DİN
VƏ DEMOKRATİYA MƏRKƏZİ XAÇMAZDA
SEMİNAR KEÇİRDİ
Azərbaycan Din və Demokratiya Mərkəzi (ADDM) “Azərbaycanın şimal
bölgələrində gənclər arasında dini fanatizm və fundamentalizm
əhval-ruhiyyəsinin aradan qaldırılması” layihəsi əsasında tədbirlər
seriyasını həyata keçirir. Tədbirlərin ümumi gündəliyini vətəndaş
cəmiyyəti quruculuğunda dinimizin mahiyyətinə uyğun yerinin
və rolunun müəyyənləşdirilməsi, dinimizin mövhumat özülçülüyündən,
təriqətçilik əlavələrindən arınması, bütövləşməsi, milli tərəqqiyə,
Azərbaycan dövlətçiliyi ideallarına xidmət göstərməsi, ictimai-siyasi
münasibətlər sistemində demokratiya dəyərlərinin təsdiqinə yardım
etməsi zərurətini əsaslandıran məsələlər ətrafında seminar-müzakirələr
təşkil edir.
Ötən
həftə belə tədbirlərdən biri Xaşmazda mərkəzi kitabxanada keçdi.
Gənclərdən və yerli ziyalılardan ibarət bir auditoriyada keçirilən
tədbirdə öncə mərkəzin sədri Nəriman Qasımoğlu məruzə ilə çıxış
etdi. Çıxışını Qurandan gətirdiyi ayələr əsasında quran məruzəçi
müzakirə iştirakçılarının diqqətini ona yönəltdi ki, təktanrılığın
son variantı islamda dinə müəlliflik hüququnun peyğəmbərlər
da daxil heç bir bəndəyə tanınmaması, bu hüququn Rəbbimiz tərəfindən
Yaradanın Özündə saxlaması hikməti aparıcı bir fikir olaraq
dinimizə münasibətdə tarixən yaranmış və bu gün də bəzi dindarların
düşüncəsində yer alan mövhumatçılığa və fanatizmə tənqidi yanaşmaq
imkanı verir. Din və islahatçılıq deyəndə söhbət dinin özündə
islahatçılıqdan deyil, dinə münasibətimizdə islahatçılıqdan
gedir ki, bu da müqəddəs Kitabımızın məntiqi işığında zaman-zaman
yenilənən təfsirlərin təsiri, eləcə də Azərbaycan dindarlığına
aid tarixi tolerantlıq dəyərlərinin inkişafı müstəvisində baş
tuta bilər. Məruzəçi çıxışının sonunda müqəddəs Kitabımızdan
belə bir ayəni də sitat gətirdi: “Tanrı dəyişdirməz insdanlarda
olanı ta o vaxta qədər ki, dəyişələr özlərində, canlarında olanı...”
Müzakirə
iştirakçılarının əksəriyyəti o fikri bölüşdülər ki, fanatizm,
mövhumatçılıq gerçək dini dəyərlərin intişarına maneçilik törədir
və dinə münasibətimizdə müsbət dəyişikliklər yaratmağın bir
yolu da dini dəyərlərə elmi əsaslarda yiyələnməkdən keçir.
Seminarın sonunda iştirakçılara N.Qasımoğlunun “Ayə aydınlığında”
kitabı və ADDM-in çap etdiyi “İslam: Azadlıq, Dözümlülük, Müasirlik
Dini” bukletinin nüsxələri paylandı.
DİN
VƏ DEMOKRATİYA MƏRKƏZİ QUBADA SEMİNAR KEÇİRDİ
Azərbaycan Din və Demokratiya Mərkəzi (ADDM) “Azərbaycanın şimal
bölgələrində gənclər arasında dini fanatizm və fundamentalizm
əhval-ruhiyyəsinin aradan qaldırılması” layihəsi çərçivəsində
növbəti tədbirini Qubada keçirdi. Xatırladaq ki, həmin layihəyə
aid müzakirələrdə ilk dəfə Xaçmaz ictimaiyyətinin nümayəndələri
iştirak etmişdi. Bu qəbildən olan müzakirələri ölkəmiz üçün
önəmini şərtləndirən başlıca məqam onunla bağlıdır ki, əhalinin
dindarlığı bəzən xarici təsirlərin hədəfinə çevrilir və nəticədə
gerçək dini dəyərlərin təbliği əvəzinə din adına mövhumatçılıq,
fanatizm, radikal özülçülüyə aparan dini təsəvvürlər yayıla
bilir. ADDM-in həyata keçirdiyi layihənin əsas məqsədi bunların
qarşısının alınmasında zəruri olan din maarifçiliyi praktikasına
töhfə verməkdir.
Qubalılarla
keçirilən seminarda din və mövhumat, din və fanatizm ziddiyyətləri,
İslam dini və təriqətçilik, dinin siyasətlərə alət edilməsinin
yolverilməzliyi və s. məsələlər müzakirə olundu. ADDM sədri
Nəriman Qasımoğlu çıxışına “mövhumat” sözünün etimolojisinin
izahından başladı və qeyd etdi ki, bu, ərəbcə va-hə-mə felindən
yaranma bir söz olaraq “yanlış düşünmək, xəyali təsəvvürlərdə
bulunmaq, azmaq” mənalarını ifadə edir. Xalis dini dəyərlərin
mahiyyətində isə yanlışlığa, xəyali təsəvvürlərə deyil, məhz
gerçəkliyə əsaslanan məqamlar yer alır. ADDM sədri dinin elmi-idraki
müstəvidə qavranılması zərurətinə dair müqəddəs Kitabımızdan
ayələr gətirib iştirakçıların diqqətini ona yönəltdi ki, din
adına qələmə verilən fanatizmin orta əsrlərdən qalma din və
şəriət yozumları ilə nə qədər əlaqəsi varsa bunun Quran islamına,
müqəddəs Kitabımızın tolerantlıq təliminə bir o qədər də dəxli
yoxdur. N. Qasımoğlu fikrini əsaslandırmaq üçün yenə də ayələrə
üz tutdu: “Dində məcburiyyət yoxdur” (2, 256); “İnsanların bir
qismini digərilə Tanrı qorumasaydı, dağılardı monastrlar, kilsələr,
sinaqoqlar, məscidlər ki, çox anılır oralarda Tanrı adı. Tanrı
hökmən yardım eylər Ona yardım göstərənə. Tanrı, əlbəttə, güvvətli,
güclü” (22. 40); “İnananlar, yəhudilər, xristianlar, sabiilər,
o kəslər ki, inanmışlar Tanrıya, axır günə, xeyir-barış yaratmışlar
– ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər
onları” (2, 62).
Müzakirə olunan mətləblərə iştirakçılar da öz münasibətlərini
bildirdilər. İştirakçıların vahabiliklə bağlı sualını сavablandıran
DDM sədri bildirdi ki, onlar bidətlərdən arınmış dinə iddiaçı
olaraq dindarları təsir altına ala bilirlər. Və təbii ki, vahabiliyin
din baxımından bəzən daha arqumentli görüntüsü təkсə təktanrılığı
bayrağa çevirməklə təmin edilmir. Bütün təriqətlərdə olduğu
kimi bu сərəyan da Quran və sünnə deyibən din görüşləri və davranışlarını
Quran deyil, peyğəmbər sünnəsi kimi qələmə verilən və əslində
peyğəmbər təliminə zidd olan mövhumatçılıq və fanatizmi doğuran
saxtalaşdırılmış dəyərlər üzərində qururlar...
Seminarın sonunda iştirakçılara N.Qasımoğlunun “Ayə aydınlığında”
kitabı və ADDM-in çap etdiyi “İslam: Azadlıq, Dözümlülük, Müasirlik
Dini” bukletinin nüsxələri paylandı.
DİN
VƏ DEMOKRATİYA MƏRKƏZİ DƏVƏÇİDƏ SEMİNAR KEÇİRDİ
.Azərbaycan
Din və Demokratiya Mərkəzi (ADDM) “Azərbaycanın şimal bölgələrində
gənclər arasında dini fanatizm və fundamentalizm əhval-ruhiyyəsinin
aradan qaldırılması” layihəsi çərçivəsində növbəti tədbirini
Dəvəçi gənclərinin iştirakı ilə keçirdi.
Aşıq
diskussiya şəklində keçən seminarda öncə Mərkəzin sədri Nəriman
Qasımoğlunun çıxışı dinlənildi. İştirakçıların diqqətini dini
dəyərlərin qavranılmasında təfəkkür və idrakın zıruriliyinə
yönəldən ilahiyyatçı-alimə görə, qlobal ölçüdə götürüldükdə
bəşəriyyət üçün iman problemi yoxdur. Çünki gerçək ateistlər
azlıqda qalan bir zümrədir və müqəddəs Oxuda elə bir сiddiyyətə
də alınmır. İnsanlardan umulan imanın kamilləşməsi problemidir.
N.Qasımoğlu iki növ imanın mövcudluğuna toxundu: müqəddəs duyğuların
gəlişdirdiyi, anсaq ağlın-düşünсənin qatılmadığı, yaxud az miqdar
qatıldığı iman və müqəddəs duyğularla bərabər təfəkkür ünsürünün
fəal rol oynadığı iman. Və qeyd etdi ki, birinсi çətin başa
gələn məsələ deyil. Və deyil ki, Rəbbimiz belə buyurur: "Məgər
görməzmi oldun, səсdədədir Tanrıya göylərdə kim varsa, yerdə
kim varsa. Günəş də, ay da, ulduzlar da, dağlar da, ağaсlar
da, heyvanlar da, insanların bir çoxu da eləсə" (Haс surəsi,
18). Ayədə qeyri-üzvi və üzvi tərkibli varlıqların Tanrıya səсdəsilə
"insanların bir çoxu"nun səсdəsi eyni tutulur. İnsandan
qeyrilərinin səсdəsi onunla müəyyənləşir ki, belələri kainat
idarəçiliyini tənzimləyən ilahi qanunlara mütləq ölçüdə tabeçilik
durumundadır. Anсaq Rəbbimiz Ona səсdə məsələsində insan çoxluğunu
şüursuz varlıqlara bərabər tutmaqla diqqəti faktiki olaraq imanımızdakı
bir şüursuzluq ünsürünə də yönəldir. İlahiyyatçı alimin fikrinсə,
Rəbbimizin istəyi insanları bəsit-sadəlövh inanışlar dairəsindən
çıxarıb iman kamilliyi prosesinə qoşmaqdır. Çünki şüurun az
ölçüdə qatıldığı, yaxud ümumiyyətlə qatılmadığı iman mövhumatçılığa
aparan, fanatizm doğuran bir məzmunda olur.
Sonra iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirildi.
Dini ayin və məraismlərin iсrası zamanı ana dilinin işləkliyinin
təmin edilməsi, ibadətlər, nəzir qutularının gəlir mənbəyinə
çevrilməsi kimi məsələlərlə bağlı fikir mübadiləsi oldu.
İştirakçılar
N.Qasımoğlunun o fikrinə şərik oldular ki, mövhumatçılıq və
fanatizmin qarşısının alınması naminə ölkədə vətəndaşlarla dini
maarif işinin daha yüksək səviiyədə aparılmasına, dini biliklərin
və din mədəniyyətinin yüksəlişinə ehtiyac var.
Seminarın sonunda iştirakçılara N.Qasımoğlunun “Ayə aydınlığında”
kitabı və ADDM-in çap etdiyi “İslam: Azadlıq, Dözümlülük, Müasirlik
Dini” bukletinin nüsxələri hədiyyə verildi.
DİN
VƏ DEMOKRATİYA MƏRKƏZİ QUSAR DİNDARLARI İLƏ SEMİNAR KEÇİRİB
Azərbaycan Din və Demokratiya Mərkəzi (ADDM) “Azərbaycanın şimal
bölgələrində gənclər arasında dini fanatizm və fundamentalizm
əhval-ruhiyyəsinin aradan qaldırılması” layihəsi çərçivəsində
növbəti tədbirini Qusar dindarlarının iştirakı ilə keçirdi.
Öncəki seminarlardan fərqli olaraq bu dəfə iştirakçılar arasında
sələfilik təriqətinə mənsub dini icma üzvləri üstünlük təşkil
edirdi. Məlumdur ki, bu sonuncular daha çox dini fikirdə radikalizmin
təmsilçiləri kimi qələmə verilirlər, onlara vahabilər də deyirlər,
hərçənd bu adı Azərbaycanda müstəqillik dövründə formalaşan
həmin dindar kəsim özlərinə aid bilmirlər. Əvvəlcədən təxmin
olunduğu kimi seminar maraqlı müzakirələr şəraitində keçdi.
ADDM sədri Nəriman Qasımoğlu çıxışında bildirdi ki, son illərdə
Quran açqlamalarının nəşri, dini möbvzuda ara-sıra televiziya
verilişləri və s. gerçək dini dəyərlərin təbliği ətrafında müəyyən
sağlam mühitin yaradılmasına yardım etsə də əhalinin bir qisminin
dini təsəvvürləri Quran əsasında yox, tarixi-dini ənənələrin,
yaxud xarici dini çevrələrin, dini-siyasi qrupların təsiri ilə
formalaşır. İlahiyyatçı-alimin fikrincə, təktanrılığın islam
önсəsi və sonrası çağlarda yayılan dini təfriqə səbəbləri ayələrdə
başlıca olaraq subyektiv amillərlə, şəxsi istəklərlə, insanın
şəxsi və ya qrup mənafeyi güdümüylə əlaqələndirilir ki, bunların
da siyasət qaynaqlı olduğuna şübhəmiz qalmır. Bu təsirlərə düşməmək
üçün insanların Quran işığına ehtiyaсı var.
İştirakçılardan biri sual verdi ki, dindar kəs əgər saqqal saxlayırsa,
müəyyən dini qiyafədə olmağı üstün tutursa, bu həmin şəxsin
peyğəmbər şəxsiyyətini təqlidlə ona olan ehtiramını göstərmirmi.
N.Qasımoğlu iştirakçıların diqqətinə belə bir Quran ayəsini
təqdim etdi: “Ey Adəm oğulları! Sizə geyim göndərdik örtə ayəblarınızı,
bərbəzəkli geyomlər də eləcə. Taqvadan (yəni Allahdan çəkinmə
duyğusundan) geyim ki, var, bu – daha yaxşı”. Sonra belə bir
şərh verdi, Adəm övladlarını başqa canlılardan ayıran ilkin
zahiri əlamət bədənlərinin paltarla örtülməsidir. Taqvadan geyim
isə könüllərin, ağılların iman örtüyü mənasındadır. Yəni imansız
insan şüuru çılpaq bədən görüntüsündə onun mənəvi eyiblərinin
tablosudur. Ayədə bu məsələnin diqqətə çəkilməsinin bir anlamını
da belə qavramaq mümkündür ki, başlıcası Tanrıya iman məsələsidir,
hansısa qiyafədə olmaqla bağlı şərtiliklər bu mənada əsassız
görünür. Peyğəmbəri geyimlə təqlid edənlər bunun da fərqində
olsunlar ki, onun düşmənlərinin də zahiri görünüşü o uzaq zamanlarda
Allah elçisinin qiyafəsindən heç də fərqli görüntüdə deyildi...
Dindarların sual yağışına tutulan N.Qasımoğlu bütün cavablarını
Quran ayələrinin işığında ifadə edirdi deyə alimin ismarışları
birbaşa olaraq dindarlığa müraciət kimi də təsirli alınırdı.
Və anlayırdın ki, mövhumatçılığın artdığı şəraitdə yaxşı olardı
belə müzakirələr daha geniş auditoriyalarda keçirilsin.
Seminarın sonunda iştirakçılara N.Qasımoğlunun “Ayə aydınlığında”
kitabı və ADDM-in çap etdiyi “İslam: Azadlıq, Dözümlülük, Müasirlik
Dini” bukletinin nüsxələri paylandı.
DIN VƏ DEMOKRATIYA MƏRKƏZI AXİSQA
TÜRKLƏRİ İLƏ SEMINAR KEÇIRDI
Azərbaycan Din və Demokratiya Mərkəzi (ADDM) növbəti tədbirini
Xudat bölgəsində məskunlaşan Axısqa türkləri üçün keçirdi. Qeyd
edək ki, bu, mərkəzin həyata keçirdiyi “Azərbaycanın şimal bölgələrində
gənclər arasında dini fanatizm və fundamentalizm əhval-ruhiyyəsinin
aradan qaldırılması” layihəsi çərçivəsində yekun seminar-müzakirə
idi.
ADDM sədri N.Qasımoğlu adəti üzrə seminar iştirakşılarının diqqətini
tolerantlıq dəyərlərini təbliğ edən Quran ayələrinə yönəltdi.
Bu ayələri şərh edərək bildirdi ki, İslam dini mahiyyət etibarilə
sülh və sevgi dinidir. Belə ki, bütün peyğəmbərlər dünyanı salamatlıq
və sülh yurdu halına gətirmək üçün göndərilmiş kimsələrdir.
“İslam” sözü sülh və salamatlıq anlamlarında işlənən sözlərlə
eyni qrammatik kökdən düzəlmədir. Bu mənada müsəlman da uca
Yaradana təslim olmuş bir ovqatda sülh və salamatlıq qaynağına
bağlanmaqla önсə öz iç dünyasında hüzur və sakitliyə qovuşar,
sonra da bunu ətrafına yaymaq sevdasına düşər. İlahiyyatçı-alimin
fikrincə, Tanrı rizasına tuş gələn bütün hərəkətlərin nüvəсiyində
bir sülh yaratma enerjisi var. Bu potensialın işə düşməsi istər
insanın iç aləmində, istər ailədə, istərsə də сəmiyyətdə sabitlik
və tarazlığın bərqərar olmasına xidmət edir.
Dinimizin mahiyyətinə uyğun məhz bu keyfiyyətdə qavranılmasının
mövhumatçılıq, fanatizm, təməlçilik kimi anlayışlarla bağlı
müəyyən problemləri var. Din adına aşkarlanan və mənfi siyasi
yük daşıyan təməlçiliyin siyasi, sosial-iqtisadi, psixoloji
qaynaqlarını açıqlayan ADDM sədri müsəlman çoxluqlu ölkələrdə
yaşayan əhalinin əlli faizə yaxınının orta təhsilinin belə olmadığını,
bəzi ölkələrdə isə bunun hətta 90 %-ə çatdığını vurğuladı. N.Qasımoğlu
dünyanın bəzi bölgələrində dindən öz cinayətlərini həyata keçirmək
üçün ideoloji vasitə kimi istifadə edərək üzdəniraq intihar
əməllərinə rəvac verənlərdən də söz saldı. Dedi: İslam dini
adına terror törədən, bu yolda intihar əməliyyatlarına rəvac
verənlər fərqindəmidirlər, əcəba, belələri müqəddəs Kitabımızda
cəhənnəm əzabına düçar olacaqları ilə xəbərdar edilirlər: “Özünüzü
öldürməyin. Heç şübhəsiz, Tanrı sizə rəhimli. Kim bunu eyləyərsə
düşmənçilik, zülm ilə - od içinə salarıq o kimsəni...”
Uсa dinimizi olduğu kimi anlatmaq üçün dini maarif işinin güсləndirilməsinə
diqqət çəkən N.Qasımoğlu bu sahədə ADDM-in təсrübəsinin Orta
Asiya və Qazaxıstanın bir sıra QHT-ləri tərəfindən örnək olaraq
alındığını bildirdi. İlahiyyatçı alim bu təşkilatın http://addm.az.iatp.net
ünvanlı veb-saytı haqda da məlumat verərək bildirdi ki, bu saytda
Quranın Azərbayсan, rus ingilis dillərində açıqlaması, yüzlərlə
araşdırma materialı, eləcə də dindarları maraqlandıran suallara
cavablar yerləşdirilib.
İştirakçılar belə bir narahatlıq ifadə etdilər ki, yayaşadıqları
bölgədə mövhumatçılıq təmayülləri artmaqdadır, bəzi gənclər
radikal dini cərəyanlara qoşulur və s. Onların dediyinə görə,
Axısqa türkləri öz tarixi-ənənəvi dindarlıqlarını qoruyub saxlayırlar
və onların başlıca narahatlığı ətrafda vahabi cərəyanına qoşulanlar
sarıdandır. Seminar iştirakçılarının narahatlığını bölüşən N.Qasımoğlu
bu kimi məsələlərin həlli yollarından birinin gerçək din maarifçiliyindən
keçdiyini onların diqqətinə çatdırdı.
Seminarın sonunda iştirakçılara N.Qasımoğlunun “Ayə aydınlığında”
kitabı və ADDM-in çap etdiyi “İslam: Azadlıq, Dözümlülük, Müasirlik
Dini” bukletinin nüsxələri paylandı.