış Quran
kimi vəsfləndirdiyinə diqqət çəkən məruzəçi qeyd etdi ki, təbiət
öz varlığı etibarilə uca Yaradana səcdə halında olduğundan (“Məgər
görməzmi oldun, Ona səcdə eyləyir göylərdə kim varsa, yerdə kim
varsa, günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar
da, insanların bir çoxu da eləcə...” - Hacc surəsi, 18) insanların
da ona münasibətində bu müqəddəslik halı adekvat olaraq nəzərə
alınmalıdır.
Qurumun sədr müavini Vasif Sadıqlı bədii ədəbiyyatımız və ekologiya
məsələsindən danışdı. “Bədii ədəbiyyatımız bizə yüksək estetik
şüur sahibi olmaqda kömək edir. Biz onun köməyi ilə təbiətin gözəlliyini,
bu gözəlliyin səltənətini, cəlalını və ehtişamını daha yaxşı dərk
edirik. Bu isə ona qayğı ilə yanaşmağı bir vəzifə kimi qarşımıza
qoyur”. V.Sadiqli ədəbiyyatımızda canlı və cansız təbiətin struktur
vahidlərinin şəxsləndirilməsinin ekoloji nəticələrindən danışaraq
öz fikirlərini “Kitabi-Dədə Qorqud” dastanları, Nizami, Füzuli
və müasir ədəbiyyatımızdan gətirdiyi sitatlarla əsaslandırdı.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova
“Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda
çıxış etdi. Bildirdi ki, Bakının əsas ekoloji problemlərdən biri
atmosfer havasının çirklənməsidir. Son illər əsasən köhnə avtomobillərin
sayının artması, poliqonlarda tullantıların yandırılması ətraf
mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Məruzəçi
ekologiya sahəsində vətəndaşların üzərinə düşən vəzifələrdən danışdı.
Sonra mövzu ilə əlaqədar çıxış edən axund Şinasi Məmmədyarov tədbirin
əhəmiyyətindən danışaraq xüsusi olaraq vurğulayıb ki, dini dəyərlərin
ekoloji müstəvidə nəzərdən keçirilməsi dinimizin mahiyyətinə uyğun
təbliğinə və bu istiqamətdə zəruri maarifləndirmə işinə də yaxşı
töhfə verə bilər. Sonda icma üzvlərini maraqlandıran suallar cavablandırıldı.
Bəhai
dini icmasının üzvləri ilə görüş
Din və Demokratiya Mərkəzi
2011-ci il mayın 28-də Bəhai dini icmasının üzvləri ilə “Ekologiya
və mənəviyyat” mövzusunda tədbir keçirdi.
Bəhai icması Milli Şurasının üzvü Rövşən Abbasov tədbiri giriş
sözü ilə açdı. Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin
sədri Nəriman Qasımoğlu “Ekologiya və milli-mənəvi dəyərlərimiz”
mövzusunda çıxış etdi. “Təbiət öz sərvətləri ilə bizi bəsləyir,
yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, eyni zamanda
Tanrının dərki yollarında insana bələdçilik edir. Mükəlləf bir
varlıq olan insanın dini vəzifələrindən biri də Allahın dünyada
yaratdığı ilahi sahmanı qorumaq, dünyadakı gözəllikləriə biganə
qalmamaqdır”, deyə ilahiyyatçı vurğuladı. N.Qasımoğlu ekoloji
problemlərlə bağlı mülahizələri Qurani-Kərimdən konkret ayələrlə
əsaslandırdı. Məruzəçi bildirdi ki, dinimizə görə, yaranmışların
gözlə görülməyən ən kiçiyindən gözlə görülməyən ən nəhənginədək
kainatda, varlıqlar aləmində hər şey Allaha səcdə edir: “Onların
hər birinin üzərində Tanrı imzası var. Rəbbimiz insana tövsiyə
edir ki, Onun yaratdığı gözəlliyə, ahəngdarlığa, tarazlığa diqqətlə
yanaşaq. Daha sonra sonra çıxış edən DDM sədrinin müavini Vasif
Sadıqlı bildirdi ki, Azərbaycan incəsənətində təbiətə sevgi ilə
yanaşmağın, onu qorumağın zəruriliyi haqda çoxlu nümunələrə rast
gəlmək olar. “Bədii ədəbiyyatımız bizə təbiətin gözəlliyini, səltənətini,
cəlalını və ehtişamını daha yaxşı dərk etməkdə kömək edir. Bir
çox bədii əsərlərdə insanlardakı qorxu və mərhəmət hisslərinin
canlı təbiətin qorunması üçün səfərbər edildiyinin şahidi oluruq.
Ədəbiyyatımızdakı müsbət personajlar bir qayda olaraq təbiəti
sevgi ilə yanaşır, onu cahil insanların şərindən qorumaq çün mübarizə
aparır”. V.Sadıqlı fikirlərini “Kitabi-Dədə Qorqud” dastanları,
Nizami, Füzuli və müasir ədəbiyyatımızdan gətirdiyi sitatlarla
əsaslandırdı.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova
“Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda
çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb
etdi. O, mövcud ekoloji problemlər, onların həlli yolları ilə
bağlı hər bir vətəndaşın üzərinə düşən vəzifələrindən danışdı.
Mövzu ilə bağlı Sumqayıt Ekoloji Reabilitasiya Mərkəzinin direktoru
Arif İslamzadə və icmanın üzvü Səlahəddin Əyyubov çıxış etdi.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
“Əli
ayağı” piri məscidində görüş
Din və Demokratiya Mərkəzi
Buzovna qəsəbəsində yerləşən “Əli ayağı” piri məscidində yerli
dindarlarla “Ekologiya və mənəviyyat” mövzusunda görüş keçirdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru
və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması”
layihəsi çərçivəsində təşkil olunan bu tədbir beynəlxalq ekologiya
gününə təsadüf edirdi.
Tədbiri Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu
açdı. İslam dinində ətraf mühitlə davranış etikasına dair fikirlərini
açıqlayan ilahiyyatçı-alim Quran-i Kərim-dən sitatlar gətirərək
təbiətə sayğılı münasibətin müsəlmanlar üçün vacib bir din borcu
olduğu qənaətini iştirakçılarla paylaşdı. Məruzəçi qeyd etdi ki,
təbiət öz varlığı etibarilə uca Yaradana səcdə halında olduğundan
(“Məgər görməzmi oldun, Ona səcdə eyləyir göylərdə kim varsa,
yerdə kim varsa, günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar
da, heyvanlar da, insanların bir çoxu da eləcə...” - Hacc surəsi,
18) insanların da ona münasibətində bu müqəddəslik halı adekvat
olaraq nəzərə alınmalıdır. N.Qasımoğlu iştirakçıların diqqətini
həm də ona çəkdi ki, insanların istifadəsində olan torpaq, su,
hava, od, meşə, çay, dəniz və s. Hamının ümumi sərvəti hesab olunsa
da, bunların üzərində şəriksiz mülkiyyət hüququu, Quran məntiqinə
görə, Tanrıya məxsusdur: “Onundur göylərdə nə varsa, yerdə varsa”
(Həcc surəsi, 64). Və Tanrı mülkiyyətində istifadənin bəlli etik-əxlaqi
mündəricəsi təbiətə sayğı ilə yanaşmanı özəl bir zərurət kimi
təsdiq edir. Sonra Din və Demokratiya Mərkəzinin sədr müavini
Vasif Sadıqlı Azərbaycan mədəniyyəti, ədəbiyyatında ekoloji məsələlərin
qoyuluşu barədə çıxış etdi. O, bildirdi ki, xalçalarımız, digər
tətbiqi sənət nümunələri, miniatürlər, atalar sözləri və məsəllər,
dastanlar və nağıllarda, yazılı ədəbiyyatımızda insanları istər
cansız təbiətə, istərsə də bitkilər və heyvanlar aləminə qayğı
ilə yanaşmağa çağıran çoxlu örnəklər var. Atalar sözünə görə,
“Yaş kəsən, daş kəsən, baş kəsən çox yaşamaz” (yaş ağac və kolların
kəsilməsi nəzərdə tutulur). “Kitabi-Dədə Qorqud” dastanlarında
”Kölgəlicə qaba ağacın kəsilməsin, qamən axan görklü suyun bulanmasın”
qəbilindən olan Qorqud alqışları da əcdadlarımızın ekoloji davranış
etikasını müəyyənləşdirən nümunələrdən biridir. Daha sonra Yaşıllar
Hərəkatının rəhbəri Fəridə Hüseynova ətraf mühitin, təbiətin zədələnməsilə
bağlı qlobal ekoloji böhrandan danıçaraq bildirdi ki, bu böhran
özünün ən müxtəlif təzahürlərinə görə, sənaye tullantılarının
doğurduğu çirklənmə, təbii ehtiyatların uyğun mütəxəssislər tərəfindən
məqbul görülməyən ölçülərdə istismarı, sürətli əhali artımı və
s. proseslərin nəticəsi olaraq cərəyan etməkdədir. İnsanın vacib
həyati ehtiyaclarını ödəyən su və torpaq ehtiyatları, eləcə də
atmosfer təmizliyi sənaye hücumları qarşısında təhdid olunan bir
duruma düşməkdədir ki, bu da planetimizin qayğısını çəkən alimləri,
şəxsiyyətləri, ətraf mühitin müdafiəsilə məşğul olan fəal vətəndaşları
təbii olaraq narahat etməkdədir. Tədbirin sonunda iştirakçı dindarlar
mövzu ilə əlaqədar fəal müzakirə apardılar.
“Soltan
Əli” məscidində görüş
Din və Demokratiya Mərkəzi Bakı şəhəri “Soltan Əli” məscidində
“Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirdi.
Mərkəzin sədri Nəriman Qasımoğlu məscidə toplaşan dindarlar qarşısında
“Quran ayələri və təbiətlə davranış etikası” mövzusunda məruzə
etdi. Məruzəçi öz çıxışına müqəddəs Kitabımızda təbii varlıqlara
verilən Tanrı andları ilə başladı. “Ət-tin” (“Əncir”) surəsindən
“And olsun əncirə, zeytuna, and olsun Sinay dağına..., ən gözəl
bir biçimdə yaratdıq insanı” ayəsini sitat gətirərək qeyd etdi
ki, Rəbbimiz xitab etdiyi insanı onu gözəl bir şəkildə yaratdığına
inandırmaq üçün bitkilərə, təbiətdəkilərə and verməklə həm də
and içdiklərinin bir növ müqəddəsliyini də təlqin etmiş olur.
Bu həqiqəti dərk edən dindar insan təbiətə sevgi ilə yanaşmağa
borcludur. N.Qasımoğlu uca Yaradanın təbiətə vurduğu rəngləri,
qoyduğu ahəngi, yaratdığı tarazlığı pozmaq cəhdlərini Ona qarşı
asilik kimi dəyərləndirərək inananların diqqətini Qurandakı digər
ayələrə də yönəltdi.
Sonra mərkəzin sədr müavini Vasif Sadıqlı çıxış etdi. O, Azərbaycanlıların
milli düçüncə qaynaqlarında ekoloji dəyərlərə verilən önəmdən
danışdı. V.Sadiqli bədii ədəbiyyatımız və ekologiya məsələsinə
toxunaraq dindarların diqqətini Azərbaycan ədəbiyyatında təbiətə
sevgi ilə yanaşmağın, onu qorumağın zəruriliyi haqqında nümunələrə
cəlb etdi. Dindarlar qarşısında çıxış edənlərdən biri də Azərbaycan
Milli Elmlər Akademiyası İnsan haqları İnstitunun şöbə müdiri
Ə.Qurbanov oldu. O, tədbirin əhəmiyyətini qeyd edərək əhalinin
ekoloji şüurunun formalaşmasında dini-mənəvi dəyərlərə müraciətin,
bu dəyərlərin təbliğinin vacib rolundan danışdı. Tədbirin rəsmi
hissəsi başa çatandan sonra dindarlarla məsciddə mövzu ətrafında
fikir mübadiləsi aparıldı.
“Ekologiya və mənəviyyat”
adlı konfrans
İyulun 2-də layihə çərçivəsində
“Ekologiya və mənəviyyat” adlı konfrans keçirildi.
Mərkəzin sədri Nəriman
Qasımoğlu Quran-i Kərim-dən sitatlar gətirərək təbiətə sayğılı
münasibətin müsəlmanlar üçün vacib bir din borcu olduğu qənaətini
iştirakçılarla paylaşdı. Məruzəçi qeyd etdi ki, təbiət öz varlığı
etibarilə uca Yaradana səcdə halında olduğundan (“Məgər görməzmi
oldun, Ona səcdə eyləyir göylərdə kim varsa, yerdə kim varsa,
günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar
da, insanların bir çoxu da eləcə...” - Hacc surəsi, 18) insanların
da ona münasibətində bu müqəddəslik halı adekvat olaraq nəzərə
alınmalıdır. N.Qasımoğlu iştirakçıların diqqətini həm də ona çəkdi
ki, insanların istifadəsində olan torpaq, su, hava, od, meşə,
çay, dəniz və s. Hamının ümumi sərvəti hesab olunsa da, bunların
üzərində şəriksiz mülkiyyət hüququu, Quran məntiqinə görə, Tanrıya
məxsusdur: “Onundur göylərdə nə varsa, yerdə varsa” (Həcc surəsi,
64). Və Tanrı mülkiyyətində istifadənin bəlli etik-əxlaqi mündəricəsi
təbiətə sayğı ilə yanaşmanı özəl bir zərurət kimi təsdiq edir.
Sonra Din və Demokratiya Mərkəzinin sədr müavini Vasif Sadıqlı
Azərbaycan mədəniyyəti, ədəbiyyatında ekoloji məsələlərin qoyuluşu,
Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova ətraf mühitin, təbiətin
zədələnməsilə bağlı qlobal ekoloji böhran barədə danışıdı. Tədbirdə
Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin təmsilçisi Hacı Fuad
Nurullah, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Dionisiy Sveçnikov,
Bakı Bəhai dini icmasından Azər Cəfərov, Alban-udi xristian icmasının
rəhbəri Robert Mobili, Gürcü Yəhudiləri icmasının rəhbəri Moisey
Bekker, professor Niyazi Mehdi çıxış edərək ətraf mühitə sayğılı
münasibətə müxtəlif dinlərin verdiyi əhəmiyyəti vurğuladılar.
Konfrans digər iştirakçıların da müdaxilələri ilə fəal müzakirə
apardı və sonda qətnamə qəbul etdi. Qətnamədə xüsusi olaraq din
xadimlərinin moizələrində, xütbələrində ekoloji məsələlərlə bağlı
dinlərin münasibətini aşkarlayan mətləblərə yer vermələri, inanclı
insanların ekoloji fəaliyyətlərə cəlb edilməsi zərurəti qeyd olunur.
Müzakirə iştirakçıları belə bir fikri yekdilliklə dəstəklədilər
ki, dini icmalarla ekoloji təmayüllü qurumların alyansı yaransın
və bu alyans ölkəmizdə ekoloji məsələləri mənəvi dəyərlər müstəvisində
təbliğinə, eləcə də ətraf mühitin qorunmasına yaxşı töhfə verə
bilər.
|